RSS
 

Login:
Şifrə:
» » Mühasibə (Özü ilə hesablaşma)

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Mühasibə (Özü ilə hesablaşma)

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-06-2016, 19:08 | Şərh sayı: (0) | Baxılıb: 595

Mühasibə (Özü ilə hesablaşma)


Mühasibə (Özü ilə hesablaşma)Əxlaqi və ürfani əsaslardan biri də mühasibədir. Allahın razılığını qazanmaq istəyən və əbədi həyata can atan bəndələr səhərlər özlərinə söz verdikləri kimi, gün ərzində bir saat da gündəlik əməllərini yerinə yetirmək və hesablaşmaq üçün vaxt ayırırlar. Nəraqi yazır:
"Ağıllı adamlar vaxtlarını 4 yerə bölüb, onlardan birini əməllərini götür-qoy etmək üçün ayırar, mühasibəni axşamlar yatmazdan əvvələ saxlayarlar ki, gün ərzində əldə etdikləri xeyir və zərərdən, gündəlik mədaxil və məxaricdən tam surətdə xəbərdar olsunlar."
Ötüb-keçənlərlə hesablaşıb gələcək işləri həyata keçirmək üçün özünə söz verməyə mühasibə deyilir. Mühasibə aşağıdakı 7 əsasla həyata keçir:
1) Təqdir (qiymətləndirmə) və ölçü;
2) Məsuliyyəti dərk etmək;
3) Əməllərin qalması;
4) Əməllərin yazılması;
5) Hesablaşma və sorğu-sual;
6) Əməllərin cəzası;
7) Tövbə və əvəzini ödəmək.
1. Təqdir (qiymətləndirmə) və ölçü yaradılışın əsaslarındandır. «Quran» təbiri ilə desək, Allah yanında hər şey özünəməxsus ölçülərlə təyin olunmuşdur.
"... Hər şey Onun yanında müəyyən bir ölçü ilədir." («Rəd»-8)
"(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk." («Hicr»-21)
"... Biz hər şeyi hesaba alıb açıq-aydın kitabda (lövhi-məhfuzda, yaxud zəmanə imamının yanında) təsbit etmişik." («Yasin»-12)
"And olsun ki, (Allah) onları (bütün yaratdıqları) hesablamış və təkrar-təkrar saymışdır." («Məryəm»-94)
2. Allah, dünya və bəşər övladları qarşısında məsuliyyəti dərk etmək və özünə söz vermək insan üzərinə qoyulmuş ilahi əmanətdir. Məsuliyyəti hiss etmək fitri qüvvədir. "Qurani-Kərim”də buyurulur:
"Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Çox zalım, çox cahil olan insan isə (ixtiyar, iradə və seçim qüvvəsinə malik olduğundan) ona yükləndi." («Əhzab»-72)
3. Əməllərin qalması elmi və fəlsəfi bir əsasa söykənir. «Quran»da bu, açıq-aydın sübut edilir:
"Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər." («Kəhf»-49)
Başqa bir ayədə isə belə buyurulur:
"Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun cəzasını) görəcəkdir (cəzasını çəkəcəkdir)." («Zilzal»-7,8)
"(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: "Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah bütün incə işləri biləndir (lətifdir), (Hər şeydən) xəbərdardır!" («Loğman»-16)
4. Əməllərin yazılması və qeydə alınması. İnsanların əksəriyyəti qəflət üzündən özü ilə hesablaşmır, keçmiş əməllərinin yaddan çıxdığını və məhv olduğunu düşünürlər. Daha bilmirlər ki, Allah-təala hər bir insanın əməlini qeyd etmək üçün bir mələk təyin etmiş və qiyamət günü bu əməllərlə hesablaşacaqdır. "Qurani-Kərim”də buyurulur:
"Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq." («İsra»-13)
"(Və ona belə deyərik:) "Oxu kitabını (əməl dəftərini). Bu gün sən özün-özünə haqq-hesab çəkməyə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən." («İsra»-14)
"Sizin üstünüzdə gözətçi mələklər, (əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər." («İnfitar»-10, 11, 12)
Bu əməl dəftəri heç bir şübhə və inkara əl yeri qalmamaq üçün bütün təfsilatı ilə insana göstərilər. "Tariq" surəsinin dördüncü ayəsində Allah-təala göylərə və s. and içdikdən sonra buyurur:
"Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!"
"Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!”(«Qaf»-18).
"Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur!” («Qaf»-17).
"Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz (onların bütün aşkar və gizli söhbətlərini) yazırlar!” («Zuxruf»-80).
"Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir.! Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır!” («Qəmər»-52,53).
"(Ya Peyğəmbər! O gün) hər ümməti diz çökmüş (yaxud bir yerə yığılmış) görəcəksən. Hər ümmət öz (əməl) dəftərinə tərəf çağırılacaqdır. (Onlara belə deyiləcəkdir) "Bu gün sizə (dünyada) etdiyiniz əməllərin əvəzi (mükafatı və ya cəzası) veriləcəkdir! Bu Bizim kitabımızdır (sizin əməl dəftərinizdir). O sizin əleyhinizə haqqı deyər. Biz sizin etdiyiniz əməlləri (orada mələklərə bir-bir) yazdırmışıq?” («Çasiyə»-28, 29).
Bu ayələr bütün əməllərin mələklər tərəfindən qeydə alınıb yazılaraq qiyamət günündə hesaba çəkiləcəyini göstərir.
Əmirəlmöminin (ə) buyurdu:
"....Ey Allah bəndələri! Əməllərin hesaba çəkiləcəyi, dağıntıların çox olacağı və uşaqların (qorxudan) qocalacağı gündən qorxun. Ey Allah bəndələri! Bilin ki, sizin özünüzdən üzərinizə gözətçilər qoyulmuş, sizin bədən üzvlərinizdən olan qoruqçular sizə nəzarət etməkdədirlər. Bilin və agah olun ki, doğru danışan mühasiblər sizin əməllərinizi, hətta nəfəslərinizin sayını belə qeyd edirlər. Nə gecənin qaranlığı və nə də möhkəm qapılar sizi onlardan gizlədə bilməz.(Müxtəsər, harada olsanız onlar sizi izləyirlər). Həqiqətən, sabah bu günə yaxındır...” («Nəhcül-Bəlağə»: Feyzül-İslam: Xütbə №156).
5) Əməllərin sorğu-sualı qiyamət gününün ən əsas məsələlərindən biridir. Heç kəs ondan yaxa qurtara bilməz. Allah-təala buyurur:
«Onları yubadıb saxlayın, çünki sorğu-sual olunacaqlar!» («Saffat»-24).
Bu məsələ o qədər ciddidir ki, hətta peyğəmbərlər də sorğu-sual olunacaqlar:
"(Özlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də (dinimizi onlara təbliğ edib-etməmələri haqqında) sorğu-sual edəcəyik.” («Əraf»-6).
Qiyamət günündə hər biri 1000 il çəkən 50 dayanacaq vardır. Bu dayanacaqların hər birində bir şey barədə sorğu-sual olunacaqdır.
İmam Sadiq(ə) buyurur:
"Ey insanlar! Sizi sorğu-suala çəkməzdən əvvəl özünüzlə hesablaşın, çünki qiyamət günündə hər biri 1000 il çəkən 50 dayanacaq vardır». Sonra bu ayəni tilavət etdi: "....Müddəti 50000 il olan bir gündə...” («Məaric»-4).
Hesabat mövzusu o qədər dəqiqdir ki, hətta insanın qəlbindəki niyyətlərindən də sorğu-sual olunacaqdır:
"...Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da Allah ona müvafiq sizinlə haqq-hesab çəkər...” («Bəqərə»-284).
Allahın adlarından biri "Səriül-hesab” (tez hesab çəkən) və qiyamət gününün adlarından biri isə "yovmul-hesab”dır (sorğu-sual günü). Bunların hər ikisi hesabatın və sorğu-sualın nə qədər əhəmiyyətli olduğuna dəlalət edir. Allah-təala Quranda buyurur:
"....Allahın hökmlərini inkar edən şəxslə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir.” («Ali-İmran»-19).
Başqa bir yerdə isə buyurur:
"....Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!” («Sad»-26).
Demək, vay o adamların halına ki, o günü (qiyamət gününü) unudublar. Çünki 2 şeyi yaddan çıxarmaq əbədi bədbəxtlik və ziyana səbəbdir- Allahı və qiyamət gününü unutmaq.
"....Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!...” («Bəqərə»-286).
6) Əməllərin cəzası xilqətin və İslam dininin ən mühüm əsaslarındandır. Hər bir əmələ qarşı bir reaksiya və hər bir hərəkətin özünəməxsus mükafatı vardır.
Allah-təala bu barədə çox təkid edir, çünki heç bir əməl cəzasız və mükafatsız qalmayacaqdır:
"....(O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!”(«Bəqərə»-281).
"Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!) («Müddəssir»-38).
7) Tövbə də həmçinin İslamın islahedici əsaslarından biridir. Tövbə bağışlanmaq, Allaha tərəf qayıtmaq və hədərə getmiş ömrün böyük Yaradan yolunda istifadə olunmuş ömrə çevrilməsi üçün bir vasitədir. Tövbəsiz mühasibə mühakimə mümkün deyil. Buna görə də Allah-təala dəfələrlə öz bəndələrini tövbə etməyə və Ona tərəf qayıtmağa dəvət edərək onlara rəhmət və məğfirət mücdəsini verir:
"(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” («Zümər»-53).
Mühasibə rəvayətlərdə

Hədislərdə də mühasibəyə çox əhəmiyyət vermişlər. Peyğəmbər (s) öz vəsiyyətlərindən birində Əbuzər Ğəffariyə buyurur:
"Ey Əbuzər! Səndən sorğu-sual olunmamış özünlə hesablaş, çünki bu, qiyamətdə çəkiləcək sorğu-sualı daha asan edər. Səni yoxlamamışdan qabaq sən özünü yoxla. Özünü qiyamət günü üçün hazır saxla. Heç kim şərikin şəriklə hesablaşması kimi özü ilə ciddi hesablaşmasa, təqvalılardan sayılmaz. Təqvalı insan bilməlidir ki, yediyi, içdiyi və geydiyi şeylər haradandır. Görəsən, halal yolla qazanmışdır, yoxsa haram yolla? Ey Əbuzər! Allahın qayda-qanununa məhəl qoymayan və hansı yolla gəldi mal-dövlət qazanmaqdan qorxmayan şəxsi Allah da hansı yolla gəldi cəhənnəmə daxil edər.”
Başqa bir hədisdə o alicənabdan belə nəql olunur:
"Sizdən sorğu-sual olunmazdan qabaq özünülə hesablaşın, əməlləriniz yoxlanılmamışdan əvvəl özünüz öz əməllərinizi yoxlayın. Özünüzü qiyamət gününə hazırlayın.”
Nə barədə soruşulacaq?
1) Əhli-beytə məhəbbət
Bir hədisdə Peyğəmbər (s) belə buyurur:
"(Qiyamət günü) Allah bəndəsindən birinci soruşulacaq şey biz əhli-beytin məhəbbətidir.”
Digər bir hədisdə o ali Cənab buyurur:
«Qiyamət günü 4 şey barədə sorğu-sual olunmamış heç bir bəndə bir addım belə ata bilməyəcək: birinci, ömrünü nəyə sərf etməsindən; ikinci, cavanlığını harada və hansı yolda keçirməsindən; üçüncü, mal-dövləti hansı yolla qazanmasından və nəyə xərcləməsindən; dördüncü isə əhli-beytə məhəbbətindən soruşulacaqdır.»
2) Namaz. İnsandan soruşulan ikinci əməl namazdır. Əbi-Bəsir deyir: «İmam Baqir (ə)-dən belə eşitdim:
"Qiyamət günü bəndədən sorğu-sual olunacaq birinci şey namazdır. Əgər namaz qəbul olunarsa, başqa əməlləri də qəbul olunar.”
Allahın razılığını qazanmaq istəyən insan İlahinin ona bəxş etmiş olduğu bu nemətdən yaxşı istifadə edərək onu uca Yaradana ibadət və itaətdə sərf etməlidir.
Həzrət Səccad (ə) Allaha belə ərz edir:
"İlahi! Ömrümü sənin yolunda itaətə sərf etmək iqtidarında olanadək məni öldürmə, amma əgər ömrüm şeytana xidmətdə və azğınlıqda keçərsə, sənin qəzəbinə layiq olmamış məni tez öldür.”
Buna görə də bu duanın başqa bir hissəsində həzrəti-Səccad Allahdan istəyir ki, onu özü ilə haqq-hesab çəkməkdə və əməllərinə yetişməkdə məvəffəq etsin:
"İlahi! Mühəmməd (s)-a və onun ailəsinə salam göndər. Həyatın çətinliklərində mənə kömək ol. Mənə kömək ol ki, bu yükün ağırlığı mənə güc gəlməsin və başımı özümə qarışdırmasın. Ey mənim Allahım! Sabah qiyamət günü torpaqdan qalxanda sənin ədalətin qarşısında cavab verməli olacağam. Elə et ki, bu gün sabahımı fikirləşib üzərimdə olan vəzifəni sənin istədiyin kimi yerinə yetirim.”

Mühasibənin qaydası

Mühasibə edərkən bir neçə qaydaya riayət etmək lazımdır:
a) Ən əvvəl bilmək lazımdır ki, nəfsi-əmmarə (pisliklərə sövq edən qüvvə) və özünüsevmə qüvvəsi insanı aldadıb gözəllikləri, çirkin, çirkinlikləri isə gözəl cilvələndirir. İnsan mühasibə zamanı özünə başqasının gözü ilə baxmalıdır. Hədislərdə vardır ki, mömin mühasibə edərkən özünə şərikin şərikə qarşı yanaşdığı kimi yanaşsın. Başqa bir ifadə ilə desək, özünün bütün hərəkət, xatirə, düşüncə və davranışlarını öz gözü önündə canlandıraraq heç bir güzəştə getmədən əməllərini araşdırsın.
Peyğəmbər (s) buyurur:
"Heç bir bəndə şərikin şəriklə hesablaşdığı və ya ağanın qulundan tələb etdiyi kimi özü ilə hesablaşmasa, mömin deyildir.”
Başqa bir hədisdə həzrəti-Əmirəlmöminin (ə)-dən mühasibə qaydası müfəssəl olaraq belə rəvayət olunur:
Bir nəfər həzrət-Əli (ə)-dən soruşdu:
Ölünü necə mühasibə etmək olar?» O Həzrət buyurdu:
«İnsan gecəni gündüzə, gündüzü gecəyə başa vuranda axşam özünə qayıdıb desin: «Bu günün də belə keçdi. Bir daha qayıtmayacaq. Allah-təala səndən soruşacaq ki, bu günü necə keçirdin, hansı işi yerinə yetirdin? Allahı yada saldınmı? Onun həmdini və şükrünü yerinə yetirdinmi? Mömin qardaşının haqqını ödədinmi? Onun çətinliklərini həll etdinmi? Evdə olmayan zaman ailəsinə yetişdinmi? Öz namusundan, qeyrətindən istifadə etməklə başqalarının mömin qardaşına qarşı pis sözlər deməsinin qarşısını aldınmı? Bir müsəlmana belə kömək etdinmi? Axır bu keçən gündə nə etdin?» Sonra bütün əməllərini gözdən keçirsin. Əgər bir xeyir iş görübsə, Allaha şükr edib bu müvəffəqiyyətə görə ona təzim etsin, belə ki əməllərində hər hansı bir günaha və ya qüsura rast gələrsə, tövbə edərək Allahdan bağışlanmaq diləsin, bir daha günaha qayıtmayacağına söz verib Mühəmmədə və ailəsinə yenidən salam göndərmək vasitəsilə qəlbini paklayaraq günahının pasını yusun...”("Biharül-ənvar”LXVII c/s-70; «Vəsailüş-şiə» XI c/s-379).
b) Mühasibə edərkən Allah əmrlərinə düzgün surətdə riayət edilib-edilməməsini bilmək üçün ilk olaraq vacib əməlləri yerinə yetirib haram buyurulmuş əməllərdən çəkinmək lazımdır. Sonra isə müstəhəb (bəyənilmiş) və xeyirxah əməllər yerinə yetirilsin.
v) Haqq-hesab qurtarandan sonra əgər müsbət bir hal müşahidə edilsə, Allaha şükr edib ondan daha çox müvəffəqiyyət əldə etməsini, yox əgər günah etmiş olduğunu başa düşərsə, Allahdan bağışlanmasını diləyib hədərə getmiş vaxtlarının yaxşı əməllər və xeyirxah işlər görməklə əvəzini versin. Beləliklə, bu əməllər vasitəsilə buraxdığı səhvləri düzəltsin. Allah-təala buyurur:
"....Həqiqətən, yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar...”(«Hud»-114).
"....Pisliyin qarşısını yaxşılıq etməklə alırlar...”(«Rəd»-22).
Yeddinci imam həzrəti-Musa ibn Cəfər (ə) buyurur:
"Ey Hişam! Hər gün yaxşı işlər görüb onu artırmağa çalışmayan, günahlarından ötrü bağışlanmasını diləməyən və bir daha günaha qayıtmamaq üçün özünü mühasibə etməyən şəxs bizdən deyildir.
Başqa bir hədisdə İmam Baqir (ə)-dən belə rəvayət olunur:
"....Pis əməllərdən sonra yaxşı əməllər görmək nə qədər də gözəldir?! Yaxşı əməllərdən sonra pis əməllər görmək isə nə qədər də çirkindir?!”
Nə üçün mühasibəyə əhəmiyyət vermirik?
1) Allahı unutmaq və özünə biganəlik
Şübhə yoxdur ki, bu mühüm mövzuya diqqət yetirməyin səbəbi Allahı unutmaqdır. Allahı unudan şəxs özünə qarşı biganə olar. Özünə qarşı biganə yanaşan şəxs isə həvayi-nəfsinə (ehtiras və şəhvətinə) tabe olar. Nəhayət, həvayi-nəfsinə tabe olan şəxs isə həqiqətlərdən uzaqlaşıb bir daha öz gələcəyi haqda düşünə bilməz.
Allah-təala «Quran»da buyurur:
" Allahı unutduqları üçün Allahın da onları unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin. Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!”(«Həşr»-19).
"....Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!”(«Kəhf»-28).
Hər halda həvayi-nəfslə Allahı xatırlamaq, nurla zülmət bir yerə sığmaz.
2) Lovğalıq və yersiz ümid
Mühasibəni tərketmə amillərdən biri də lovğalıq və yersiz ümiddir.
Həzrəti-Əli(ə) "İnfitar” surəsinin 6-cı ayəsini ("Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir?”) şərh edərkən qəflət yuxusuna dalmış insanları oyadaraq öz vəzifələrinə qarşı diqqətli olmaq üçün buyurur: "Bu lovğa insan cavabı çox əsassız və bağışlanmaq istərkən üzrü qəbul olunmayan bir məsuliyyət daşıyır. Buna baxmayaraq öz nadanlığında qalaraq lovğalıq və cahillikdən əl çəkmir...
....Ey insan! Niyə görə günah etməyə cürət edirsən? Allahın qarşısında nə lovğalanırsan? Səni həlak olmağa nə həvəsləndirir? Sənin bu xəstəliyinin əlacı yoxdurmu? Bu yuxudan oyanmayacaqsanmı? Niyə özgəsinə rəhm etdiyin kimi özünə rəhm etmirsən?...
....Sən ki birini qızmar günəş altda görərkən onun üzərinə kölgə salır, zəif bir xəstə görəndə onun halına acıyırsan, bəs niyə özünə bir gün ağlamırsan? Halbuki heç bir şey və heç bir kəs sənə canından əziz deyildir. Qəfil bəla qorxusu səni niyə bu yuxudan ayıltmır? Sən elə pis haldasan ki, Allaha itaət etməmək nəticəsində qəlbini qaraltmış, özünü onun qəzəbinə düçar etmisən!...
....Bu xəstəliyi özünə söz verməklə və möhkəm inamla müalicə et! Gözünü yummuş qəflət yuxusunu oyaq qalmaqla özündən qov! Allaha müti olub onu həmişə yad et.....
....Beləliklə, elə bir şeyi axtarmaqda ol ki, (üzrünün qəbul olunması üçün) onu bəhanə gətirib öz dəlilini ona istinad edə biləsən...Sakin olmayacağın dünyadan əbədilik və möhkəmlik azuqəsi toplayıb (axirət) səfəri üçün bir vasitə hazırla. Nicat qığılcımına göz dikib səfər azuqəsini öz miniyinə möhkəm bağla.”

Nəticə

Yuxarıda qeyd etdiyimiz ayə və rəvayətlərdən özü ilə mühasibə etməyin zəruriliyi aydın oldu. Qeyd etdik ki, hesabsız ömür sürməyin aqibəti əbədi bir ziyanla sona yetir. Həzrəti-İmam Hadi(ə) buyurur:
"Dünya elə bil bazardır. Kimi onda xeyir qazanır, kimi isə zərər.”
Deməli, insan nə qədər ki sağdır, özü ilə hesablaşmalıdır. Dünyadan köçəndən sonra bir daha dünyaya qayıtmaq və itirilmişləri bərpa etmək mümkün deyildir. "Qurani-Kərim”də buyurulur:
«Nəhayət, birinin ölümü çatdığı zaman o belə deyər: "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm!» Xeyr, bu, onun dediyi boş sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə vardır."(«Möminun»-99,100).
Demək, Allahın insana verdiyi ömrün harada və nəyə sərf olunması barədə qiyamət günü soruşulacaqdır. Buna görə də çalışıb bu böyük nemətdən yaxşı istifadə etmək lazımdır. İnsan onun hər bir anını qənimət bilib qiyamət günü üçün özünə azuqə yığmalı, gecə-gündüz özünü mühasibə etmək fikrində olmalı, məhşər günü Allah hüzurunda cavab verməli olacağını həmişə nəzərdə tutmalı, ondan öz ömrünü necə keçirdiyi haqda sorğu-sual olacağı barədə düşünməlidir. Kim bu qiymətli nemətdən düzgün istifadə etməsə, ziyan çəkənlərdən olar. Allah-təala «Quran»da əsrə və zamana and içəndən sonra buyurur:
"...İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!"(«Əsr»-2,3).

Ziyan nədir?

Ziyan əldən çıxmış əsas sərmayədir. Bu, hər an ötdükcə azalan və bir daha geri qayıtmayan insan ömrüdür. Əgər bu ömür iman, saleh əməllər, haqq tərəfdarı olmaqla və haqq yolunda cihad etməklə ötüb keçərsə, insan heç bir ziyana uğramaz. Bu anlar bir daha bərpa olunmaq qüdrətinə malik deyildir. Ömürdən qalan hissənin isə özünəməxsus vəzifə və məsuliyyətləri vardır ki, əgər müvəffəq olmağını fərz etsək, təkcə onun öz haqqını ödəyə bilərsən.
Xülasə, insan qiyamət günü peşman və xəcalətli olmamaq üçün bu dünyada özü ilə hesablaşmalıdır.
Biz belə nəticəyə gəlirik ki, ayə və rəvayətlərdə nəfsin mühasibəsi haqda olunan çoxlu təkidlər xalqın qəflət yuxusundan oyanıb əbədi həyata azuqə toplamasına görədir. Bu ayə və rəvayətlər fürsət əldən çıxmamış insanın özü üçün xeyir əməl yığmasını göstərir. Həzrət Əmirəlmöminin(ə) buyurur:
"Ey Allah bəndələri! Elə indidən ayılın, çünki hələ dillər azad, bədənlər sağlam, bədən üzvləri hazır, gediş-gəliş yeri geniş və imkan çoxdur. Fürsəti əldən verməmişdən və ölüm yetişməmişdən qabaq ayılın. Ölümü həmişə hazır bilin. Nə vaxtsa gələcəyini gözləməyin. (Çünki bu sizi süst edib əməllərinizin təxirə düşməsinə səbəb olar.)"

Müatibə (özünütənqid)

İnsan gündəlik əməllərinə nəzər salıb özü ilə hesablaşaraq özünü vicdan məhkəməsində mühakimə etdikdən və günahkar bildikdən sonra müatibə mərhələsinə, yəni tənqid məqamına yetişir.
Bu mərhələdə insan şəxsən öz-özünü tənqid edib danlamalı, bu vasitə ilə özünü itirilmişlərin bərpası üçün hazırlamalıdır.
Bununla belə, mühasibə zamanı insanın öz eyibləri ilə məşğul olmayıb başqalarına irad tutaraq özünü təmizə çıxarmasına diqqət etmək lazımdır. Bəziləri başqalarına eyib tutmaqla bilmədən özlərini təmizə çıxarır və günahı başqasının boynuna ataraq məsuliyyətdən qaçırlar. Xoş o adamların halına ki, xudbinlikdən əl çəkib batinlərində özlərini nəsihət edirlər. Özünüsevmə vadisində qalıb nəsihət qəbul etməyən və özündə heç vaxt bir eyib görməyən adamların vay halına.
Əmirəl-möminin(ə) buyurur:
"Özünü mühasibə edən, eyiblərini başa düşüb günahlarından xəbərdar olar. Belə bir şəxs, nəhayət, günahlarını yumaqda və eyiblərini düzəltməkdə müvəffəqiyyət qazanar.”
O Həzrət yenə buyurur:
"Kim özünü tənqid edərsə, nəfsini islah, tərifləyərsə, məhv edər.”
Başqa bir hədisdə o Həzrətdən belə nəql olunur:
"....Xoş o adamın halına ki, öz eyibləri onu başqasına eyib tutmağa qoymur....”
Yəni öz eyiblərinə başı elə qarışır ki, daha başqasına eyib tutmaq üçün macal tapmır.
Bilmək lazımdır ki, müatibə iki mərhələdən ibarətdir: a) Özünütənqid; b) Tövbə və itirilmişlərin bərpası mərhələsi.
Birinci mərhələdə nəfsi-ləvvamədən (özünü qınayan nəfs) qaynaqlanıb özünü tənqid etmək lazımdır. Bu mərhələ qəzəb və tənbeh mərhələsidir. Allah dostları özlərini tənbeh etmək fikri ilə gecə oyaq qalmaq, aclıq, oruc tutmaq, az danışmaq, təsirli zikrlər etmək, ehsan və bəxşiş vermək və s. kimi əməllərlə itaətə gəlməyən nəfsi ram etməyi özlərinə zəruri bir hal kimi qəbul etmişlər. Əmirəl-möminin buyurur:
"Kim özünü tənbeh etməsə, məhv olar.”
Ayətullah Brucerdi(r.ə) haqqında belə danışırlar:
Tələbələrdən hər hansına qarşı acıqlanarkən həmin şəxsdən üzr istəməkdən əlavə bu səhvi düzəltmək üçün özünü tənbeh etmək qəsdilə o günün səhərini oruc tutmağı nəzir edərdi.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor