Azərbaycanda evlənənlərin sayı azalıb, boşananların sayı artıb - STATİSTİKA |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-07-2016, 08:16 | Şərh sayı: (0) | Baxılıb: 301
Azərbaycanda evlənənlərin sayı azalıb, boşananların sayı artıb - STATİSTİKA

Ixlas.Az xəbər verir ki, bu barədə Trend agentliyi statistik məlumatlara istinadən xəbər yayıb.
Məlumata görə, ötən il Azərbaycanda 68773 nikah qeydə alınıb.
Bu, son 6 il ərzində nikaha daxil olanların sayında qeydə alınan ən aşağı göstəricidir.
Belə ki, 2010-cu ildə Azərbaycanda 79172, 2011-ci ildə 88145, 2012-ci ildə 79065, 2013-cü ildə 86 852, 2014-cü ildə 84 912, 2015-ci ildə isə 68 773 nikah qeydə alınıb.
Ötən il Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı da son 6 ilin ən aşağı göstəricisi olub.
2010-cu ildə Azərbaycanda əhalinin hər 1000 nəfərinə 8,9 nikah düşdüyü halda, 2015-ci ildə bu rəqəm 7,2 olub.
Azərbaycandakı boşanmaların sayında isə nisbətən artım baş verib.
2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764 boşanma olub. Boşanmaların sayında artımın baş verməsinə baxmayaraq, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayına görə olan göstərici əvvəlki illərdə olduğu kimi, yəni 1,3 qalıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər