Rəsulullah (s) və pərəstiş |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-01-2016, 23:35 | Şərh sayı: (0) | Baxılıb: 374
Rəsulullah (s) və pərəstiş

Peyğəmbər (s) mərifətdə nümunə olduğu kimi pərəstişdə də hamıdan üstündür. O, haqqı tanımış ilk şəxsdir: «Mən Allahı tanımış, tövhidi təsdiq etmiş ilk şəxsəm. Mən Allahın dəvətini qəbul etmiş ilk şəxsəm» («Bihar» 16).
Namaz və gecə oyaqlığı
Namaz Allah qarşısında bəndəliyin kamilliyidir. Peyğəmbər namazı «gözümün nurudur» deyə tərifləyib. Quran həzrəti (s) ibadi cəhətdən kamala yetirmək üçün belə buyurur: «Ey bürünmüş Peyğəmbər, gecə az bir hissəsi istisna olmaqla qalxıb namaz qıl! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az. Ya da bir qədər ondan çox həm də aramla, ağır-ağır Quran oxu! Həqiqətən biz sənə ağır bir kəlam vəhy edəcəyik» («Muzzəmmil» 1-5). Quran kimi böyük bir feyzə nail olmaq üçün gecəni oyaq qalmaq lazımdır. Hamının rahatca yataqda uyuduğu bir zaman qalx və öz Allahınla danış. Gecəni sakit qəlbində qalx, Allahı çağır, Quranı gözəl oxu, kamillik məbdəsinə əl aç ki, ruhun əzəmətlənsin, ağır məsuliyyətləri, böyük risaləti qəbul edə biləsən.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər