RSS
 

Login:
Şifrə:
» » Sələfilərin cinayətləri

Online

İndi saytda:
İstifadəçilər: 0
Yoxdur

Axtarış robotları: 0
Yoxdur

Qonaqlar: 16
Ümumi: 16

Saytda olan son istifadəçilər:
Son 20 istifadəçi: 20
14 Mesum (e) Admin
AsiqemAsiqiKebubela aslan a
Azar ehlibeyt yolu
Eliasiqi Haci
Hebib Huseyin awiqi
Kerbelai Kerbelayi
Maksud MEHEMMED
murad zeynalli nicat
Nurum Penahım ALLAHDIR...
Sebis Sessiz geceler

Dini Ünsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yükləmələr

Reklam

Online SMS Yaz!
Online Sms:

Sələfilərin cinayətləri

 
Müəllif: Nokeri-Huseyn | Bölmə: Məqalələr | Vaxt: 5-09-2013, 02:56 | Şərh sayı: (0) | Baxılıb: 149

Sələfilərin cinayətləri



Sələfilərin cinayətləri



Şiə məzhəbinə mənsub olanlarla sələfilər (vəhhabilər) arasında olan münasibətlər 1926-cı ildə keçirilmiş Ərtaviyyə konfransı keçirilən zamandan sonra yüksəlmə xətti ilə birlikdə gərginləşməyə başladı. Bu konfransda "Sələfi qardaş qəbilələr" Imam (daha sonra kral təyin olunmuş) Əbdül-Əzizə qarşı birləşdilər.

Vəhhabilər bir çox hallarda Əbdül-Əzizin gördüyü işləri tənqid edirdilər. Bunlardan bəziləri: Islam krallığı qadağan etdiyi halda Əbdül-Əzizin özünü kral elan etməsi, vəhhabilərin sehr vasitəsi olaraq qəbul etdikləri maşın, teleqraf və televizorun onun tərəfindən istifadə edilməsi, Əbdül-Əzizin "əl-Ihsa", "əl-Kutəyf" kimi bölgələrdə şiələrə qarşı çıxmaması.Kral Əbdül-Əziz "Sələfi qardaşlar"ın istəklərini 1927-ci ildə baş tutmuş Riyad konfransına həvalə etdi. Fətva qurumundan çıxan qərar şiələrin "düzgün islama" beyətə məcbur edilmələri idi. Bu Islam Şeyx Muhəmməd ibn ƏbdülVəhhabın "Tovhid" kitabına əsasən olmalı idi. Fətvada batil dinlərin özlərini göstərmələri qadağan edilməsi, Kərbəla və Nəcəf kimi şəhərləri ziyarət etmələrinə əngəl yaradılması və "bidətləri yerinə yetirmək üçün təmir edilən məscidlərin" sökülməsinin lazım olması deyilirdi. "Bu vəziyyəti qəbul etməyən şəxslər müsəlmanların isə yaşadığı bölgələrdən sürgün edilməsi" lazım gəlirdi.Kral Əbdül-Əziz bu fətvanın bəndlərindən sadəcə Aşura mərasimlərinin qeyd edilməsinə əngəl törədən məsələni səsə qoydu. O biri yandan Mədinədəki Bəqi qəbrstanlığında müqəddəs imamlarmızın (ə) pak məzarları viran edildi. Ingilislər sələfilərin istəklərinin daha artıq dərəcədə yerinə yetirilməsini qəbul etməmişdilər. Kral Əbdül-Əziz sələfilərin bəzi qəbilələri ilə qarşıqarşıya qalmışdı. Bu hal şiələri yaxınlaşan fəlakətdən uzqlaşdırdı. Buna rəğmən rejimin "şiə mərasimlərini qeyd etmələrinə əngəllər" adlı qərarı şiə bölgələrində yerinə yetirildi. Bunun da iqtisadi bir səbəbini söyləməyə lüzum belə yoxdur. Çünki şiələr zəngin və münbit ərazilərdə məskunlaşmışdılar. "Əl-Ihsa" ərəb yarımadasının qida anbarı və su qaynağı idi. Bu hal Məlik Əbdül-Əzizin şiə ərazisinə qoyulan vergiləri düşünərək onların düşmən kimi qəbul etməsini əngəlləyirdi.Sələfilərin şiələrlə müharibəsi hər zaman davam edirdi. Bu müharibə Əbdül-Əzizin övladları dövründə də davam etdirildi. Şiələr hər bir zaman mənəvi və maddi təzyiqlərə məruz qalırdılar. Idarəçilər tərəfindən də şiələrə qarşı şiddət və zülm tüğyan edirdi. Belə olan halla hökümət sələfiliyə haqq din ilə bağlı olduğunu isbat etməyə çalışırdı. Başqa bir yandan sələfilərin şiələrin sünnətdən çıxdıqlarına dair inancları şiələrə düşmən kimi baxmalarına səbəb olurdu. Bu məzhəb şiələrin hazır və hakim imama deyil qeyb olmuş imama inanmalarına etiraz edirdi.Səudiyyə Ərəbistanında şiələrlə bir yerdə yaşamağın mümkün olduğuna inanan qruplar da var idi. Lakin bunlar da şiələri zimmilərlə bi gözdə görürdülər. (Zimmi müsəlman ölkəsində yaşayan qeyri müsəlmanlara deyilir) Sələfilər digər tərəfin (Səud ailəsinin) sələfi məzhəbindən uzaq və müasir bir idarə etmə sistemi yaratmaq istədiklərini hiss edincə aralarında olan bağlılıqlar zədələnməyə başladı. Bu halda hər iki tərəf birbirilərinə qarşı müxtəlif vasitələrdən istifadə etməyə başladılar ki, şiələr də bu vasitələrdən biri idi. Necə ki, "ƏsSüblə" müharibəsi müasir bir dövlətin yaradılması və ikili idarəçiliyin sonu idi. Bu müharibə ilə sələfilərin gücü azaldı. Amma bu çox da uzun sürmədi, yenə də sələfilər qüvvətləndilər, Səud ailəsi ilə onların arasında olan münasibətlərdə şiələrdən vasitə olaraq istifadə olunurdu.

Sələfilər 1925-ci ildə siyasi idarəçilərlə mücadilə edərək şiələrin ibadətlərini yerinə yetirmələrini yasaqlamaq istədilər. Ardınca Əhli-Beytə (ə) dua etmələrinin qadağan edilməsi, Muhəmmədin (s) və Əlinin (ə) şəhadət ildönümləri zamanı yerinə yetirilən mərasimlərin əngəllənməsini, Kərbəla və Nəcəf kimi müqəddəs bölgələri ziyarət etmələrinin qadağan olunmasını istədilər. Sələfilər bundan sonra daha da quduz it kimi quduraraq şiələrin Muhəmməd ibn ƏbdülVəhhabın əsərlərindən zorla dərslik kimi istifadə etmələrini və "əl-Ihsa" ərazisindəki ibadət yerlərinin viran edilməsini tələb etdilər. Kral Əbdül-Əziz sələfilərin bu tələblərinə qarşı çıxdı və "əs-Süblə" deyilən ərazidə sələfilərlə müharibə etmək məcburiyyətində qaldı. Bu çətin müharibədən sonra sələfilər yaralılarını topladılar, işlərini yoluna qoymaq və yaralılarını sağaltmaq üçün kəndlərə səpələndilər. Uzun zaman keçməmiş şiələrə qarşı olan istəkləri ilə yenidən geri döndülər. Bu qayıdışlarında öldürmə yox idi: embarqo, şiddət, zülm və dinsiz adlandırma var idi .Müasir sələfilər Şeyx Əbdül-Əziz ibn Bazın şiə haqqında "Böyük şirk sahibləri" kimi verdiyi fətva üzrə hərəkət edirlər. Deməli sələfilərin şiələrlə aralarında olan problemlərin "Tovhid" nöqtəsində olduğunu deyə bilərik. Bu nöqtədə sələfilər qəbrləri ziyarət etməyi özlərinə görə şirk bilirlər. Belə olan halda tərəflərin birbirilərini dinsiz adlandırmaları şiddətli ixtilaflara səbəb olur. Sələfilər şiələrə qarşı Ibn Bazın sözləri ilə yola çıxdılar. Şiələr də sələfiləri haqlı olaraq dinsiz adlandıraraq onları xariciliklə, ƏhliBeytə (ə) sevgiyə dəvət edən Rəsulun (s) sünnət yolu ilə getməməsində ittiham edirdilər. Sələfi şiə mücadiləsi məzhəb ixtilaflarına qarışdı.

Alimlər Səudi Ərəbistanında milli azlıqların problemlərinin şiələrin çəkdiyi sıxıntılar kimi olduğunu qeyd edirlər. Amma fərq bundadır ki, şiələrin düşüncələrini ifadə etmə haqlarına əngəl törədilir. Bu da var ki, qeyd etdiymiz kimi təkcə şiələr problemlərlə üzləşmirlər. Səudiyyə Ərəbistanında malikilər, hənəfilər, şafiilər, zeydilər və neçəneçə başqa məzhəblər sələfilər tərəfindən yaradılan problemlərlə üzləşirlər. Ancaq qərbdəki şiələrin təhsil və yaşamaq hallarının nisbətən yüksəlməsi haqlarını tələb etmə hallarını irəli çəkir. Başqa bir tərəfdən digər məzhəblərin çəkdiyi sıxıntıların şiələrin çəkdiyi sıxıntılar həcmində olduğunu deməliyik. Çünki hər kəs ifadə və iradə azadlığına möhtacdır və bir çox insanlar onlara zülm edənlərin istəklərinə boyun əyirlər. Şiələrin məruz qaldığı təziqlər səudi qadınların məruz qaldığı təzyiqdən fərqli deyildir. Səudu Ərəbistanında qadınlar səud kişisinin təzyiqinə məruzdur. Çıxış yolu sıxıntını təmin etməkdə deyil, sıxıntını kökündən qazmaqdadır. Bunun üçün də hamılıqla batil əqidəli sələfilərlə mübarizə aparmalıyıq. Vətəndaşlar inancı, irqi və cinsindən asılı olmayaraq hissiyyatının qorunduğu, azad olduqları zaman yaşadıqları yerə vətən deyərlər. Amma Səudiyyə Ərəbstanında bu hallar yoxdur. Onun üçün də yuxarıda qeyd etdiymiz kimi həmin ölkədə şiələr və bir çox başqa məzhəblər təzyiqlərə məruz qalırlar.Unutmayaq ki, hal hazırda vəhhabilər xarici dövlətlərin maddi və mənəvi dəstəyi ilə ana torpağmızda qorxunc virus kimi yayılmaqdadırlar. Onlar özlərinin batil və köksüz məzhəblərini təbliğ edərək gənc nəslin nümayəndələrini öz təsirləri altına alırlar. Bu da gələcəkdə çox acınacaqlı və qarşısı alınması çətin olacaq bir qarşıdurmanın meydana gəlməsinə zəmin yaradır. Əziz həmvətənlərimiz, öz dinimizi öyrənməkdə səhlənkarlıq etməyək. Çünki ilk olaraq bu, bizim Allah qarşısındakı borcumuz və müqəddəs bir vəzifəmizdir.Peyğəmbərimizin (s) əmanət qoyduğu Quran və ƏhliBeytin (ə) bizə şəfaətçi olmaları ümidi ilə.Hazirladi Islam Araşdirmalar Qrupu.Islam Media


Bu Xəbəri Facebook’da Paylaş

Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

En Son Yükləmələr

Haci Sahib - Imam Huseyn (e) Mekkeni niye terk etdi?
Haci Sahib - Ashura Meysemi Temmarin dilinden
Haci Sahib - Imam Huseyn (e) Kerbelaya gelisi
Baqir Mensuri - Mehdiyem men
Baqir Mensuri - Kefen axtarir
Abbas Abbas
Haci Sahin - Quran haqqinda
Haci Sahin - Nefsle mubarize
Haci Sahin - Heqiqi mominler
Haci Sahib - Ya Huseyn
Haci Sahib - Danisaq Ya Huseyn
Haci Sahib - Salam ola
Balabey - Kecer
Haci Sahib - Ruqeyye
Haci Sahib - Ya Huseyn
Huseyn canem
Seyyid Rehman - Geldi
Seyyid Rehman - Kerbubeladir
Seyyid Rehman - Movla
Gozel Qiraet
Huseyn Huseyni - Menem Zeyneb
Huseyn Huseyni - Fatimeyi Zehra
Ebelfezl Aga haqqinda mersiye
Demisem Ya Eli
Davud Elizade - Huseyn Vay
Ilqar Nehremli - Ya Eli
Ilqar Nehremli - Can Ebelfezl aga
Haci Shahin - Ebelfezl aga
Haci Shahin - Eshq ve agil
Haci Shahin - Dushunce
Haci Sahib - Imami cagirmaq
Haci Sahib - Imam ve imtahan
Haci Sahib - Duanin qebuluna mane olan amiller
Haci Sahin - Dunyaya qul olmaq
Haci Sahin - Dunyanin ehemiyyeti
Haci Sahin - Bismillehir Rehmenir Rehim
Haci Qurbet - Ramazan bayrami
Haci Qurbet - Gunah
Haci Qurbet - Cox istemek
Imam Zaman agaya dua
Purzergeri - Ehzab 38-50
Tevsiyye - Fecr,Muteffifin,Beled,Beqere-1-5
Tevsiyye - Fecr suresu
Surxay Qedirxum - Gozumun qarasi Zeyneb
Elvin Valeh - Şiələrin
Fərəc qrupu - Ya Mehdi
Hacı Zahir Mirzəvi - Haray
Hacı Zahir Mirzəvi - Hüseynim
Hacı Zahir Mirzəvi - Xanım Zeynəb
Peyman Məmmədoğlu - Şikayətim var
Rövşən və Rauf - Dua
Vasif Vəsfinur - Ramazan
Hacı Sahib - Əməllərin girovunda
Hacı Sahib - Hacı Sahib - Ibadət
Hacı Sahib - Ictimai azadlıq
Hacı Şahin - Allahın təkəbbürü
Hacı Şahin - Dost seçmək
Hacı Şahin - Dünyaya məhəbbət
 

Ən Çox Oxunanlar

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor
 
{COMETCHAT}