"Mərkəzi Bank bunu uzun müddət davam etdirə bilməyəcək" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-04-2016, 19:37 | Şərh sayı: (0) | Baxılıb: 301
"Mərkəzi Bank bunu uzun müddət davam etdirə bilməyəcək"

Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Ekspertin sözlərinə görə, bundan sonra artıq bankların bir qismi gündəlik aktivlərini daha dollara çevirmirlər: "Bəzi banklarda gündəlik əməliyyatlar üçün nəzərdə tutulan vəsaitlərin manatda saxlanması prosesi bərpa edilir. Belə görünür ki, banklarımız Londonda yerləşən "Fitç" şirkətinə Azərbaycan Mərkəzi Bankından daha çox inanırlar. Çünki dollara tələbə Mərkəzi Bankdan daha çox xarici qiymətləndirmə şirkətlərinin açıqlamaları təsir göstərir. Mərkəzi Bank isə manat bazasının məhdudlaşdırması siyasətini davam etdirməkdə israrlı görünür. Amma hiss olunur ki, baş bank bunu uzun müddət davam etdirə bilməyəcək".
V.Bayramov qeyd edib ki, bununla yanaşı, dollara tələbin azalmasına baxmayaraq, Mərkəzi Bank manatın kəskin möhkəmlənməsinə şərait yaratmaqda həvəsli görünmür: "Mərkəzi Bank hələlik milli valyutanın məzənnəsini özü üçün yaratdığı koridorda müəyyənləşdirmək niyyətindədir".
İlkin İzzət
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər