RSS
 

Login:
Şifrə:
» » İmam Cavad əleyhissəlamın elmi məktəbi

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Cavad əleyhissəlamın elmi məktəbi

 
Müəllif: L-e-y-l-a | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 18-04-2016, 12:00 | Şərh sayı: (0) | Baxılıb: 285

İmam Cavad əleyhissəlamın elmi məktəbi


İmam Cavad əleyhissəlamın elmi məktəbi

Bildiyimiz kimi İmamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onlar vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq onların (İmamların) dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, İmam Baqir (əleyhissəlam) və İmam Sadiq əleyhissəlamın dövründə şərait çox yaxşı olmuş, buna görə də, İmam Sadiq əleyhissəlamın şagirdlərinin sayı dörd minə çatmışdı. İmam Cavad əleyhissəlamdan başlayaraq İmam Həsən Əsgəri əleyhissəlamın dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu İmamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı İmam Sadiq əleyhissəlamın şagirdlərinin sayı ilə müqayisədə həddən artıq az olmuşdur. Deməli, "İmam Cavad əleyhissəlamın yüz on nəfərə yaxın şagirdi olmuş və o Həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir” deyildikdə heç də təəccüblənməməliyik. Çünki o Həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda nəzərə almaq lazımdır ki, İmam Cavad əleyhissəlamın bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm, Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən, özünəməxsus mövqeyi olan şəxslər də olmuşdur. Bunlardan bəziləri çoxlu əsərlər də yazmışlar. Başqa bir məsələ isə budur ki, İmam Cavad əleyhissəlamdan hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də sünni məzhəbinin alim və hədisçiləri də bir sıra İslami maarif və həqiqətləri o Həzrətdən rəvayət etmişlər. Misal üçün qeyd etmək olar ki, Xətib Bağdadi o Həzrətdən çoxlu hədis rəvayət etmişdir. Həmçinin, Hafiz Əbdüləziz ibn Əxzər Cənabəzi "Məalimül-itrətit-tahir” adlı kitabında, eləcə də, Əbu Bəkr Əhməd ibn Sabit, Əbu İshaq Sələbi və Məhəmməd ibn Mindət ibn Mehrbaz kimi müəlliflər öz tarix və təfsir kitablarında İmam Cavad əleyhissəlamdan çoxlu hədislər rəvayət etmişlər.

Vəkillik əlaqə vasitəsi kimi

İmam Cavad (əleyhissəlam) imkanlarının məhdud olmasına baxmayaraq, vəkil və nümayəndələr təyin etməklə şiələrlə əlaqəsini qoruyub saxlayırdı. O Həzrət bütün xilafət ərazisinə nümayəndə göndərir və onların fəaliyyəti nəticəsində də şiə qüvvələrinin zəiflədilməsinin qarşısı alınırdı. İmam əleyhissəlamın nümayəndələri bir çox şəhərlərdə, o cümlədən, Əhvaz, Həmədan, Sistan, Bost, Rey, Bəsrə, Vasit, Bağdad və əzəldən şiələrin mərkəzi olmuş Kufə və Qum şəhərlərində fəaliyyət göstərirdilər. İmam Cavad (əleyhissəlam) şiələrə hökumət sarayına yol tapıb mühüm vəzifələr tutmasına icazə vermişdi. Buna görə də, Məhəmməd ibn İsmayıl ibn Bəzi və Əhməd ibn Həmzeyi-Qummi böyük vəzifələrdə işləmiş, Nuh ibn Dərrac isə bir müddət Bağdadın, sonra da Kufənin qazısı olmuşdur. Həmçinin, Hüseyn ibn Abdullah Nişaburi Bost və Sistan şəhərlərinin, Həmək ibn Ülya Əsədi isə Bəhreynin hakimi olmuşdur. Axırda adı çəkilən hər iki nəfər İmam Cavad əleyhissəlama xüms ödəyirdi ki, bu da onların o Həzrətə olan gizli bağlılıqlarından xəbər verir.
İmam Cavad əleyhissəlamın yaşının az olmasından danışarkən qeyd etmişdik ki, Əli ibn Əsbat o Həzrətlə görüşü zamanı İmamın simasını yaxşı yadda saxlayıb Misirə qayıtdıqdan sonra onu şiələr üçün təsəvvür etsin deyə, diqqətlə ona baxırdı. Bundan belə başa düşülür ki, o Həzrətin Misirdə də, şiə və tərəfdarları olmuşdur. Deyilənlərə görə o vaxt Misirdə şiələrin geniş təşəkkül tapması Məhəmməd ibn Məhəmməd ibn Əşəs, Əhməd ibn Səhl, Hüseyn ibn Əli Misri və İsmayıl ibn Musa əl-Kazim kimi Kufə hədisçilərinin Misirə köçərək orada fəaliyyət göstərmələri nəticəsində olmuşdur. Mərhum Kuleyni qeyd edir ki, İmam Cavad (əleyhissəlam) Bost və Sistan şəhərlərinin şiələrindən birinin xahişinə əsasən, bu şəhərlərin valisinə məktub yazıb ona tapşırır ki, maliyyə vergilərini almaqda onun üçün çətinlik yaratmasın. İmam Cavad əleyhissəlamın dostlarından olan həmin şəhər valisi İmam əleyhissəlamın bu sifarişindən sonra daha o şəxsdən xərac vergisinin borcunu almır, üstəlik vali olduğu müddət ərzində onu xərac vergisindən azad edərək onun üçün beytül-maldan maaş təyin edir
.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor