RSS
 

Login:
Şifrə:
» » İmam Məhdinin (ə.f) azərbaycanlı vəkili (Qasim ibn Əla)

Xəbər lenti

Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Məhdinin (ə.f) azərbaycanlı vəkili (Qasim ibn Əla)

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-02-2015, 01:26 | Şərh sayı: (0) | Baxılıb: 606

İmam Məhdinin (ə.f) azərbaycanlı vəkili (Qasim ibn Əla)


İmam Məhdinin (ə.f) azərbaycanlı vəkili (Qasim ibn Əla)


Bismillahir rəhmanir rəhim
İmam Məhdi (ə)-ın vəkillərindən biri də Azərbaycanlı olan Əba Muhəmməd Qasim ibn Əladır. (Qasim ibn Əla Həmədani ilə səhv salınmasın.)

(Fikirimizcə ilk öncə "naib” və "vəkil” anlayışları qısaca da olsa izah edilməlidir. "Kiçik qeyb” dövründə naiblər dörd nəfərdən ibarət olsa da, vəkillərin sayı çox olmuşdur. Həmin dövrdə naiblərin hər birisi Bağdadda məskunlaşmışdı. İslam ölkələrindən olan şiələr məhz bu naiblər vasitəsilə İmam Məhdi (ə.f) ilə əlaqə yarada bilirdilər. Lakin İmam Məhdinin (ə) digər məntəqələrdə vəkilləri də var idi. Bəsrə, Kufə, Yəmən, Mədain, Qum, Nişabur, Rey, Həmədan və eləcə də Azərbaycan kimi bir çox islam ölkələrində yaşayan bu vəkillər, bir növ naiblərin işini yüngülləşdirir, şəhərlərdə şəri vergilərin yığılmasını həyata keçirir, daha sonra isə onları Bağdada gətirib naiblərə çatdırırdılar. Eyni zamanda onlar şiələrin dini və şəxsi problemlərini həll etməyə çalışır, suallarına cavab verir, İmamın (ə.f) göstərişlərini və tapşırıqlarını məskunlaşdıqları şəhərin şiələrinə çatdırıdılar. Lakin onlar İmamdan (ə) birbaşa olaraq məktub ala bilmirdilər. Bu məktublar onlara dörd naibdən biri vasitəsilə çatırdı. Həmçinin, onlar naiblərdən daha aşağı bir məqama sahib idilər. Allahın rəhməti olsun onlara. -müt)

Həyatı: "Rical” kitablarında onun doğum və vəfat tarixi barədə, eləcə də həyat və fəaliyyəti barədə kamil və ətraflı şəkildə məlumat verilməmişdir. Lakin rəvayətlərdən belə nəticə alırıq ki, o İmam Rza (ə)-ın zamanında yaşamışdır. Belə ki, Ərdəbilinin hədisində gəlmişdir ki: "Onun əynində bir köynək var idi ki, həmin köynəyi ona Əbul-Həsən Rza (ə) geyindirmişdi”. (Səfinətun-nəcat, Şeyx Abbas Qummi, 7/302)

Həmçinin əldə olan məlumatlara əsasən, İmam Məhdi (ə)-ın ikinci və üçüncü naibləri olan Şeyx Muhəmməd ibn Osman Əmrinin və Şeyx Əbul-Qasim Hüseyn ibn Ruh Novbəxtinin zamanında həzrət (ə) tərəfdən ona məktublar gəlirmiş. Bu isə ona dəlalət edir ki, o bu iki şəxsin naibliyi zamanında hələ də həyatda imiş.

Hədislərə əsasən, o yüz on yeddi il ömür sürmüşdür. Bunun səksən ilini gözləri görən halda keçirmişdir. Səksən yaşından sonra isə gözləri tutulmuşdur. O, İmam Hadi və İmam Həsən Əskəri əleyhiməs-səlamla da görüşmüşdü. Qasim ibn Əla Azərbaycanın "Arran” (indiki Bərdə) bölgəsində yaşayırdı. (İrşa, Şeyx Müfid, s.331, Camiur-ruvat, Ərdəbili, 2/19)

Güvənirliyi: Şeyx Tusinin Şeyx Müfidə istinadən gətirdiyi hədis onun güvənilir, ədalətli bir şəxs olmasına və İmam Hadi (ə) və İmam Əsgəri (ə)-ın əshabından olmasına dəlalət edir. Bu hədisə əsasən, İmam Məhdi (ə) onun vəfat xəbərini məktubla ona bildirmiş, onun üçün geyim göndərmişdir. Şeyx Tusi deyir:

"Muhəmməd ibn Muhəmməd ibn Numan Hüseyn ibn Abdullahdan, o da Muhəmməd ibn Əhməd Səfvanidən bizə belə xəbər verdi ki, sonuncu dedi:

Qasim ibn Əlanı gördüm. Mən onu görəndə onun yüz on yeddi yaşı var idi. Onun səksən yaşında gözləri görürdü, bu zaman o mövlamız Əbəl-Həsən (ə) və Əba Muhəmməd Əskəri (ə) ilə görüşmüşdü. Səksən yaşından sonra gözləri tutulmuşdu (görmürdü), lakin vəfatından yeddi gün əvvəl gözləri əvvəlki halına qayıtdı (görməyə başladı). Mən Azərbaycanın Arran (Bərdə) şəhərində onun yanında qalırdım. Mövlamız Sahibəz-zəman Əba Cəfər Muhəmməd ibn Osman Əmri və Əbul-Qasim Hüseyn ibn Ruh vasitəsilə ona məktublar göndərərdi. Lakin təxminən iki ay idi ki, ona məktub gəlmirdi. Buna görə də o çox narahat olmuşdu. Bir gün biz onunla birgə yemək yediyimiz zaman, qapıçı sevincək halda içəri daxil olub ona dedi: İraqdan gələn var. Bunu eşitcək Əbul-Qasim çox sevindi, üzünü qibləyə tərəf döndərib səcdə etdi. Orta yaşlarda olan bir şəxs içəri girdi, üst-başından uzaq yoldan gəldiyi bilinirdi. Əynində bir cübbə var idi. Qasim ayağa qalxıb onu qucaqladı və çiynindəki xurcununu boynundan götürdü. Əl yumaq üçün qab və su gətirilməsini istədi və o şəxsin əlini yudu, sonra isə ona öz yanında yer verdi. Beləcə biz yeməklərimizi yedik və əllərimizi yuduq. (Yeməkdən sonra) o şəxs qalxıb (xurcunundan) bir yazı (məktub) çıxarıb Əbul-Qasimə verdi. Qasim məktubu alıb öpdü və onu öz İbni Əbi Sələmə adlı katibinə verdi. Əba Əbdillah (katib) onu alıb açdı və oxumağa başladı. Ta ki, Qasim (məktubla bağlı) nə bir şey olduğunu hiss etdi. Dedi: Əba Əbdillah, xeyirdir? Dedi: Xeyirdir. Dedi: Vay sənə, mənim barəmdə (xoşagəlməz) bir şey gəlib? Dedi: Pis bir şey yoxdur. Dedi: Bəs nədir? Dedi: Bu məktubun sizə çatmasından qırx gün sonra (sizin) vəfat edəcəyiniz (yazılıb). Həmçinin də yeddi libas göndərilib. Qasim dedi: (Ölərkən) dinim salamat olacaq? Dedi: Salamat olacaq. Bundan sonra o güldü – Allah ondan razı olsun – və dedi: Bundan sonra yaşamaq istəmirəm. (Və ya, dinim salamat olan halda ölürəmsə, daha çox yaşamaq mənə gərək deyil.-müt.)

Məktub gətirən şəxs qalxıb yük torbasından üç "izar” (paltar növü), bir qırmızı yəməni örtük, bir əmmamə və digər iki növ paltar çıxarıb (Qasimə verdi). Qasim də onları aldı. Qasimin əynində isə bir köynək var idi ki, onu mövlamız Əbul-Həsən (Rıza) (ə) Qasimə vermişdi… Qasim oğlu Həsənə tərəf dönüb dedi: Həqiqətən də Allah sənə bir məqam vermək istəyib, səni bir mərtəbəyə qaldırmaq istəyib, şükr edərək onu qəbul et. Həsən ona dedi: Atacan, onu qəbul etdim. Qasim dedi: Hansı şərtlə? Dedi: Sən mənə nəyi əmr etsən, o şərtlə atacan. Dedi: Bu şərtlə ki, daha öncə etdiyin işdən – şərab içməkdən əl çəkəsən. Həsən dedi: Atacan, sənin zikr etdiyin Şəxsin haqqına and içirəm ki, bir daha şərab içməyəcəyəm. Şərabla yanaşı sənin bilmədiyin başqa işlərdən də əl çəkəcəyəm. Bundan sonra Qasim əlini göyə qaldırıb üç dəfə belə dua etdi: "İlahi, Həsənə öz itaətini nəsib et, onu sənə qarşı günah etməkdən saxla!”. Sonra öz əli ilə öz vəsiyyətini yazdı. Qasimin əlində (tabeçiliyində) olan mülklər, vəqf malı olaraq mövlamıza məxsus idi…

Qasim oğlu Həsənə vəsiyyətində dedi: Ey oğlum, əgər bu işə – İmam Məhdinin (ə) vəkili olmağa – layiq görülsən, sənin gündəlik rizqin mənim Fərcidə kimi tanınan mülklərimin (tarlalarımın və əkin sahələrimin) yarısından olacaq. Onun digər yarısı isə Mövlamızın mülküdür. Yox əgər layiq görülməsən, o zaman öz xeyrini Allahın qəbul etdiyi başqa yerdə axtar. (Başqa halal iş gör). Həsən buna razı olaraq onun vəsiyyətini qəbul etdi.

Qırxıncı gün idi. Sübh açılmışdı ki, Qasim – Allah ondan razı olsun – vəfat etdi. Əbu Əli ibn Cəhdər Qasimə qüsl verdi, Əbu Hamid isə suyu tökdü. Kəfən olaraq onu yeddi paltara bükdülər. Əynində mövlamız Əbul-Həsənin köynəyi, onun da üzərində İraqdan gələn yeddi paltar var idi. Az bir müddət keçdikdən sonra, Mövlamızdan Həsənə başsağlığı məktubu gəldi. Bu məktubun sonunda isə belə bir dua var idi: "Allah sənə öz itaətini nəsib etsin, səni Ona qarşı günah etməkdən saxlasın!” Bu isə onun atasının onun üçün etdiyi həmin dua idi. Məktubun sonunda belə bir cümlə də var idi: "Atanı sənə öndər, onun əməllərini isə sənin üçün örnək qərar verdik”. (Şeyx Tusi, Ğeybət, s.210-214)”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor