RSS
 

Login:
Şifrə:
» » Əmmar Yasiq - Haqla batilin meyarı

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Əmmar Yasiq - Haqla batilin meyarı

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-12-2015, 22:48 | Şərh sayı: (0) | Baxılıb: 294

Əmmar Yasiq - Haqla batilin meyarı


Əmmar Yasiq - Haqla batilin meyarı


Səfər ayının 9-u (Noyabr ayının 21-i) İslam Peyğəmbəri (s) və imam Əlinin (ə) yaxın səhabəsi Əmmar Yasirin şəhadət günüdür. Elə bu münasibətlə, onun həyatı ilə bağlı qısa məlumatı əziz oxucularımızın diqqətinə çatdırırıq:

Əmmarın atasının adı Yasir, anasının adı isə Süməyyədir. Uzun illər Yəmənə hakim olmuş quraqlıq, qəhətlik və fəqirlik ucbatından Yasir digər iki qardaşı ilə birlikdə, onlardan ayrılmış başqa bir qardaşlarını axtara-axtara Məkkəyə gəlir. Onlar qardaşlarını tapa bilməyəcəklərinə əmin olduqdan sonra geri qayıtmaq qərarına gəlirlər. Amma Yasir Məkkədə qalası olur. Zaman ötür, Yasir Məxzum qəbiləsinin rəisi Əbu Həzifə Məxzumun kənizlərindən biri ilə evlənir. Bu kənizin adı Süməyyə olur. Bu izdivacdan Əmmar dünyaya gəlir. (“Tənqihül-məqal”, Mamaqani, c.2, səh.320.)

Həzrət Mühəmməd (s) peyğəmbərliyə seçilikdə, Əmmar ata-anası ilə birlikdə müsəlman olmuş ilk şəxslər sırasına qatılır. Bu ailə Peyğəmbərlə (s) çiyin-çiyinə müqavimət, səbir və fədakarlıq tarixi yaradırlar.

Yasirlə Süməyyə İslamı qəbul etdiklərindən Əbu Cəhl və onun köməkçilərinin şallaqları altında şəhadətə çatır, İslamın ilk şəhidləri məqamını qazanır və İslam tarixinin səhifələrini qanları ilə rəngləyirlər.

Bu iki qəhrəmanın gənc övladı Əmmar isə təqiyyə etməklə, əqidəsini gözləməklə canını qurtara bilir. O, ata-anasının cəlladlar əlində şəhadətə yetməsinə şahid olur. Əmmar işgəncələr altında müşriklərin istədiyi sözü deməyə məcbur olur. O, təqiyyə etdiyi üçün Peyğəmbərdən (s) xəcalət çəkirdi. Amma ayə nazil olur və bu ayə Əmmarın imanına şahid duraraq, onun təqiyyəsini bəyənir. (“Nəhl” surəsi, ayə 106.)

Əmmar Peyğəmbərin (s) göstərişi ilə Həbəşəyə mühacirət edənlər arasında olur. Bu dəstə canını qüreyşlilərdən qorumaqla yanaşı, hicrət etdikləri yerdə İslamı təbliğ etməli olurlar. İslam Peyğəmbərinin (s) Mədinəyə hicrətindən sonra Əmmar da mühacirlərlə birliklə Həzrətə qoşulur və Mədinə məscidinin tikintisində Peyğəmbər (s) və müsəlmanlara kömək edir. Tikinti işində Əmmar canla-başla işləyir, ağır daşlar daşıyırdı. Peyğəmbər (s) ona buyurur: “Əmmar! Özünü bu qədər zəhmətə salma.” Əmmar deyir: “Bu məscidin tikintisində daha artıq işləmək istəyirəm.” Peyğəmbər (s) əlini Əmmarın çiyninə qoyub buyurur: “Sən behişt əhlisən, bir dəstə zalım səni qətlə yetirər.” (“Əyanüş-şiə”, c.8, səh.373.)

Peyğəmbərin (s) Əmmar haqda buyruqları dildən-dilə gəzir. Həzrətin sözləri Əmmarın simasını müsəlmanlara tanıtdırır və onu daha da sevdirir. Məhz Peyğəmbərin (s) münasibətinə görə, Əmmar bütün könüllərdə özünə yer tapır.

Haqq və vilayətİn müdafİəsİ

Peyğəmbərin (s) vəfatından sonra Əmmar bəziləri kimi rahatlıq və sərvət dalınca qaçmır. Əksinə o, haqqın müdafiəsi yolunda olmazın məhrumiyyətlərinə düçar olur. Peyğəmbərin (s) vəsiyyətlərinin görməməzliyə vurulması Əmmarın iman dolu vücudunu haqq və fəzilət müdafiəçisi kimi ağrıdırdı.

Əmmar Peyğəmbər səhabələri, Salman Farsi, Əbuzər Qifari, Miqdad ibn Əsvəd, Əbu Əyyub Ənsari, Xüzeymə ibn Sabit, Osman ibn Hənif, Səhl ibn Hənif ilə birlikdə məscidə gəlib, imam Əlinin (ə) haqqının müdafiəsi üçün müsəlmanların qarşısında çıxış edir. (“Tənqihul-məqal”, c.2 səh.321.)

Əmmarın Kufədə valİlİyİ

İkinci xəlifənin dövründə Əmmar Kufəyə vali təyin olunur. İbn Məsud da bir Quran müəllimi və xəzinədar kimi onu müşayiət edir. O, imam Əmirəlmöminin Əli (ə) eşqi ilə dolu bir qəlblə yalnız qısa müddət Kufədə hakim olur.

Onun ədalətli və dinə müvafiq rəftarı bəzi dünya düşkünlərini razı salmır. Onlar xəlifəyə ünvanlanmış böhtan dolu məlumatları ilə Əmmarın işdən uzaqlaşmasına nail olurlar. Əmmar yenidən Mədinəyə qayıdır və imam Əlinin (ə) elm və helm dəryasından faydalanmaqda davam edir.

Əmmar Mədinəyə qayıtdığı vaxt ondan soruşurlar ki, işdən uzaqlaşdırılmağın səni narahat etmirmi? Əmmar belə cavab verir: “Mənə bu iş həvalə olunanda sevinməmişdim ki, kənarlaşdırılanda da narahat olam!”

Əmmar Yasİr – haqla batİlİn meyarı

Əmmar da haqla batilin ölçüsü olmuş çöhrələrdən sayılır. Bu üsul Peyğəmbəri-Əkrəmin (s) tərəfdarları arasında məşhur bir üsul idi. Onların qarşısına bir çətinlik çıxdıqda deyərdilər: “Baxın görün, Əmmar Yasir necə hərəkət edir, hansı yolu seçir?” Nümunə üçün, Siffeyn döyüşündə Əmmar haqla batil ölçüsü oldu. O, hara üz tuturdusa, Peyğəmbər (s) səhabələri də onun ardınca gedirdilər. Bəzi səhabələr Peyğəmbərin (ə) Əmmarın şəhadəti barədəki buyruğunu əsas götürərək, o, şəhid olanadək döyüşdən çəkindilər. Onlar yalnız Əmmarın şəhadəti ilə haqq cəbhəsini tanıya bildilər. Əmmar Yasirin həqiqət ölçüsü olması Peyğəmbərin (s) buyruğuna əsaslanırdə. Həzrət (s) buyurmuşdu: “Əmmar haqq ilə, haqq da Əmmarla olar. Haqq hansı tərəfə dönsə, Əmmar da həmin tərəfə dönər.” (“Tənqihul-məqal”, c.2, səh.321.)

Siffeyn döyüşündə imam Əlinin (ə) ordusundan Əmmar Yasirin başçılığı və Haşim Mirqalin bayrağı altında olan bir qrup mücahid öz döyüş hazırlıqlarını bildirirlər. Hücumdan qabaq Əmmar Yasir imam Əliyə (ə) yaxınlaşıb ərz edir: “Ey Allah Rəsulunun (s) qardaşı! Meydana çıxıb, döyüşməyimə icazə verirsənmi?” Həzrət (ə) buyurur: “Səbir et! Allah sənə rəhmət etsin.” Bir saat ötür. Əmmar yenidən İmama (ə) yaxınlaşıb meydan icazəsi istəyir. İmam (ə) isə əvvəlki cavabını təkrarlayır.

Əmmar üçüncü dəfə İmama (ə) müraciət etdikdə, İmamın (ə) gözləri yaşla dolur. Bu göz yaşları Əmmarın şəhadətindən danışır. Əmmar bunu hiss edib deyir: “Ya Əmirəlmöminin! Bu gün Peyğəmbərin (s) mənə xəbər verdiyi gündür.” İmam (ə) miniyindən düşüb, Əmmarı ağuşuna alır və onunla vidalaşıb buyurur: “Allah-Taala Özü və Peyğəmbəri (ə) tərəfindən sənə mükafat versin. Sən yaxşı qardaş və dost oldun.”

Əmmar deyir: “And olsun Allaha, açıq gözlə sənə ardıcıl oldum. Hüneyn döyüşü günü həzrət Peyğəmbər (s) mənə buyurdu: “Ey Əmmar! Məndən sonra fitnə qopar. Həmin vaxt Əlinin (ə) ardınca get. Çünki o haqladır, haqq isə onunla!...”

Bu vaxt Əmmar su istəyir. Amma içməyə su olmur. Ənsardan bir kişi ayağa qalxıb ona bir kasa süd gətirir. Əmmar südü içir və bir anlıq fikrə gedir. Birdən üzündə təbəssüm peyda olur və deyir: “Peyğəmbər (s) mənə xəbər vermişdi ki, axırda içdiyin süd olacaq.”

Əmmar meydana yola düşür. Haqq ilə batilin döyüşü başlayır. Əmmar Yasir, qoşununun arasından fəryad çəkərək deyir: “Ey insanlar! O kimdir ki, təşnə suya tələsdiyi kimi behiştə doğru tələssin? Behişt nizələrin kölgəsindədir, ey xalq! Qarşınızdakılar dinə həvəssiz gəldilər, qılınc qorxusundan müsəlman olduqlarını bildirdilər. Bu gün isə dindən çıxmaq üçün fürsət tapıblar...” (“Əl-ixtisas”, s. 13.)

İslamın şücaətli döyüşçüləri Əmmarın sözlərini eşidib yerlərindən qalxır və düşmən qoşununa hücum çəkirlər.

Əmmarın şəhadətİ

Nəhayət, 94 yaşlı bu qorxusuz aslan bir çox düşmən döyüşçülərini qanına qəltan etdikdən sonra nizə zərbəsindən yerə yıxılır. Amansız düşmən onun başını bədənindən ayırır.

Əmmarın şəhadət dağı imam Əli (ə) üçün çox ağır olur. Əmmarın şəhadət xəbəri Həzrətə çox təsir edir.

Gecə düşür, savaş alovu sönməyə başlayır. Əmirəlmöminin Əli (ə) gecənin qaranlığında şəhidlər arasında gəzir və nəhayət, Əmmarın pak cəsədinə çatır. Həzrətyerə oturur, bu azadə şəhidin başını qucağına alır və Əmmarın şəhadətinə ağlayır.

Əmmar vəsiyyət etmişdi ki, onu öz libası ilə dəfn etsinlər. O, Allahın düşmənlərlə hesab çəkməsini istəyirdi. İmam (ə) onun cənazəsi üçün namaz qılır və Əmmar öz qanlı libaslarında torpağa tapşırılır. (“Usdul-ğabə”, c.4, səh.47; “Əmmar Yasirin həyatı” kitabından, Ustad Cavad Mühəddisi.)



Rza Şükürlü



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor