''İl sonunda manatın durumu daha da çətinləşəcək'' |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-09-2016, 19:58 | Şərh sayı: (0) | Baxılıb: 266
''İl sonunda manatın durumu daha da çətinləşəcək''
FED-in gözlənilən qərarının manata təsiri yüksək olacaq
“ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) sentyabrın 20-21-də keçirdiyi toplantısında gözləniləntilər doğruldu”, - iqtisadçı Qubad İbadoğlu belə düşünür.
O, bu haqda “facebook” səhifəsində yazıb. Bildirib ki, uçot dərəcələri əvvəlcədən proqnozlaşdırıldığı kimi qaldırılmadı:"Buna baxamayaraq, FED-in direktoru Canet Yellen bildirdi ki, uçot dərəcəsinin artırılmasına arqumentlər mövcuddur, lakin hələ ki gözləməyə qərar verdik, çünki, iqtisadiyyatın, o cümlədən əmək bazarının daha da möhkəmlənməsinə dair yeni məlumatlara ehtiyac var”.
İqtisadçı bildirir ki, iyundan başlayaraq ABŞ-da işsizlik səviyyəsi demək olar ki, dəyişməz qalıb, cəmisi 4.9 faiz təşkil edib. Bu may ayı ilə müqayisədə 0,2 faiz çox olsa da, bu ilin yanvarı ilə eynidir. İnflyasiyaya gəlincə, iqtisadçı deyir ki, bu ölkədə avqustda illik inflyasiya 1,83 faiz təşkil edib, bu ötən ilin avqustu ilə müqayisədə 0,23 faiz çoxdur. İnflyasiyanı artıran amillərdən biri də ev təsərrüfatlarının xərclərinin artmasıdır:
“FED-in Federal Açıq Bazar Komitəsinin bu il ərzində 2 toplantısı nəzərdə tutulub: 1-2 noyabr və 13-14 dekabr. Böyük ehtimalla bundan sonrakı iki toplantıdan birində uçot dərəcəsinin artırılmasına qərar veriləcək. Çox güman bununla bağlı qərar 13-14 dekabr toplantısında elan ediləcək. Belə ki, həmin iclasda həm də ABŞ iqtisadiyyatı ilə bağlı proqnozların xülasəsi hazırlanacaq və yenidən FED-in direktoru Canet Yellen bəyanata çıxış edəcək”.
Qubad İbadoğlu deyir ki, FED-in gözlənilən qərarının Azərbaycan manatına psixoloji təsiri ilin sonunda daha yüksək olacaq: “Fikrimcə, bu ilin son aylarında, xüsusilə də noyabr və dekabrda manatın durumu indikindən çətin olacaq. Çünki, ilin sonunda xarici öhdəliklərin icrası ilə bağlı şirkətlərin və bankların valyutaya ehtiyacları bazara təzyiqi kəskin artıracaq".
Meydan Tv
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər