RSS
 

Login:
Şifrə:
» » Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-11-2015, 07:33 | Şərh sayı: (0) | Baxılıb: 396

Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?


Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?


Kərbəla səhrasında İmam Hüseynlə (ə) birlikdə vuruşub şəhid olmuş dəstə bir çox özünəməxsus cəhətləri ilə seçilir. Üzvlərinin sayı cəmi on nəfərlərlə ölçülən bu kiçik dəstədə 70 yaşlı qoca ilə həddi-büluğa yetməmiş uşaq, sağlam cəngavərlə təkayaqlı şikəst, qəbilə şeyxi ilə qulam yanaşı vuruşurdu. Kərbəla şəhidlərinin milli mənsubiyyətini də araşdırarkən eyni mənzərə ilə qarşılaşırıq. Ərəbistan, Yəmən, İraq və sair ölkələrin müxtəlif guşələrindən toplanmış, milliyyətcə ərəblərin üstünlük təşkil etdikləri şəhidlər dəstəsində fars, türk və həbəşlərin nümayəndələri də vardı. Qaradərili həbəş qulam Covn, fars mənşəli Nəsr bütün milli ayrı-seçkilikləri kənara ataraq, haqq uğrunda mübarizədə canlarından keçdilər.

Məlumdur ki, bəzi dini kitabların oxucu tərəfindən düzgün anlaşılması üçün şərh edilməsi lazım gəlir. Müxtəlif tarixi, ədəbi, leksik üslub qaydalarını əhatə edən bu cür şərhlər olmadıqda, oxucu çox zaman əsərin mətnini düzgün qavramır, onda gizlənmiş incə mənaları tuta bilmir, mətnin zahiri mənasını əldə əsas tutaraq səhvə düçar olur.

Təəssüf ki, aşura faciəsi kimi müstəsna əhəmiyyətə malik bir hadisənin təsvirinə həsr olunmuş kitablarla da bağlı bu cür problemlər yaranır. Bu məqalədə məşhur Azərbaycan şairi, klassik ədəbiyyatımızın korifeyi Məhəmməd Füzulinin "Hədiqətu's-suəda" əsərində rast gəlinən və bir çoxlarında yanlış fikir oyadan bir məsələ barəsində söhbət açacağıq.

"Hədiqətu's-suəda"nın onuncu babında oxuyuruq ki, aşura faciəsində şəhid olanlar sırasında Muslimi-Azərbaycani adlı bir şəxs də var imiş. Əsərdə Muslimi-Azərbaycaninin və oğlunun şücaəti çox poetik və təsirli boyalarla ifadə olunmuşdur.



Füzuli "Muslimi-Azərbaycani" deyərkən kimi nəzərdə tutub?


Hər şeydən öncə, bunu qeyd edək ki, Kərbəlada Muslimi-Azərbaycani adlı bir şəxsin döyüşüb şəhid olması barədə məlumata "Hədiqətu's-suəda"dan savayı heç bir mənbədə rast gəlmirik. İstər qədim hesab olunan mənbələrdə, istərsə də sonradan qələmə alınmış mötəbər kitablarda Kərbəla şəhidlərinin heç biri Azərbaycani ləqəbi ilə adlandırılmamışdır. "Hədiqətu's-suəda"nın Ümumdünya Əhli-beyt Mərkəzi tərəfindən 1995-ci ildə Qum şəhərində çap olunmuş nəşrinin "Qaynaqlar" bölümündə verilən aşağıdakı qeyd də dediklərimizi subuta yetirir: "Muslimi-Azərbaycaninin Kərbəlada döyüşüb şəhid olmasını ancaq Molla Məhəmməd Füzuli qeyd etmişdir" (səh. 638).

İkincisi, mərhum Füzulinin "Hədiqətu's-suəda"sı hər şeydən əvvəl, bədii əsərdir və bədii ədəbiyyat nümunəsidir. Tarixi mövzuları işləyərkən, bilavasitə bu sahənin mütəxəssisləri tərəfindən qələmə alınmış, mötəbər sayılan, tarix, hədis, rical və sair elmlərin tələblərinə cavab verən kitabları kənara qoyaraq, bədii əsərlərə istinad etmək və onun əsasında qəti hökm çıxarmaq qətiyyən düzgün deyil. Halbuki, "Hədiqətu's-suəda"dakı bir çox məqamlar, məsələn, elə Kərbəla şəhidlərinin adı, Qasimin toyu və sair mövzular başqa etibarlı mənbələrlə dərin ziddiyyət təşkil edir. Ümumiyyətlə, Füzuli özü də e’tiraf etmişdir ki, əsəri yazarkən, Molla Hüseyn Vaiz Kaşifinin "Rövzətu'ş-şuhəda" kitabını əsas mənbə kimi götürmüşdür. "Rövzətu'ş-şuhəda" isə, məşhur müsəlman tədqiqatçı alimləri tərəfindən "təhriflərlə dolu kitab" adlandırılaraq tənqid olunmuşdur (bax: Şəhid Mutəhhəri - "Həmaseyi-Hüseyni" kitabı).

Nəhayət, üçüncüsü, "Hədiqətu's-suəda"da Füzulinin Muslimi-Azərbaycani kimi təqdim etdiyi şəxsin başına gələn hadisələri digər kitablardakı məlumatlarla müqayisə etdikdə görürük ki, söhbət sənədli tarix kitablarında Muslim ibn Avsəcə Əsədi kimi xatırlanan şəxsdən gedir. Füzuli qeyd edir ki, Muslimi-Azərbaycani döyüşüb ağır yaralarla meydanda yıxılanda, İmam Hüseyn (ə) Həbib ibn Muzahirlə birlikdə onun başı üstünə gəldi, can verməkdə olan Muslimə xitabən buyurdu: "Ey Muslim, əhli-behiştə səlamımı yetir ki, mən də mütəaqib gəlməkdəyəm".

Həbib ibn Muzahir öz köhnə dostu Muslimə söyləyir: "Ey Muslim, əgər bilsəydim səndən sonra qaldığımı, iltimasi-vəsiyyət edərdim". Bu zaman Muslim son sözlərini söyləyir: "Ey Həbib, vəsiyyət budur ki, Həzrəti-İmama canını fəda qılasan və onun xidmətini səadəti-dünyavü axirət biləsən". Bunu deyib, Muslim canını tapşırır. Bütün bu detallar bəzi xırda əlavələrlə tarixi mənbələrdə Muslim ibn Avsəcə barəsində yazılmışdır.

Sonra Füzuli Muslimin oğlunun da döyüş meydanına girib mübarizə apardığını və şəhid olduğunu yazır ki, bu məlumatı da heç bir mötəbər mənbə təsdiq etmir.



Muslim kimdir?


Muslim ibn Avsəcə ibn Sə’d ibn Sə’ləbə ibn Dudan ibn Əsəd ibn Cuzeymə Əbu Məcd Əsədi Bəni-Əsəd qəbiləsinin böyüklərindən olub, Kufədə yaşayırdı. Tarix kitablarında onu Muhəmməd Peyğəmbərin (s.ə.s.) səhabələri sırasında qeyd etmişlər. Muslim Həzrəti Əlinin (ə) silahdaşlarından olmuş, onun qoşununun tərkibində bütün döyüşlərdə iştirak etmişdir.

İmam Hüseyn (ə) əmisi oğlu Muslim ibn Əqili Kufəyə göndərəndə , Muslim ibn Avsəcə onunla bey’ət edir və gələcək qiyam üçün silah tədarükü görməyə başlayır. Muslim ibn Əqil onu Bəni-Əsəd və Bəni-Məzhic qəbilələrindən olan Əhli-beyt tərəfdarlarının başçısı tə’yin edir. İbn Ziyadın gəlişi ilə Kufədə vəziyyət dəyişdikdən və Muslim ibn Əqil şəhid edildikdən sonra Muslim ibn Avsəcə Həbib ibn Muzahirlə birlikdə gecə vaxtı şəhərdən çıxıb, Kərbəlaya gəlir və İmam Hüseynə (ə) qoşulur.

Aşuraya keçən gecə İmam Hüseyn (ə) öz tərəfdarlarına dağılışıb-getmələri üçün icazə verərkən, başqaları kimi Muslim ibn Avsəcə də e’tiraz edir və söyləyir: "…Bu düşmənlərin sinəsini nizəmlə deşəcəyəm, qılıncım əlimdən düşənə kimi onlarla vuruşacağam. Əgər silahım olmasa, daş götürüb ölənə kimi vuruşacağam, amma səni tək buraxıb getməyəcəyəm! Vallah, əgər bilsəm ki, məni öldürüb sonra dirildəcəklər, diri-diri yandırıb külümü havaya sovuracaqlar və bu işgəncə yetmiş dəfə təkrar olunacaq, yenə də səni tərk etmərəm! Halbuki, burada qalıb döyüşsəm, bircə dəfə öldürüləcəyəm, əvəzində əbədi kəramət və ləzzət qazanacağam!"


Muslim ibn Avsəcənin Azərbaycanla nə kimi əlaqəsi vardır?


Yuxarıdakı mə’lumatlardan göründüyü kimi, Muslim ibn Avsəcənin azərbaycanlı olması sadəcə mümkün deyildir. Çünki onun özünün, atasının, ulu əcdadlarının adı sırf ərəb mənşəlidir. Muslim mənşəcə ərəb qəbiləsindən olan Bəni-Əsədə mənsubdur. Və nəhayət, "Hədiqətu's-suəda"dan başqa heç bir mənbədə Muslimə "azərbaycanlı" ləqəbi aid edilməyib.

Qarşıya belə bir sual çıxa bilər: Bəs, nə üçün Füzuli onu öz kitabında "Muslimi-Azərbaycani" adlandırmışdır? Doğrudanmı, Füzuli kimi mükəmməl dini savada malik bir şair səhv edib?

Məsələ burasındadır ki, Füzuli "Muslimi-Azərbaycani" yazarkən, heç də Muslimin əsil-nəsəbcə azərbaycanlı olduğunu iddia etməmişdir.

Müasir oxucular "Hədiqətu's-suəda"nın mətnini oxuyarkən, sözlərin zahiri mə’nasını əldə əsas tutaraq, tələsik nəticə çıxarırlar. Füzuli əslində Muslim ibn Avsəcənin həyatında Azərbaycanla bağlı bir məqamı əsas tutaraq, onun adını Azərbaycanla əlaqələndirmişdir.

Muslimin həyatında Azərbaycanla bağlı bu məqamı öyrənmək üçün mərhum İmadzadə İsfahaninin "İmam Hüseynin (ə) həyatı" kitabına müraciət edək: "Şə’bi yazır ki, Muslim şücaətli və qəhrəman adam idi; cihadlara və Azərbaycanın fəthi kimi İslam fəthlərinə aid mənbələrdə onun adı çox xatırlanmışdır" (səh. 522).

Yenə həmin kitabda müəllif Muslimin şəhadətini təsvir etdikdən sonra yazır ki, düşmən qoşununun başçılarından olan Şibs ibn Rəb’i öz silahdaşlarına xitabən dedi: "Görün necə bir şəxsiyyət öz canını Hüseynə (ə) fəda etdi. Mən Azərbaycanın fəthi zamanı Muslimin göstərdiyi igidliyi heç vaxt unutmaram".

Hədis və tarix elminin ustadlarından sayılan mərhum Şeyx Abbas Qummi "Nəfəsu'l-məhmum və nəfsətu'l-məsdur" əsərində bu məsələyə daha da aydınlıq gətirərək yazır: "Düşmən qoşunundan Əmr ibn Həccacın dəstəsi şadlıq edib çığırmağa başladılar ki, "Muslim ibn Avsəcəni də öldürdük". Bu zaman Şibs öz ətrafındakılara acıqlanıb dedi: "Ananız halınıza ağlasın! Sevinirsiniz ki, Muslim ibn Avsəcə kimi adamı öldürmüsünüz? İman bəslədiyim Allaha and olsun ki, mən Muslimi müsəlmanlar üçün iftixarlı olan döyüş meydanlarında görmüşəm. Azərbaycanın fəthi zamanı Sələq döyüşündə hələ müsəlman süvariləri öz yerlərindən tərpənməmişdilər ki, Muslim düşməndən altı nəfəri öldürdü" ("Nəfəsu'l-məhmum və nəfsətu'l-məsdur", səh. 120). Bu hadisəni məşhur tarixçi Təbəri də qeyd etmişdir.

Beləliklə, bu qaranlıq məsələ də aydın oldu. Mərhum Füzuli Muslimi azərbaycanlı olduğuna görə deyil, Azərbaycanın fəthində şücaət göstərdiyi üçün "Azərbaycani" adlandırmışdır. Ümumiyyətlə, ərəblərin adətincə, bəzən çox mühüm bir döyüşün iştirakçılarını öz əsil-nəsəbləri ilə yanaşı, həm də həmin döyüşün adı ilə çağırırlar. Yaxşı məlumdur ki, İslam tarixinin həlledici nöqtələrindən sayılan Bədr savaşının iştirakçıları "Bədri" ləqəbini daşıyırdılar. Bədrilər bütün səhabələr arasında xüsusi ehtiram sahibi idilər. Bu təbəqənin nümayəndələri fəzilətli, adil və doğrucul olduqlarını öz qanları bahasına sübut etdikləri üçün, onların şahidliyi xüsusilə mötəbər sayılırdı.

Bu ənənəvi üsluba riayət edən Füzuli də Muslim ibn Avsəcənin Azərbaycanın fəthində müstəsna xidmətlərini nəzərə alaraq, onun adına "Azərbaycani" fəxri ləqəbini qoşmuşdur.

Qeyd etmək yerinə düşər ki, Muslim ibn Avsəcənin Azərbaycanda göstərdiyi igidlik barədə Təbəri tarixində, Şeyx Abbas Qumminin "Muntəha'l-amal", Seyyid Rza Sədrin "Pişvaye-şəhidan" (Şəhidlərin rəhbəri), Seyyid Mustafa Hüseyni Dəştinin "Məarif və məariyf", Seyyid İbrahim Musəvi Zəncaninin "Vəsilətu'd-dareyn" kitablarında və sair mənbələrdə məlumat verilmişdir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor