Əhalinin 60 faizi internetdən yararlana bilmir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 08:04 | Şərh sayı: (0) | Baxılıb: 319
Əhalinin 60 faizi internetdən yararlana bilmir

Ixlas.Az ICTnews-a istinadən bildirir ki, bu gün müasir dünyada mobil rabitədən istifadə etmək imkanına malik olan insanların sayı elektrik enerjisi və ya su istehlakçılarının sayını ötür. Dünya Bankının internetə həsr edilmiş hesabatına əsasən, bu fakt rəqəmsal inqilabın başlaması anlamına gəlmir.
Məlumata əsasən, son 10 ildə internet istifadəçilərinin sayı 3 dəfə artaraq 3.2 milyard nəfər təşkil edib, ancaq planetin əhalisinin 60 faizi, yəni təxminən 4 milyard nəfər hələ də internetə çıxışa malik deyil.
Həmçinin mobil rabitənin sürətli inkişafına baxmayaraq, təqribən 2 milyard nəfər mobil telefonlardan istifadə etmir. Eyni zamanda, təxminən 1.5 milyard nəfər mobil siqnalın əlçatmaz olduğu ərazilərdə yaşayır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər