Xamneyi "Qarabağ fətva"sı verib? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-04-2016, 00:55 | Şərh sayı: (0) | Baxılıb: 931
Xamneyi "Qarabağ fətva"sı verib?
İran İslam Respublikasının İslam Şurası Məclisinin Ərdəbil şəhəri üzrə deputatı Mənsur Həqiqətpur bu ölkənin dini rəhbəri Xamneyinin işğal olunmuş Qarabağla bağlı fətva verdiyini bəyan edib.
Deputat bu barədə "Səhər" TV-yə müsahibəsi zamanı bildirib: "Ermənistanla Azərbaycan arasında savaşla bağlı biz Ayətullah Xameneiyə müraciət etdik ki, ermənilər Qarabağı tutublar. Vəzifə nədir? O Həzrət isə buyurmuşdur ki, Qarabağ İslam torpağıdır və hər kəs oranın azadlığı uğrunda və qeyri-müsəlmanların ora hökmran olmağına qarşı hərəkətdə canını itirsə, şəhid hesab olunur".
Ərdəbilli deputat vurğulayıb ki, onlar İran parlamentində Qarabağı və oranın Azərbaycana, İslama aid olmasını möhkəm müdafiə edəcəklər: "Biz ermənilərin Qarabağdakı hərəkətlərini qətiyyətlə pisləyirik. Əcnəbilər gəlib Qarabağda seçki keçirib, onu müşahidə edirlər ki, buranın Azərbaycana və İslam torpağına aid olması yaddan çıxarılsın. Amma vurğulamalıyam ki, nə qədər zaman keçsə də, nə qədər il ötsə də, bu həqiqəti yaddan çıxarmayacağıq ki, Qarabağ İslam torpağıdır. Qarabağı müsəlman Azərbaycan xalqı azad edəcək".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər