İnternet-asılılıq nədir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-02-2016, 09:18 | Şərh sayı: (0) | Baxılıb: 947
İnternet-asılılıq nədir?
İnternet-asılılıq - psixi pozuntu, daim internetə bağlanmaq arzusu və internetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır. Müasir dövrdə internet-asılılıq çox geniş müzakirələrə səbəb olsa da, onun statusu hələlik qeyri-rəsmidir. Yəni bu, bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına (DSM-IV) daxil edilməyib.
İnternet-asılılığın 5 tipi mövcuddur:
1. Oyun asılılığı - obsessiv (təkrarlanan) onlayn kompüter oyunları oynamaq cəhdidir.
2. Virtual tanışlıqlar və ünsiyyət - müxtəlif sosial şəbəkələrdən asılılıqdır, virtual dünyada ünsiyyətlər.
3. Təkrarlanan veb-sörfinq - İnternet saytlara səyahətdir, bir linkdən (sürgündən) başqasına məqsədsiz keçid.
4. Kiberseksual asılılıq - pornosaytlara daimi baş çəkmə və virtual sekslə məşğuliyyətə cəhddir.
5. Maliyyə asılılığı - internet mağazaları vasitəsilə lazımsız alış-veriş etmək ehtiyacıdır.
İnternet asılılığının psixoloji xüsusiyyətləri:
- elektron poçtun tez-tez yoxlanması;
- vaxtın hiss edilməməsi, nə vaxt ki, insan kompüter arxasındadır;
- real həyatdakı ünsiyyətlə müqayisədə online ünsiyyətə üstünlüyün verilməsi;
- şəbəkədə uzun müddət qalmağa görə ailənin və dostların şikayətləri;
- kompüter seansını sərbəst bitirməyin mümkünsüzlüyü;
- qeyri-müntəzəm qidalanma, monitorun qarşısında yemək;
- yorğunluğun yaranması, qıcıqlanmalar, əhval-ruhiyyənin azalması
- internet-asılılığın mövcudluğunun inkarı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər