RSS
 

Login:
Şifrə:
» » İŞİD-ə Azərbaycandan kimlər pul göndərib?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İŞİD-ə Azərbaycandan kimlər pul göndərib?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-11-2015, 15:42 | Şərh sayı: (0) | Baxılıb: 270

İŞİD-ə Azərbaycandan kimlər pul göndərib?


İŞİD-ə Azərbaycandan kimlər pul göndərib?


Dünyanın hətta ən qüdrətli ölkələrinin gözünü amansız terror aktları ilə qorxudan İŞİD-ə qarşı birgə mübarizə strategiyası hazırlanır. Hətta ABŞ kimi superdövlət belə indi ölkədə təhlükəsizlik tədbirlərini artırıb. Rusiyada noyabrın 20-də qanunverici orqanlar - Dövlət Duması və Federasiya Şurası birgə tədbir keçirərək, İŞİD-ə qarşı tədbirlər planını razılaşdırıblar. Noyabrın 19-da isə Azərbaycan prezidenti İlham Əliyev də terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin sərtləşdiriməsinə dair fərman imzalayıb.

Ixlas.Az musavat.com-a istinadən bildirir ki, bu arada Rusiya xüsusi xidmət orqanları Azərbaycandan İŞİD terror qruplaşmasına pul köçürmələrinin qeydə alınması barədə sensasion xəbər yayıb. "İzvestiya" qəzetinin İŞİD-in maliyyə qaynaqlarının kəsilməsi üçün göstərilən səylərdən bəhs edən məqaləsində deyilir ki, noyabrın 18-də Rusiya prezidenti Vladimir Putin bu məqsədlə xüsusi komissiya yaradıb.
Türkiyədə keçirilən G20 sammitində isə Putin deyib ki, Rusiyanın əldə etdiyi məlumatlara görə, terrorçulara maliyyə 40 ölkədən daxil olur.

Və belə ölkələrin arasında Rusiyanın özünün də yer aldığı dəqiqdir. "Rosfinmonitorinq"dən "İzvestiya" qəzetinə daxil olan məlumatlara əsasən, 2013-2014-cü illər ərzində Rusiyanın 80 regionundan 3500-ə yaxın rusiyalı terrorçu qruplaşmalara pul vəsaitləri göndərib. Bu il isə xüsusi xidmət orqanları İŞİD-ə 300 milyon rubl göndərildiyini qeydə alıb.

Rusiya xüsusi xidmət orqanları müəyyən edib ki, İŞİD-ə yardımın toplanılması əsasən sosial şəbəkələr üzərindən həyata keçirilir. Pullar sürətli pul köçürmələri sistemləri üzərindən ötürülür. Maliyyə araşdırmaları göstərir ki, pul vəsaitlərinin xeyli hissəsi münaqişə zonalarına yaxın ölkələrdə nağdlaşdırılır. Hazırda Rusiya xüsusi xidmət orqanları Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belçikanın maliyyə kəşfiyyatlarının iştirakı ilə bir sıra maliyyə araşdırmaları aparır. Eyni zamanda İŞİD-ə bağlı olan şəxslərin aşkara çıxarılıb zərərsizləşdirilməsi üçün MDB ölkələri ilə birgə əməliyyat hazırlanır.

"İŞİD-in fəaliyyət zonaları ilə həmsərhəd olan ölkələrə pul köçürmələri sistemi ilə ötürülmüş maliyyə vəsaitlərinin analizi aparılır. İlkin analizə görə, biz əhəmiyyətli həcmdə əməliyyatların həyata keçirildiyini görürük. MDB ölkələrindən birinci yerdə Qazaxıstandır, ikinci Azərbaycandır, üçüncü yerdə isə Türkmənistan gəlir", - deyə "İzvestiya"ya danışan mənbə qeyd edib.

***

Azərbaycanda İŞİD-in və digər terror qruplaşmalarının ideoloji daşıyıcılarının olması artıq təsdiqlənmiş faktdır. 2011-ci ildən Suriyada Bəşər Əsədə qarşı başlamış "cihad"a Azərbaycandan da qoşulanlar var. Məlumatlara görə, azərbaycanlılar Suriyada daha çox "Əl-Nüsra" yaraqlılarına qoşulsalar da, ölkədən gedən azərbaycanlıların 60 faizə qədəri İŞİD-in tərkibində vuruşmağa üstünlük verirlər. Qeyri-rəsmi məlumata görə, indiyədək terror qruplaşmalarına qoşulan azərbaycanlılar arasında ölənlərin sayı 250-dən çoxdur. Döyüşənlərin sayının isə 500 nəfər olması barədə xəbərlər var. Türkiyə mətbuatı bu mövzudan yazarkən Azərbaycandan bu ölkə vasitəsilə gedənlərin məhz İŞİD-ə qoşulduqlarını qeyd edib.

Təsadüfi deyil ki, Türkiyədə sonuncu anti-İŞİD əməliyyatında saxlanılanların əksəriyyəti Azərbaycan vətəndaşları olublar. Onlar İŞİD-ə qoşulmaq üçün Türkiyə sərhədini keçmək istəyirmişlər. Məlumdur ki, azərbaycanlılar İraqda İŞİD-in "Qafqaz əmirliyi"nin tərkibində döyüşürlər.

Suriyada döyüşən azərbaycanlı İŞİD-çilər isə heç bir əmirliyin tərkibinə daxil deyillər. Ayrıca "Azəri camaatı" qruplaşması adı altında fəaliyyət göstərirlər. Təsadüfi deyil ki, "Azəri camaatı" bir neçə dəfə müraciət yayaraq "İŞİD-in düz yolda olduğunu" bəyan edib. Bəzi mənbələr İŞİD-ə qoşulan azərbaycanıların sayının 500 yox, təxminən 200-dən artıq olduğunu iddia edir. Azərbaycanda bunun rəsmi statistikası, təəssüf ki, bu günədək də açıqlanmayıb.

***

Azərbaycan hüquq-mühafizə orqanları radikal qruplaşmaların tərkibində döyüşənləri zaman-zaman həbs və məhkum etsə də, onların sırasında İŞİD-çilər azdır. Amma bu heç də o demək deyil ki, dünyanı vahimə içərisində saxlayan İŞİD-ə qoşulan azərbaycanlıların sayı da azdır. Avropadakı teraktlar bir daha sübut etdi ki, İŞİD sıralarını genişləndirmək planından daha çox, bu terror ideologiyasına bağlılığa üstünlük verir. İŞİD Fransaya ordu yeritmədi, amma üç-dörd terrorçu-kamikadze ilə ölkəyə sağalmaz yaralar vurdu. Bu bir daha göstərir ki, İŞİD-ə qoşulan, bu terror təşkilatının qanlı ideologiyasını daşıyan bir nəfər belə istənilən ölkə üçün ciddi təhlükədir.

***

İŞİD-in maliyyə qaynaqları Türkiyədə keçirilən G-20 sammitində bir daha gündəmə gəldi. İraqda zəngin neft yataqlarını ələ keçirən İŞİD-in, məsələn, Azərbaycanda bir neçə tərəfdarının qəpik-quruşuna ümid edə biləcəyi absurddur. Məlumdur ki, müxtəlif radikal silahlı qruplaşmalar öz tərəfdarları vasitəsilə maliyyə qaynağı yaradırlar. Radikal dini qruplaşmaların üzvlərinin Azərbaycanda da iqtisadi baza yaratdıqları sirr deyil. Onlar Azərbaycanda hətta böyük ticarət obyektlərinə də nəzarət edirlər ki, əldə olunan gəlirin böyük hissəsi ən müxtəlif üsullarla döyüşən radikallara ötürülür. Onlar əldə etdikləri vəsait hesabına radikal mərkəzlər yaradaraq yeni üzvlər də cəlb edirlər və sair.

Bir müddət əvvəl bu mövzudan danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bu faktların olduğunu təsdiq etmişdi. "Bununla aidiyyəti qurumlar artıq məşğul olur. Çünki radikal, ekstremizmə meylin qarşısını almaq üçün onların iqtisadi bazasını sarsıtmaq lazımdır. Biz imkan verməyəcəyik ki, kimlərsə Azərbaycanda müxtəlif vasitələrlə maliyyə vəsaiti toplayıb bunu hansısa terrorçu qrupa və terrorçu niyyətlərə yönəltsinlər. Əgər kimlərsə burada vəsait əldə edib bundan Suriyaya, İŞİD-ə və başqa yerlərə gənclərimizi göndərmək üçün istifadə edəcəksə, bunun qarşısı alınacaq və dərhal bu vəsaitin mənbəyi məhv ediləcək", - deyə komitə sədri bildirmişdi.

Dünyada pulköçürmə sistemi nə qədər modernləşsə və kodlaşsa da, maliyyəyə nəzarət mexanizmi aradan götürülməyib. Azərbaycanın bəzi banklarının adı bir neçə dəfə müəmmalı maliyyə əməliyyatlarında, çirkli pulların yuyulmasında hallanıb.

Mərkəzi Bank terrorçuluqla məşğul olan şəxslərə maliyyə ötürülməsinə qarşı mübarizəni gücləndirib və "qara siyahı" da tərtib edib. Amma belə görünür ki, bütün bunlar yetərli deyil və hökumət hər hansı bir terror təşkilatına göndərildiyi şübhəli olan ən cüzi məbləği belə ciddi araşdırmalıdır. Bu, həm də İŞİD kimi dəhşət saçan terror qruplaşmaları ilə gizli bağları olanların ifşası üçün ən ciddi ip ucudur. Çünki İŞİD-in tərkibində vuruşan azərbaycanlılar terror təşkilatı ilə sıx əlaqəsi olan, döyüş təcrübəsi, amansız öldürmək təcrübəsi olan, silaha, terrorun digər resurslarına çıxışları olan təhlükəli adamlardır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor