RSS
 

Login:
Şifrə:
» » Manat Türkiyədəki tələbələrimizi necə vurdu: - “qayıdanlar var...”

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Manat Türkiyədəki tələbələrimizi necə vurdu: - “qayıdanlar var...”

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 16:50 | Şərh sayı: (0) | Baxılıb: 271

Manat Türkiyədəki tələbələrimizi necə vurdu: - “qayıdanlar var...”


Manat Türkiyədəki tələbələrimizi necə vurdu: - “qayıdanlar var...”Turan Agentliyinin fotoqrafı Etimad Budaqov Türkiyədəki tələbə həyatı haqda danışır.

Onu media camiəsi və ictimai-siyasi fəallar daha yaxşı tanıyırlar. Bakıdakı az qala bütün aksiyalarda Turan Agentliyinin fotoqrafı Etimad Budaqovu görmək olurdu. Hər zaman öndə olurdu və ən əsas türklər demiş, ayrıcalığı isə mediaya qarşı zorakılıq edən polislərə qarşı duruşu idi. Bu günlərdə onun BDU-da tələbələrin aksiyası zamanı polislərə konstitusiyaya görə medianın toxunulmazlıq hüququ olduğunu diktə etməsi əks olunan videosu yayıldı.
Amma Etimad Budaqov bir müddətdir Azərbaycanı tərk edərək Ankaraya köçüb. Siyasət üzrə təhsil alır. Onunla Ankarada, Azərbaycan Kültür Dərnəyində qarşılaşdıq, söhbət elədik.

- Etimad, necə oldu buraya – Ankaraya gəlməyə qərar verdin?

- Bura gəlməyimin səbəbi təhsilim idi. Yarımçıq qalan təhsilimi davam etdirmək istədim. Yıldırım Bəyazid Universiteti Siyasət Bilimi və İctimai İdarəçilik bölümündə oxuyuram. Bu bölümü seçməmin səbəbi mediadakı fəaliyyətimlə müəyyən qədər əlaqəli idi. Azərbaycanda işlədiyim dövrdə xalqının məmurlarla münasibətlərində ciddi problemlərə şahid olurdum. Daha doğrusu, məmurlar vətəndaşlara qarşı kobud, saymaz və aqressiv münasibət bəsləyir. Hətta bəzən elə hadisələrə şahidlik edir, elə fotolar çəkirdim ki, sonra gedib çarəsiz ağlayırdım. Ona görə həmişə bu haqda düşünürdüm. Mən nə edim xalq-məmur münasibətlərinin dəyişməsində rolum olsun. Buna görə də düşündüm ki, belə bir istiqamətdə təhsil almalıyam.

- Ankaraya nə zaman gəldin?

- 2014-cü ildə Ankaraya gəldim. Açığı elə də asan qərar olmadı, yaşım elə də gənc deyil, burda bəzi müəllimlərim var ki, məndən yaşca kiçikdir. Amma qarşılıqlı hörmət var və anlaşırıq. Həm də düşünürəm ki, təhsil almaq hər yaşda gec deyil.

- Yaşın az deyil dedin, eyni zamanda Azərbaycanda işin vardı, müəyyən qədər media, ictimaiyyət arasında tanınırdın. Bütün bunları buraxıb başqa ölkədə yenidən tələbə həyatına başlamaq çətin olmadı?

- Yox, açığı başlanğıcda çox ciddi çətinliklər olmadı. Onu da deyim ki, özümü təhsilə illər uzunu hazırlamışdım. Bakıda təhsil aldığım Müstəqil Azərbaycan Universiteti qapadıldı, hətta iş Avropa Məhkəməsinə qədər getdi. Amma nəticə olmadı. Həm də Azərbaycanda təhsil Türkiyə ilə müqayisə edilə bilməz. Bu səbəbdən də seçimim belə oldu. İş, tanınma öz yerində amma, daha yüksək təhsil almaqla xalqıma daha yaxşı xidmət etmək, həm də şəxsi arzularımı reallaşdıracağımı düşünürəm.

Təbii ki, ilk başlarda asan olmurdu, müəyyən çətinliklər oldu. Amma sağ olsunlar, dəstək verən, yardım edənlər də oldu. Türk Ocaqları dəstək verdilər. Türk Ocaqları Ankara şöbə başqanı Türkan Hacaloğlu, Mersin Azərbaycan Kültür Dərnəyi başqanı Güray Sarı və onun həyat yoldaşı, azərbaycanlı Samirə Sarı və Azərbaycan Kültür Dərnəyi də çox böyük dəstək verdi. Bura gəldikdə Ülkü Ocaqlarının evində bir il qalmışam. Burda Azərbaycana münasibətlər yaxşıdır, hara gedirsənsə soruşanda haralısan, deyəndə Azərbaycan xoş qarşılayırlar. Qardaş ölkə deyərək bacardıqları qədər köməklik etməyə çalışırlar. 7-dən 77-yə hər kəsdən hörmət gördüm.

- Təhsilin nə zaman bitəcək? Bitirdikdən sonra nə etməyi düşünürsən, burda qalmaq, yoxsa Azərbaycana qayıtmaq?

- Hər şey qaydasında getsə 2018-də bitəcək. Azərbaycana qayıdacağam, inşallah. İxtisasıma uyğun iş tapıb çalışmaq istəyirəm.

- Səni media fotoqraf kimi tanıyır. Burda necədir, tələbəçilikdən imkan edib işini davam etdirə bilirsən?

- Burada bakalavr tələbələrinin işləməsi qanunla qadağan olunduğu üçün rəsmi olaraq işləyə bilmirəm. Amma tədbirlər olanda fotolar çəkirəm. Açığını deyim ki, bura yeni gələn azərbaycanlıların çox çətinlikləri olur. Çünki bir çoxu gəncdir, ailədən ayrı qalır, hərbi xidmətdə olmamış gənclər üçün çətinliklər ortaya çıxır. Bildiyim qədəri ilə Türkiyədə 10 minə qədər azərbaycanlı təhsil alır.

Bunların içərisində təhsil üçün gələnlər də var, əyləncə üçün, gəncliyini yaşamaq istəyənlər də var. Amma həqiqətən təhsil almaq istəyənlər də çoxdur.
Ancaq son iqtisadi böhran azərbaycanlı tələbələrə çox pis təsir edib. Bir çoxlarının maddi durumları pisləşib, Azərbaycandan gələn pulların dəyərdən düşməsi səbəbindən yaşayış və həyatlarına əlavə çətinliklər yaranıb. Bir çoxları var ki, valideynləri işlərini itirib, ona görə də çətinlikləri yaranıb. Hətta bildiyim qədəri ilə geri qayıdanlar və ya qayıtmağa hazırlaşanlar da var. Burada şəhid övladları, Xocalı qaçqınlarının övladları var ki, təhsil alırlar, amma maddi durumları çox çətindir, yardım etmirlər.

- Azərbaycanda da təhsil alımsan. İndi bir müddətdir burdasan. Türkiyə təhsilini necə gördün?

- Türkiyədə daha şəffaf və rüşvətsiz bir təhsil var. Tapşırma filan olmur. Əsas təhsilə, çalışqanlığa önəm verilir. Oxumayanı, hazırlığı olmayanı kursdan kursa keçirməzlər. Bu mənada bizimlə müqayisə oluna bilməz.

- Burda xeyli 10 min azərbaycanlı tələbə olduğunu dedin. Azərbaycanlılar arasında təhsil almaq, mütəxəssis kimi yetişmək istəyənlər çoxdurmu?

- Təbii ki, çoxlu sayda azərbaycanlı daha yaxşı təhsil almaq və mütəxəssis kimi yetişməyə çalışanlardır. Universitetlərdə yüksək nəticə göstərən çoxlu sayda azərbaycanlılar var. Amma onların çoxu iş tapmaqda çətinlik çəkəcəklərini və şəraitə uyğunlaşa bilməyəcəklərini düşündükləri üçün Azərbaycana qayıtmaq istəmir, burda qalmaq və ya Avropaya getmək istəyir.

- Bəs azərbaycanlıların təşkilatlanma durumu necədir? Azərbaycanlıların bir araya gəlib birgə tədbirlər keçirmək, birgə fəaliyyətlər həyata keçirməsi mümkün olurmu?

- Azərbaycanlılar daha çox qruplar halındadır. Tam olaraq birlik yaratmaq olmur. Məsələn, Ankarada 1325 tələbə olduğunu bilirəm, amma heç zaman onların böyük bir qismi bir araya gəlməyib. Hətta səfirliyin tədbirində belə böyük çoxluq olmur. Burda siyasi səbəblər də olur, maddi səbəblər də var.

Amma onu da deyim ki, səfirlik burdakı tələbələrə o qədər də dəstək olmur. Sadəcə özlərinin müəyyən bir çevrələri var. Qalan böyük qruplar kənarda qalır. Azərbaycanlı tələbələrin bir çoxunun maddi çətinlikləri olur. Çünki çoxu bura gələndə vəziyyətdən xəbərsiz olur və burda gözləmədik çətinliklər çıxır.

- Bu günlərdə sənin aksiyada polislə məşhur dialoqun yayıldı. Medianın toxunulmazlıq hüququ olduğunu deyirdin. Burda necədir, o cür vəziyyətlər yaranırmı, kiməsə hüquqlarını başa salmağa ehtiyac olurmu?

- Türkiyədə demokratiya var, insan haqları qorunur, qanunlar güclüdür. Təbii ki, buranın da öz problemləri var. Amma istənilən halda Türkiyə bir demokratik ölkədir, azadlıqlar var. Burada kiməsə, xüsusən də polisə qanun izah etməyə gərək qalmır, məmurlar öz işlərini bilir, vətəndaşın hüquqlarına hörmətlə yanaşırlar.
Kənan Rövşənoğlu, Ankara



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor