RSS
 

Login:
Şifrə:
» » Onun hekayəsi

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Onun hekayəsi

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 25-04-2016, 20:48 | Şərh sayı: (0) | Baxılıb: 1032

Onun hekayəsi


Onun hekayəsiKüçə darvazasının arxasından hər gün bu vaxt gələn tıqqıltı bu gün bir az ucadan eşidildi. Artıq neçə saat idi ki, otağın pəncərəsindən küçənin sükutuna qərq olub hər gecə müxtəlif saatlarda darvazanın ağzına yaxınlaşan və tez uzaqlaşaraq qaranlığın içinə girib yoxa çıxan bu tıqqıltı sahibinin kim olduğunu mərakla gözləyirdi.Tez yerindən qalxıb uşaq oyanmasın deyə barmağının ucunda, asta, amma sürətli addımlarla, qapı əvəzi asılmış qara pərdəni kənara çəkərək otaqdan çıxdı. Çadrasını götürüb başına atmağı da unutmamışdı. İkinci mərtəbədən aşağı uzanmış uzun daş pilləkənlərdən elə enirdi ki, elə bil onu ölümcül təhlükə təqib edirdi. Pilləkənlərin aşağısında başmaqlarını geyinməyi də unudtu, yalın ayaqları ilə darvazaya qaçdı. Qapını açdı, sağa-sola boylandı, gecələr səhərəcən ibadət etməkdən yorulmayan, yan qonşusu qoca Əhmədin məhəccərli pəncərəsindən süzülən çırağ işığının əyri -üyrü daş döşəmədən ibarət yola düşən kölgəsinin altında pəncəsində çörək tikəsilə oynaşan bir pişikdən başqa ins-cins yox idi. O da qadının kölgəsini görüb yoxa çıxdı. Məyus halda əyilib darvazanın sol tərəfində yerə qoyulmuş taxta tabağı götürdü və darvazanın kilidini içərindən kilidləyib evə döndü. Artıq uzun müddət idi ki, bu hal davam edirdi. Kimliyi ona məchul olan kimsə, hər gecə bu vaxtlar onun darvazasının ağzına bir gün yemək, bir gün meyvə, bir gün dəridən hazırlanmış uşaq çarığı, süd və başqa ərzaq məhsulları qoyub təşəkkür gözləmədən gedirdi.

“Axı kim idi o? Zamanın bu ağır iqtisadi durumunda kim öz süfrəsindən, balalarının boğazından kəsib kiməsə yemək-içmək verərdi?”

Bu suallar isə onu gecələr yatmağa qoymur, elə hey düşündürürdü. Amma bir cür cavab tapa bilmirdi bu suallara? Bəlkə əri savaşda şəhid olandan sonra kiminsə onlara yazığı gəlir, yaşayışının çətin olduğunu, himayəsində yetim qız körpəsi olduğunu düşünüb yardım edirdi? Amma yenə də bu yaxşılığın kim tərəfindən edildiyini bilməli, heç olmasa ona bir “sağ ol” deməyi özünə borc bilirdi. Onun bayaq evdən çıxışı nə qədər asta, səssiz olsa da həmişə ayıq yatan balaca Əsməri oyatmışdı. Əsmər hər gecə anasının belə hövlnak, tələsik otaqdan həyətə atılmasına, bir az sonra isə məyus, əlində bir tabaq yemək geri dönəcəyinə adətkərdə olduğundan birinci dəfədən fərqli olaraq daha ağlamırdı. Bir az sonra anası yastığının kənarında oturacaq, əlindəki tabağa səliqə ilə düzülmüş xurma, çörək, halva, bişmiş qarğıdalının hərəsindən bir hissə ona öz əlləri ilə yedirib bağrına basıb yatacaqdılar.

-Ana!

-Hə qızım- yarı yuxulu halda cavab verdi.

-Bəlkə bu yeməkləri bizə gətirən o kimsə atamdır? Bəs niyə evimizə girmir, məni görmək istəmir? Niyə yeməyi qapının qırağına qoyub gedir? Məgər atam daha bizi sevmir?

Hər gecə bu sözləri Əsmərdən eşidir, gözlərindən axan yaş yanaqlarını, qucaqlayıb bağrına basdığı yavrusunun qara saçlarını da isladırdı. Amma bu Əsmərin anasına verdiyi yeganə sual idi ki, cavabını eşitmir, onu sualdan yayındırmaq üçün söhbəti dəyişir, qara saçlarını öpürdü.

-Ana!

-hə, qızım, gül balam.

-Bir dəfə Leyla xala dedi ki, mən atamla görüşəcəyəm, o məni çox sevir, məndən ötrü darıxır. Bu doğrudur?

-Əlbəttə qızım, bir vaxt olacaq biz atanın yanına gedəcək, onunla birlikdə gözəl bir diyarda, gözəl bir evdə yaşayacağıq.

-Bizim evmiz kimi bir evdə? O evdə də Əhməd babagilin hər yeri işıqlandıran çırağı kimi bizim də çırağımız olacaq?

-O diyarda heç vaxt qaranlıq olmur gözəl qızım. Orada atan, sən və mən xoşbəxt yaşayacağıq. Əsmər xəyalında heç vaxt görmədiyi bir diyar təsəvvür etdi. Yam-yaşıl təpənin qoynunda, füsunkar gözəlliyə malik bir evin qarşısında dayanmış uca boylu, ağappaq libasını sərin meh dalğalandıran atasını gördü. O, uzaqdan gələn Əsməri və anasını görüb sevincindən təbəssüm etdi, sağ əlini qaldırıb uzaqdan onları salamladı, sonra dizlərini yerə qoyub qollarını hər iki tərəfə açmış halda uzaqdan uca səslə “Əsmər” deyə çağırdı. Əsmər atasını görcək əlini anasının əlindən buraxıb yaşıl otlar üstündə “atacan” deyib ona doğru qaçır, anası da sevinə-sevinə onun ardıyca qaçırdı. O atasını həyatda axırıncı dəfə yarım il öncə səhər yuxudan ayılanda anası və onunla vidalaşarkən görmüşdü. Atası Əsmərin yatağının yanında diz üstə oturub qızının gözlərindən, yanağından öpüb, saçlarını qoxulayıb “anana layiq bir qız ol qızım” demişdi.

-Ata, olmazmı ki getməyəsən? Bizi tək qoymayasan...? - Əsmər qəlb yanıdaran titrək səsilə dedi. -Qızım biz axı Onu tək qoya bilmərik, belə vaxtda biz Onun yanında olmalıyıq.

-Kimin ata? Sənin məndən də çox sevdiyin varmı? Axı sən məni hamıdan çox sevirsən ata.

Ata boynunu qucaqlamış qızcığazının kürəyini əli ilə ovuşdurur, dodaqlarını qulağına söykəmiş halda:

-Əziz qızım, səni çox sevirəm, sən mənim və ananın bircəcik qızısan, mənim üçün dünyada heç bir bala səni əvəz edə bilməz. Amma O bizim hamımızın canıdır, gözümüzün nurudur, Onun haqqında sənə az da olsa danımışdım, yadındadırmı qızım?-deyə pıçıldamışdı.

-Sən yenə də Onunla gedirsən ata?- Əsmər, başını bayaqdan bəri söykədiyi atasının çiynindən qaldırıb əllərini onun hər iki yanağına qoydu, atasının gözlərinə, ağappaq surətinə, səliqəli daranmış qapqara saqqalına və tək tük ağarmış tüklərinə diqqətlə baxıb təbəssüm etdi.

-Uğur olsun atacan, sənin Onu sevdiyini o qədər hiss edirəm ki, səni bu yoldan ayırıb Ona həsrət qoymağı rəva bilmərəm. Əsmər də atasının boynuna sarılaraq onu bərk -bərk qucaqlamış, pəncərədən düşən günəş işığının təsrindən parıldayan zirehinin əynində görüncə hıçqıra-hıçqıra ağlamşdı. Nədənsə atası bu sinəsi dəmirli paltarı geyinəndə onu daha çox qucaqlayıb öpür, anasının gözlərindən yaş yanaqlarına tökülür, həyətdə xurma ağacına bağladığı atına minərək küçədə harayasa tələsən atlılar dəstəsinə qoşulub gedərdi. Fəqət bir müddət sonra yenə həmişəki kimi evə qayıdardı. Deyəsən, bu dəfə durum tamam fərqli idi. Atasının səfəri heç vaxt bu qədər uzun çəkməmişdi. Anasının da gecələr göz yaşlarına hakim kəsilə bilməyib səhərədək ağlaması, ilk dəfə Leyla xala da onlara həyəcanlı gələrkən nəysə məhzun bir xəbər gətirmiş, ikisi də alt mərtəbədəki kiçik hücrəyə çəkilib bir müddət sonra şişmiş, qan dolmuş gözlərilə çıxmasından məlum olurdu ki, atası belə tezliklə gəlməyəcək və ya heç gəlməyəcəkdi. Leyla xala da bir dəfə atasının onun əri ilə birlikdə uzaq bir diyarda yaşadığını demiş, vaxt çatanda hamısının ora köçəcəyini bildimişdi. Bütün bunlar balaca Əsmərin gözü önündə baş vermiş hadisələr idi.

-Ana! Leyla xalanın qızı Əsmanın da atası atamın yanındadır deyirlər. Gedəndə Əsmanı da apararıq yaxşı? Mən ona söz vermişəm.

-...

-Ana!

O isə qızını bağrına basıb artıq çoxdan yatmışdı. Aradan bir neçə gün keçmişdi. Yenə pəncərənin qarşsında yatağında mütəkkənə söykənib oturmuş, darvazadan taqqıltı səsinin eşidiləcəyi anı gözləyirdi ki, o məchulun kimliyindən xəbərdar olsun. Taxta məhəccərin arasından bu şəhərə həmişə yad olan, lakin nadir hallarda, çağırılmamış qonaq kimi gəlib otağa daxil olan sərin meh onu xumarlandırırdı. Yuxusuzluq gözlərinin qapaqlarını örtməyə çalışsa da ona müqavimət göstərməyə çalışırdı. Lakin bir anlıq yuxuya daldı, gözləri yumuldu, qulaqları ətrafdan təcrid oldu. Ram oldu yuxusuzluğa, qərq oldu dərin yuxuya. Bu gecə dünyanı ağuşuna alan qaranlıq özü ilə birlikdə sükutu da gətirmişdi. Arabir küçədən keçən tək tük atların ayağının altından qopan dəmir nalların səsi də bu gecə nədənsə gəlmirdi. Elə bil şəhərdəkilər də atası ilə köçüb getmişdilər onun yaşadığı çəmənli diyara.

Hər gün gecənin bu anları küçə darvazasından səs gələr anası hövlnak, tələsik addımlarla küçəyə qaçardı. Əsmər yavaş-yavaş yerindən qalxıb, anasını oyatmasın deyə asta addımlarla otaqdan çıxdı. İkinci mərtəbədən aşağı uzanmış pilləkənlərlə enib bir az həyətdə dayandı, anasının yatdığı otağa aşağıdan yuxarı bir anlıq boylandı. Küçə darvazasına yaxınlaşdı, kiçik əlləri ilə darvazanın tək adamlıq qapısını özünə tərəf böyük həyəcanla çəkdi. Heç vaxt tək küçəyə çıxmamışdı, həm təklik həm də qaranlıq onu həyəcanlandırmışdı. Amandır anası bu səsi hər gün eşitdiyi tıqqıltı zənn edib aşağı düşməsin. Küçəyə çıxmağa müyəssər olmuşdu, anası da səsi eşitməmişdi. Elə addımını darvazanın eşiyinə qoymuşdu ki, ayağına yumşaq parçaya bükülmüş sərin nəysə dəydi. Tez boylandı və bir az aralıda gecə qaranlığında ağ geyinmiş başında isə qaranlıqdan müəyyən edə bilmədiyi rəngdə örtük bağlamış bir nəfərin iri addımlarla ondan uzaqlaşdığını gördü. Ayaq səslərinin eşidilməməsi ayağında başmaq olmamasından xəbər verirdi.

-ALLAHIN SALAMI OLSUN!

Əsmər titrək, bir az əvvəl sanki vahimə ilə qorxmuş, özünü ağlamaqdan güclə saxlayan cəsarətli qızcığaz səsi ilə səsləndi. O hamıya məchul şəxsin arxadan kölgəsini görmüşdü və ona səslənirdi. Küçənin qaranlıq üfüqündə qərq olmağa az qalmış kölgə hələ də gedirdi. Əsmər qorxuya müqavimət göstərdi, ayaqlarını qapının səkisindən aşağı endirib bir iki addım irəliyə doğru qaçdı və bir daha “Allahın salam olsun” deyib səsi zülmət içində yox olmağa doğru gedən kölgəyə çatsın deyə ucadan səsləndi. Həşəmətli addımlarla küçəni qət edib Əsmərdən uzaqlaşmağa çalışan kölgə durdu. Arxadan başının aşağı olduğundan görünürdü ki, baxışlarını yerə dikib düşünür. Bəlkə düşünür ki, dönməsin geri, ay Allah nə olaydı dönəydi, onunla görüşəydi. Məchul kölgə asta hərəkətlə çevirilib üzü geriyə doğru dayandı. Yenə addımlarını atmağa, yenə hərəkət etməyə başladı, fəqət bu dəfə sonsuz dəniz kimi görünən zülmət qaranlılar içərisinə deyil, geriyə Əsmərə tərəf addımlayırdı. Yaxınlaşdıqca daha da həşəmətli görünürdü, böyüyürdü, surəti açıq aydın görünməyə başlayırdı, əynindəki geyiminin rəngi daha da ağarmaqa, başındakı örtüyünün rəngi qaradan yaşıla çevrilirdi. Yalın ayaqların addımları Əsmərin düz qarşısına qədər yaxınlaşıb dayandı. Əsmər qarşısında dayanmış böyük adamın surətini seyr etmək üçün başını yuxarı qaldırıb onun üzünə diqqətlə baxdı. Böyük adam sağ çiyninə atmış xurcununu çiynindən endirdi, Əsmərin sol, özünün isə sağ tərəfində səsizcə yerə qoydu və yavaş- yavaş kiçilməyə başladı. O qədər kiçildi ki, Əsmər onun surətinə baxmaq üçün daha başını yuxarı qaldırmırdı, o artıq Əsmərin boyu qədər əyilmişdi. Əhməd kişinin evinin pəncərəsindən düşən yəmişəyanar çırağın şöləsi onun simasında kölgələri ora bura qaçırdırdı. Qapqara, gözəl, amma hüzn və iztirabdan yorulmuş, parlaq və kədərli ona dikilmiş iri gözlərinə, başındakı yaşıl örtüyün yanlarından, alnından iki tərəfə daranmış qara saçları arasında tək-tük ağarmış tellərinə, atasının səliqə ilə daradığı saqqalı kimi qapqara saqqalına diqqətlə baxdı və:

-Mən səni tanıyıram!-dedi. Əyilmiş böyük adamın gözləri sual dolu baxışlarla ona zilləndi. Qaşları çatlıldı, Əsmərin kiçik əllərini ovuclarına alıb, öpdü, saçına sığal çəkdi.

-Məni tanıyırsan? Eləisə kiməm?-deyə sual dolu baxışlarını sözlərə çevirib təəccüblə soruşdu.

-Sən “O”san! Atamın həmişə mənə danışdığı, son dəfə onunla getdiyi, “Biz Onu tək qoya bilmərik axı” dediyi “O” san. Elə deyilmi?

Başını aşağı saldı, bir anın içində gözlərindən bulaq kimi axan yaşlarını qızcığazdan gizlətmək istədiyi görünürdü. Əsmərin əlləri hələdə onun iki əlinin arasında ovuşurdu. Onun əllərindən qızcığazın qəlbinə elə xoş hərarət gəlirdi ki, sanki altı ayın atasız gecələrinin yaratdığı soyulmuş qaysağa bu bir neçə dəqiqə içərisində sərin məlhəm sürtülmüşdü.

-Bəs atam indi haradadır?-göz yaşlarını gizlədən Ondan, atasının yerini, ünvanını, ora gedən yolu deməsi üçün titrək səsi ilə soruşdu və həsrətlə cavab gözlədi. O, başını astaca qaldırıb Əsmərin gözlərinə baxdı, lakin bayaqkı hüzn və məyusluqdan əsər əlamət yox idi gözlərində, amma göz yaşlarının qara kirpiklərinin ucunda izləri hələ də qalırdı. Gözlərindən yanaqlarına axan yaş saqqalını da azacıq islatmışdı. Bu baxışlar atasının həmişə “O”nun haqqında danışarkən Əsmərin gördüyü yaş dolu, amma bir xoşbəxtlik əks etdirən baxışların eynisi idi.

-Atan, Onun yanındadır qızım, atan Ona qovuşdu!.

Bu ifadə elə amiranə səsləndi ki. Əsmər zənn etdi ki, bu səs qarşısında dayanan böyük insanın dilindən yox, səmadan eşidilir.

-Bəs sən “O” deyilsən?

-Əsl “O” Odur! Biz hamımız “O”nun yanına dönəcəyik–deyib bayaq darvazanın qırağına qoyduğu parçaya büklümüş ərzağı götürdü, Əsmərin hər iki ovucuna qoydu. Qızcığazın yanaqlarından öpdü, qara saçlarına sığal çəkdi və ayağa qalxdı. O bayaq kiçildiyinin əksi olaraq yenə də ucalmağa, böyüməyə başladı. Təbəssümlə “Sənə də Allahın salamı olsun” deyib qaranlıq küçənin zülmət üfüqünə doğru addımladı və bir an gözdən itdi. Darvazanın cırıltısı gəldi. Əsmər arxaya çevirildi, bu anası idi. Oyanıb qızını yerində görməyən ana Əsməri səsləyərək həyəcanla aşağı enmişdi, amma nədənsə Əsmər anasının onu çağırdığını eşitməmişdi. Ana həyəcanla qızını qucaqlayıb qoynuna aldı.

-Əsmər sən burada neynirsən qızım? Gözəl balam, axı qaranlıq səni qorxudar, qızım.

- Mən ərzağı götürməyə gəlmişdim ana-deyə Əsmər cavab verdi və arxaya, Onun bayaq dayandığı yerə çevirilib baxdı. Bayaq onun dayanıdğı yerdə isə indi sərin meh əsirdi.

Əli Rzazadə

(SDU-nun müəllimi)



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor