RSS
 

Login:
Şifrə:
» » Çox yatmağın və çox danışmağın pis təsirləri

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Çox yatmağın və çox danışmağın pis təsirləri

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-05-2016, 19:50 | Şərh sayı: (0) | Baxılıb: 1289

Çox yatmağın və çox danışmağın pis təsirləri


Çox yatmağın və çox danışmağın pis təsirləriƏxlaq alimləri çox yatmaqla çox danışmağı insanın təkamül yolunda ciddi maneələr hesab edirlər. Məsələn, çox yemək kimi digər manelər də vardır. Bu sadalananlar ləzzətli olduğu üçün insanın diqqətini cəlb edir. Əslində isə zəruri ehtiyacdan artıq yatmaq, danışmaq, yeməyin, hətta dünya həyatı üçün də heç bir faydası yoxdur. Bu işlər insanın qiymətli vaxtını əlindən alıb onun dünyəvi işlərinə ciddi zərbə vurur. İnsan çox yeməklə və yatmaqla vaxt itirir, çox danışmaqla enerji itkisinə məruz qalır. Vəzifəsinin tərkib hissəsi danışmaqdan ibarət olan müəllimlərin, natiqlərin fiziki cəhətdən zəifliyi deyilənlərə sübutdur. Bu insanlar danışıb qurtardıqdan sonra möhkəm yorğunluq hiss edirlər. Sözsüz ki, çox danışmaq məzəmmət olunarkən insanlara elm öyrədib doğru yolu təbliğ edənlər nəzərdə tutulmur. Söhbət boş yerə çox danışmaqdan gedir. Vacib olmayan yerdə danışmaq bəzən insanı cəhənnəmə də apara bilər. İnsan üçün böyük günah hesab olunan qeybət, böhtan söz gəzdirmə çox danışmağın nəticəsidir. Çox danışmağa adət etmiş insan üçün bu iş ləzzət verir.
İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyurur ki, gecələr az yat, gündüzlər az danış. Həzrət sözünün davamında həzrət Süleymanın anasının ona dediklərini xatırladır: «Çox yatmaq səni kasıb edər». Əgər yatmaqda məqsəd yorğunluğu aradan qaldırıb yeni qüvvə əldə etmək deyilsə, belə yuxu faydasızdır. Ömür o qədər də uzun deyil ki, insan onu faydasız yuxularla puça çıxarsın. Ömürün qədrini bilən çox yatarmı?
Çox danışmağa vərdiş edən insanlar özünə nəzarət etməkdə çətinlik çəkir. Belə adamlar üçün susmaq zindanda oturmaq kimidir. İmam Sadiq (ə) buyurur: «Bədən üzvləri arasında göz və dil qədər naşükrü yoxdur». Hər bir üzv insanın ona göstərdiyi xidmət müqabilində xidmət göstərir. Amma göz və dil belə deyil. Çox vaxt yuxuda olan göz, boş yerə enerji sərf edən dilin faydası nədir?! Amma nurunu təhsilə sərf edən gözün, ibadətə məşğul olan dilin xidmətini inkar etmək olmaz.
İfrat və təfrit yuxudan pəhriz
Ümumiyyətlə, insan ifrat və təfritdən çəkinməli, bütün işlərdə orta həddi gözləməlidir. Bəzən insan az yatmağın faydaları haqqında eşidib yuxu müddətini o qədər azaldır ki, öz sağlamlığını təhlükəyə atır. İnsan orqanizmi istirahətə möhtacdır. Qurani-Kərimdə ilahi nemət olan yuxu haqqında buyurulur: «Biz yuxunu sizin istirahətiniz üçün müəyyən etdik»(«Nəbə» surəsi, ayə 9.).
Bəzi insanlar yuxusuzluqdan əziyyət çəkir. Onlar bunun qarşısını almaq üçün müxtəlif dərman perepartlarına aludə olurlar. Bu aludəçiliyin mənfi nəticələri gizli deyil. Ona görə də insan təbii yuxunun qədrini bilməlidir. Qədərindən artıq yatmaq normal həyat fəaliyyətini korlayır. Ayrı-ayrı insanların yuxuya olan ehtiyacı müxtəlifdir. Zəruri yuxu müddətinin təyinində insanın yaşı, peşəsi, sağlamlıq vəziyyəti mühüm şərtlərdəndir. Hər bir insan ya şəxsi təcrübəsi, ya da həkim göstərişi əsasında nə qədər yatmalı olduğunu daha yaxşı bilir. Normal yuxu rejimi qurmayanlar sonralar bunun əziyyətini çəkir. İslam dinində gecə yarı ibadət etmək tövsiyyə olunur. Amma gecəni bir müddət oyaq qalmaq əsas vermir ki, insan gündüz çox yatsın. Çünki gecə yatıb gündüz işləmək təbiidir. Yer kürəsinin bəzi nöqtələrindən bir neçə ay gecə, bir neçə ay gündüz olur. Uyğun məntəqələrdə yaşayanlar yuxu və iş rejiminə ciddi əməl edirlər. Əksər məntəqələrdə isə gecə və gündüz bu işdə insanlara köməkçidir. «Muzzəmmil» surəsinin 6-7-ci ayələrində buyurulur: «Şübhəsiz ki, gecə qalxmaq daha əlverişli və söz demək (dua) daha münasibdir. Çünki gündüz sənin uzun-uzadı davam edən işlərin vardır».
Bəli, gecə yuxu üçündür. Bununla belə, insan yuxuya olan ehtiyacını müəyyənləşdirməlidir. Gün batandan gün doğana dək yatmaq zəruri hesab olunur. Allah-təala öz peyğəmbərinə buyurur: «Gecənin az bir hissəsi istisna olmaqla qalxıb namaz qıl»(«Muzzəmmil» surəsi, ayə 2.). Ayədən göründüyü kimi insan, orqanizm üçün az miqdar yuxu kifayət edir. «Zariyat» surəsinin 17-ci ayəsində oxuyuruq: «Onlar (müttəqilər) gecələr az yatırdılar». Əgər insan günün yarısını yatmalı olsaydı, Quran uyğun ayəni buyurmazdı.
Yuxu rejimi
Əgər rəvayətlərdəki göstərişlərə əməl etsək, az yatmaqla yuxuya olan ehtiyacımızı təmin edə bilərik. Yuxunun əsas hissəsini gecə yarıdan əvvələ salmaq çox faydalıdır. Təəssüf ki, bu günki həyat şəraiti yuxunun əsas hissəsini gecə yarıdan sonraya saxlamağa vadar edir. Peyğəmbər (s) və məsum imamlar dövründə əksəriyyət dini göstərişlərə əməl etdiyindən, gecənin proqramı belə idi: məğrib namazını cəmiyyətlə qılıb evə gedərdilər. Şam yeməyini yeyib işa namazını qılmaq üçün məscidə qayıdardılar. Məsciddən qayıdıb yatardılar. O dövrün həyat şəraiti belə bir proqramın gerçəkləşməsi üçün yardımçı idi. Məsələn, elektrik olmadığından gecənin qaranlığı tez yatmağa səbəb olurdu. Gecənin əvvəl vaxtında yatmaqla yuxuya olan ehtiyac ödənir, insan rahatcasına yuxudan oyanıb sübh namazını qılır. Təbii ki, gecə yarıyadək televizora baxan insan üçün sübh namazına durmaq problemə dönür. Bir zaman müsəlmanlar gecə yuxusuz qaldıqda gündüz günortadan qabaq yarım saat yatardılar. Bu yuxu «qəylulə» adlanardı. Bu yorğunluğu aparar, günorta namazı üçün xoş əhval-ruhiyyə yaradardı. Belə bir rejim az yatmaqla yuxuya olan ehtiyacı təmin etməyə imkan yaradır. Bu günki həyat şəraiti fərqli olsa da insan proqram tutmaqla vaxtdan səmərəli istifadə edə bilər. İnsan öz vaxtını çox vaxt səmərəsiz, bəzən isə günaha səbəb olan filmlərin tamaşasına sərf etməməlidir. Xüsusi ilə tələbələr nəzərə almalıdılar ki, gecənin əvvəl vaxtı mütaliədən gecənin sonundakı mütaliə daha faydalıdır. Gecə yarıdan gündoğanadək olan müddətdə insanın zehni aydın olduğundan həmin vaxtda mütaliə, eləcə də, gecə namazı və Quran qiraəti üçün münasib fürsət yaranır. Əsas məsələ az yatmaq yox, səmərəli işlər üçün daha çox vaxt əldə etməkdir. Əgər insan gecəni oyaq qalıb faydasız və günah işlərlə məşğul olacaqsa, şəksiz ki, oyaq qalmağa dəyməz. «Gecənin bir qismində Ona səcdə et, Ona həmd oxu»(«İnsan» surəsi, ayə 26.). «Gecənin bir vaxtı durub sənin üçün faydalı olan gecə namazı qıl»(«İsra» surəsi, 79.).
Rəvayətə görə İslam Peyğəmbəri (s) gecələr bir neçə dəfə oyanarmış. Möminlər üçün müstəhəbdir ki, gecə yarıdan keçmiş oyanıb dörd rəkət nafilə namazı qılıb yatsınlar. Sonra yenidən durub daha dörd rəkət nafilə qılsınlar… Sözsüz ki, belə bir proqram hər möminin qüvvəsi daxilində deyil. Bəziləri gecə namazına durduğu üçün sübh namazını qəzaya verir. Belə olmaz. Ömrünü hədərə vermək istəməyənlər oyaq qaldıqları vaxtda hansı işi görəcəklərini dəqiqləşdirməlidirlər. Amma vaxtın necə keçməsindən xəbərsiz qalmağı xoşlayanlar şeytan tələsindən qorunmalıdırlar. Şeytan şadlanar ki, insan gecəni oyaq qalıb əxlaqsız filmlərdən, boş-boş söhbətlərdən feyziyab olsun. Fərdi ibadət üçün əlverişli olan gecədən fərqli olaraq gündüz ictimai işlər, təhsil, tədris və s. işlər üçün daha uyğundur. Cəmiyyətin ehtiyaclı olduğu hər hansı bir iş böyük ibadətdir. Həzrət Peyğəmbər (s) imam Əli (ə) və sair imamların gündəlik işlərindən biri insanlara yardım idi. Əgər gecə ibadətləri kimin üçün çətindirsə də heç olmasa gündüz ehtiyaclılara kömək əli uzadaq.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor