RSS
 

Login:
Şifrə:
» » “TƏBLİĞ” ayəsi üzərində təhlil

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

“TƏBLİĞ” ayəsi üzərində təhlil

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-12-2015, 23:16 | Şərh sayı: (0) | Baxılıb: 1095

“TƏBLİĞ” ayəsi üzərində təhlil


“TƏBLİĞ” ayəsi üzərində təhlil


Allah-Taala Qurani-Kərimin “Maidə” surəsinin 67-ci ayəsində İslam Peyğəmbərinə (s) xitabən buyurur:

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

“Ya Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı (camaata) çatdır. Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirməmişsən. Allah səni insanlardan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq. Allah kafir camaatı hidayət etməz.”

Şiə və əhli-sünnə alimlərinin kitablarında bu ayənin imam Əli (ə) və “Qədir-Xum” hadisəsi ilə əlaqədar nazil olduğu göstərilmişdir. Belə ki, İslam Peyğəmbəri (s) ömrünün sonuncu ilindəki həcc mərasimini (“Həccətül-vida”nı) yerinə yetirib geri döndükdə və “Qədir-Xum” adlı məntəqəyə çatdıqda, bu ayə nazil olaraq, o həzrətə imam Əlinin (ə) imamət və xilafət məqamına təyin olunması haqda göstəriş verildi. Peyğəmbər (s) də hacıları həmin məntəqədə bir yerə toplayıb, Allaha həmd-səna dedikdən sonra imam Əlinin (ə) özündən sonra xəlifə olacağını onlara elan edərək buyurdu: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır.”

Yuxarıdakı ayə özü müxtəlif ifadələrlə üç mühüm məsələyə toxunur:

1. Ayədən məlum olur ki, bu məsələ İslam baxımından yüksək əhəmiyyətə malikdir. Hətta Allah tərəfindən Peyğəmbəri-Əkrəmə (s) göstəriş verilir ki, mütləq onu xalqa çatdırsın. Əgər çatdırmasa, vəzifəsini yerinə yetirməmiş olacaqdır! Başqa sözlə, bu məsələ peyğəmbərlik qədər ağır vəzifədir. Əgər elan edilməsəydi, sanki Peyğəmbərin (s) vəzifəsi yarımçıq qalacaqdı!

Məlum olduğu kimi, burada sadə bir şərt nəzərdə tutulmayıb. Əgər o pozulsa, Peyğəmbərin (s) risaləti şübhə altına düşür. Ayənin zahirindən göründüyü kimi, burada çox mühüm məsələnin qarşıya qoyulduğu və onun birbaşa peyğəmbərlik məqamı ilə əlaqələndiyi vurğulanır.

2. Bu ilahi əmr, sözsüz ki, namaz, oruc, həcc, cihad, zəkat və digər əməli vəzifələrlə bağlı deyildir. Çünki bu ayə “Maidə” surəsində yerləşir və İslam Peyğəmbərinə (s) nazil olan sonuncu surədir (yaxud sonuncu surələrdən biridir). Yəni bu surə nazil olanda, artıq İslamın əməli vəzifələrilə əlaqədar bütün məsələləri bəyan edilmişdi.

3. Ayənin ifadələri göstərir ki, elan olunacaq xəbər bəzilərinin sərt mövqeyi ilə qarşılanacaq və bu işdə Peyğəmbərin (s) həyatı təhlükəyə düşəcəkdir. Lakin Allah-Taala o həzrətə qarşı xüsusi himayəsini bildirərək buyurur: “Allah səni xalqdan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq!”

Ayənin sonunda daha təkidlə buyurur: “Allah kafir cəmiyyəti hidayət etməz!”

Bu ifadə qəti şəkildə bir qrup müxaliflərin əks mövqe tutacaqlarını göstərir.

Ayədən açıq-aşkar görünən bu üç məsələni nəzərə alsaq, o zaman Peyğəmbərə (s) xilafət və canişinliklə əlaqədar vəhyin nazil olduğunu başa düşərik. Bəli, Peyğəmbəri-Əkrəmin (s) ömrünün axırlarında ümmətə çatdıracağı son mühüm məsələ İslamın o vaxta qədər bəyan edilməyən əməli vəzifələri deyil, yalnız xəlifəliklə bağlı məsələ ola bilərdi. Çünki Peyğəmbərin (s) risalət və peyğəmbərliyi qədər mühüm olan, müxaliflərin sərt mövqe tutacaqlarına və o həzrətin canının təhlükəyə düşəcəyi ehtimal verilən məsələ məhz budur!

“QƏDİR-XUM” HƏDİSİNDƏKİ “MÖVLA” SÖZÜNÜN ŞƏRHİ

Əhli-sünnə alimlərinin bir çoxu Peyğəmbəri-Əkrəmin “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır.” – kəlamındakı “mövla” sözünü “dost” mənasında təfsir etməyə çalışsalar da, müxtəlif dəlillər göstərir ki, hədisdə bəyan olunan “mövla” sözü “vəli”, “başçı” və “rəhbər” mənasını ifadə edir. Bu dəlillərin bir qismini nəzərdən keçirək:

1. O zaman imam Əlinin (ə) bütün möminlərlə dostluq məsələsi elə də gizli və üstüörtülü bir məslə deyildi ki, bu qədər təkidə ehtiyac olsun. Əgər məqsəd Əlini (ə) sevməkdirsə, onda o böyük karvanın quru və yandırıcı bir səhrada dayandırılıb, Peyğəmbərin (s) uzun bir xütbə oxumasına və camaatdan ardıcıl etiraf istəməsinə nə ehtiyac var idi?! Həm də Quranda açıq-aşkar buyurulur ki, möminlər bir-birlərilə qardaşdırlar. (“Hücurat” surəsi, ayə 10.) “Tövbə” surəsinin 71-ci ayəsində də buyurulur: “Mömin kişilər və mömin qadınlar bir-birinin dostudur!”

Bir sözlə, İslamda qardaşlıq və müsəlmanların bir-birilə dostluğu bu dinin aydın məsələlərindəndir. Bu, İslamın ilk çağlarından olmuş, Peyğəmbər (s) də dəfələrlə bunu təkid etmişdir. Bundan əlavə, dostluq və qardaşlıq elə məsələlərdən deyil ki, Peyğəmbərin (s) onu bəyan etməsilə canı təhlükəyə düşsün.

2. Peyğəmbəri-Əkrəmin (s) buyurduğu “Qədir-Xum” hədisindəki “Ələstu ovla bikum min ənfusikum” (Mən sizə özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?) sualı əksər rəvayətlərdə nəql olunmuşdur və bu sadə bir dostluğu bəyan etməklə əsla uyğunlaşmır. Əksinə o həzrət bununla demək istəyirdi ki, mənimlə Əlinin (ə) sizin üzərinizdə olan ləyaqət, ixtiyar və rəhbərliyi eynidir.

3. Bu tarixi hadisədə camaat, xüsusilə, Əbu Bəkr və Ömər tərəfindən Əliyə (ə) deyilən təbriklər o həzrətin xilafət məqamına nail olmasını bir daha təsdiqləyir. Çünki ümumi şəkildə bütün müsəlmanlara dostluq məsələsinin elan olunmasında təbrikə ehtiyac duyulmur. Məşhur əhli-sünnə alimi Əhməd ibn Hənbəlin “Müsnəd” kitabında yazılır: “Ömər, Peyğəmbərin (s) bəyanatından sonra Əliyə (ə) dedi:

هَنِيئاً يَابْنَ اَبِيطالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:

“Afərin sənə, ey Əbu Talibin oğlu! Sən hər bir mömin kişi və qadının mövlası oldun.” (“Müsnədi-Əhməd”, 4-cü cild, səh. 281.)

Fəxri-Razinin “təbliğ” ayəsinin təfsirində yazdığı ifadə də belədir: “Ömər dedi:

هَنِيئاً لَكَ اَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:

“Afərin sənə! Sən mənim və bütün mömin kişi və qadınların mövlası oldun!”

Beləliklə, Ömər onu özünün və bütün möminlərin mövlası hesab etdi.

“Tarixi-Bağdad” kitabında Ömərin belə dediyi nəql olunur: “Afərin, afərin olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun.” (“Tarixi-Bağdad”, 7-ci cild, səh. 290.)

“Feyzül-qədir” və “Əs-səvaiq” kitablarında da yazılır ki, bu təbriki Əliyə (ə) həm Əbu Bəkr, həm də Ömər demişdir. (“Feyzül-qədir”, 6-cı cild, səh. 217 və “Əs-səvaiq”, səh. 107.)

Aydındır ki, möminlər arasındakı sadə dostluğun bəyanı üçün böyük bir mərasim qurulmasına ehtiyac yoxdur. Deməli, hədisdəki “mövla” sözü imam və rəhbərdən başqa bir məna daşıya bilməz.

4. Peyğəmbəri-Əkrəmin (s) buyruqlarından sonra Həssan ibn Sabitin aydın ifadələrlə zəngin şeri bizim müddəamıza canlı bir şahiddir:

يُنادِيهِمْ يَوْمَ الْغَدِيرِ نَبِيُّهُمْ بِخُمٍّ و اسمع بِالرَّسُولِ مُنَادِيًا

بِاَنِّى مَوْلاَكُمْ نعم وَ نَبِيُّكُمْ فَقَالُوا و لم يبدوا هُناكَ التعاميا

إلهك مَوْلاَنَا وَ اَنْتَ وَلِيُّنَا وَ لا تجدن فِى الْخَلْقِ لِلْاَمْرِ عَاصِيًا

فَقَالَ لَهُ قُمْ يَا عَلِىُّ فَإِنَّنِى رَضَيتُكَ مِنْ بَعْدِى اِمَامًا وَ هَادِيًا

“Qədir-Xumda Peyğəmbərin nidası,

Yayıldı carçısıyla hər sədası.

Dedi: “Kimdir sizin mövla, nəbiniz?”

Bir ağızdan: “Allah bizim Rəbbimiz!

Ondan sonra sən də peyğəmbərimiz!

Vilayətə asi olmaz birimiz!”

Peyğəmbərin Əliyə buyruğuyla:

“Qalx ayağa, həqiqət sorağıyla.

Məndən sonra imam, hidayətçisən,

Mövlası olduğumun rəhbərisən!

Bəs, itaət edin buyruqlarıma,

Allahdan əmanət qoyduqlarıma!

“İlahi! Onu sevən hər kəsi, sev Sən də!

Düşmən olan hər kəsə, düşmən ol Sən də!”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor