RSS
 

Login:
Şifrə:
» » İman və əməlin səadətə çatmaqda rolu

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İman və əməlin səadətə çatmaqda rolu

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-05-2016, 04:59 | Şərh sayı: (0) | Baxılıb: 264

İman və əməlin səadətə çatmaqda rolu


İman və əməlin səadətə çatmaqda roluİman və əməlin səadətə çatmaqda rolu

Mühüm etiqad məsələlərindən biri budur ki, insanın xoşbəxtliyində iman və əməlin rolu nədir? İman və əməlin hər ikisi zəruridir, yoxsa biri kifayətdir? Əsas imandır, yoxsa əməl?
Qurani-Kərim nəzərindən imansız əməl faydasızdır. Bir şəxs Allaha, qiyamətə, peyğəmbərlik və imamətə inanmazsa təkcə yaxşı işləri hesabına axirət səadətinə qovuşa bilməz. Axı behiştə inanmayan hansı məntiqlə behiştə getməlidir. «Kafirlərin əməlləri səhradakı ilğıma bənzər. Susuzluqdan ürəyi yanan onu su bilər, nəhayət gəlib çatdığı zaman heç nə tapmaz. Tapdığı əməli müqabilində Allahın cəzası olar. Allah da onun cəzasını verər. Allah tez bir zamanda bütün məxluqatının hesabını çəkər»(«Nur» surəsi, ayə 39.).
Xalq adətən yol çəkib, körpü salan varlıları əziz tutur. Amma bu adamların Allaha etiqadı olmazsa Allah da onların yaxşı işlərini nəzərə almaz. Sual oluna bilər ki, əgər bütün dünya Lodıgin və Edisonun zəhmətləri hesabına elektrik işığından istifadə edirsə nə üçün onlar cəhənnəmə getməlidir? Cavab belədir ki, bir insana Allah, qiyamət, peyğəmbər və imam sübut olduğu halda inad üzündən qəbul etməzsə, bu insan əbədi ilahi nemətlərdən faydalanmaq ləyaqətinə malik deyil. Bir şəxs bilərəkdən hər hansı bir həqiqəti inkar edərsə axirət səadətindən məhrum olar. Belə insan gördüyü xeyir işlərin əvəzini elə dünya həyatında da alar, axirət mükafatındansa məhrum olar.
İslam və Quran nəzərincə ilahi biliklərdən xəbərdar insan bilərəkdən bu həqiqətləri inkar edirsə nəinki behiştə getməz, heç onun qoxusunu da duymaz. Əksinə, imanlı olduğu halda heç bir xeyir iş görməyən insan əbədi səadətə qovuşa bilməz. Bəlkə də, bu ehtimal həqiqətdən uzaqdır. Necə ola bilər ki, imanlı insan heç olmasa bir dəfə də Allaha səcdə etməsin. Axı iman insanın həyatında zərrə qədər də olsa təsir qoymalıdır. Demək, həqiqi iman sahibinin heç bir xeyir iş görməməsi ehtimalı çox zəifdir. Bu yalnız o vaxt mümkün olar ki, insan iman gətirən kimi dünyasını dəyişsin. Ömür boyu günaha batıb cinayətlərə yol vermiş insan imanlı olduğunu iddia edirsə şübhəsiz ki, yalan deyir. İmanlı insan xeyir işlərdən uzaq ola bilməz. Əgər saleh əməl imanın şərtidirsə nə üçün möminlər günaha yol verir? Əgər imanlı insan günaha batırsa, demək, onun imanı zəifdir. Belə insanda şəhvət və qəzəb oyanan kimi iman yaddan çıxır. Rəvayətə görə günah edən zaman, iman ruhu tərk edir. Həmin an insanı mömin adlandırmaq olmaz. Onu kafir də hesab etmək düzgün deyil. Çünki qəzəb və şəhvət alovu sönən kimi iman ruhu geri qayıdır. Amma bir günah imanın unudulmasına səbəb olmaqla gündəlik təkrarlanaraq artarsa belə insan üçün kafir olmaq qorxusu vardır. «Nəhayət, Allahın ayələrini yalan hesab edib məsxərəyə qoyanlar kafir oldular»(«Rum» surəsi, ayə 10.). Təbii ki, günah çirkabında qərq olmuş qəlbdə iman ləyaqəti yoxdur. Günah insanın imanını asta-asta zəiflədərək nəhayət, bir gün onu tamamilə aradan aparır.
Əlbəttə ki, xeyir iş görən imanlı insanlar da ehtiyatlı olmalıdırlar. Çünki şəhvət, qəzəb, dünyagirlik, vəzifəpərəstlik hər zaman pusqudadır. İman o zaman səadətə aparır ki, insanın son nəfəsinədək davamlı olsun. Bir ömür imanla yaşayıb ölüm məqamında küfrə düçar olanlar vardır. Hansı ki, ömrünün axır dəqiqələrində həqiqətdən xəbər tutub tövbə edərək dünyadan imanlı gedənlər də var. Bəs mömin insan saleh işlər görməklə yanaşı çox günaha batarsa onu hansı tale gözləyir? Əgər bu insan ölümündən qabaq həqiqi tövbəyə nail olarsa bütün günahları bağışlanar. Bəziləri nöqsan tuta bilər ki, bu baxış günaha yol açır. Amma kim əmin ola bilər ki, həqiqi tövbəyə nail olacaq?! Hər halda, həqiqi tövbə edə bilən möminin günahları bağışlanacaqdır. «Hər kəs tövbə edib yaxşı iş görsə, şübhəsiz ki, gözəl bir dönüşlə Allaha tərəf qayıdar»(«Furqan» surəsi, ayə 71.).
Ömür boyu böyük günaha yol verməyib yalnız kiçik günahlara batanlar tövbə edəcəkləri təqdirdə bağışlancaqlar: «Əgər böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtərik»(«Nisa» surəsi, ayə 31.). Onu da qeyd edək ki, bilərəkdən kiçik günahları davam etdirmək böyük günah hesab olunur. Bəs böyük günaha batmış insan tövbə etmədən dünyadan gedərsə necə? Rəvayətə əsasən bu insan çətin can verər, günahı təmizlənməsə bərzəxdə cəzasını çəkər, bu da səmərəsiz olsa qiyamət səhnəsində sıxıntı keçirər. Unutmaq olmaz ki, behiştə yalnız imanı ləkələnməmiş insanlar gedə bilər. Xəvaric əqidəsində olanlar böyük günaha yol vermiş insanı kafir hesab edirdilər. Ən pisi isə budur ki, onlar İslamda zəruri olan bəzi əməlləri böyük günah bilirdilər. Elə buna görə də İslam hakimiyyətini zəruri bilən şiələri «kafir» adlandıraraq qətlə yetirirdilər. Bəli, gecə ibadət edib gündüz oruc tutan, Quranı əzbər bilən xəvaric bu sayaq əqidə çaşqınlığına düçar olmuşdu. Əslində isə böyük günaha yol vermiş insan tövbə etmədiyi halda əzaba düçar olsa da onu kafir adlandırmaq olmaz. İnsan nə qədər böyük günaha batsa da tövbə edib cəzasını çəkdikdən sonra imanı olduğu üçün behiştə gedər.

İmanın əsasları

İmanın neçə sütunu vardır? Həzrət Peyğəmbərin (s) buyuruqlarını qəbul etmək dinin sütunlarındandır. Bu buyuruqların ən mühümü «üsuli-din», yəni dinin əsasını təşkil edən tövhid (Allahın birliyi), nübüvvət (peyğəmbərlik) və məad (ölümdən sonra həyat) inamlarıdır. Bəs qalan buyuruqlar necə? Məsələn, əgər bir şəxsdə imam Əlinin (ə) həzrət Peyğəmbər (s) tərəfindən xilafətə təyin olunmasına yəqinlik varsa necə? Məsələn, bir şəxs həzrət Peyğəmbərin (s) öz dilindən Əlinin (ə) xilafətə təyin olunmasını eşitdiyi halda düşmənçilik göstərərək bu həqiqəti inkar edirsə, onu imanlı hesab etmək olarmı? Əhli-beyt vilayətini inadkarlıq səbəbindən inkar edən şəxs cəhənnəm əhlidir. «Onlar Allahın lənət etdiyi şəxslərdir… Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? Halbuki, biz İbrahim övladına da kitab və hikmət vermişdik»(«Nisa» surəsi, ayə 54.).
Fəqihlərin buyuruğuna əsasən dinin zəruri hökmlərini inkar etmək peyğəmbəri inkar etməkdir. Ümumiyyətlə, peyğəmbərin buyuruğunu inad üzündən qəbul etməmək peyğəmbərliyin inkarıdır. Hətta zəruri olmayan hökmün inkarına məntiqi münasibət budursa, Əhli-beytin vilayəti kimi mühüm bir məsələni inad üzündən inkar edəni imanlı hesab etmək olmaz. Necə ola bilər ki, insan Allahı qəbul edə, amma onun yer üzündəki hakimiyyətini qəbul etməyə?! Yer üzündə Allahın hakimiyyətini icra edən peyğəmbər və imamların inkarı, Allahın hakimiyyətinin inkarıdır. Hətta qəlbinin dərinliyində də bu əqidədə olan insan kafirdir. Naqis, yarımçıq, ləkəli imanla behiştə getmək qeyri-mümkündür. Həzrət Peyğəmbərin (s) hər bir buyuruğu insanı xoşbəxt edəcək həqiqi imanın tərkib hissəsidir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor