Sosial şəbəkələrin populyarlığı sayt yaradılmasında fəallığı azaldır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-01-2016, 10:46 | Şərh sayı: (0) | Baxılıb: 282
Sosial şəbəkələrin populyarlığı sayt yaradılmasında fəallığı azaldır
Azərbaycanda sosial şəbəkələrin populyarlığı şəxsi internet-resursların yaradılması işində biznesin fəallığını azaldır. Bunu Trend-ə İnformasiya Problemləri üzrə Araşdırma Mərkəzinin rəhbəri Yaşar Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda ICANN-ın (Domen adlarının və IP ünvanların idarə edilməsi üzrə korporasiya) tələblərinə uyğun formalaşdırılmış və Rabitə və Yüksək Texnologiylar Nazirliyi, eləcə də vətəndaş cəmiyyəti ilə razılaşdırılmış domen adlarının qeydiyyata alınmasının ideal balanslaşdırılmış platforması və normativ bazası yaradılıb.
Y.Hacıyev qeyd edib: "Hazırda əsas vəzifə ondan ibarətdir ki, cəmiyyətimiz sosial şəbəkələrin tərkib hissəsi olan deyil, şəxsi internet-resursların yaradılmasında böyük fəallıq göstərsin. Heç kəsə sirr deyil ki, "Feysbuk" və bənzər sosial şəbəkələr monitorinq alətləridir. Bununla da münaqişə vəziyyəti yarananda sosial şəbəkə ilə yaradılmış resurs əlçatan olmaya bilər".
O, əlavə edib ki, .az domen zonasında saytın qeydiyyatı 20 manatdır və onun illik texniki dəstəyi də 20 manat təşkil edir: "Bu, istifadəçilərin geniş dairəsi üçün olduqca əlçatandır".
Hazırda .az milli domen zonasında 24,5 mindən çox internet-resurs qeydiyyata alınıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər