Rusiyadan Ermənistana pul köçürülməsi kəskin azalıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 15:23 | Şərh sayı: (0) | Baxılıb: 262
Rusiyadan Ermənistana pul köçürülməsi kəskin azalıb
Ötən il Rusiyadan Ermənistana bank vasitəsilə qeyri-ticari məqsəd üçün göndərilən pulun (transfert) həcmi 2014-cü illə müqayisədə 36 faiz və ya 518 milyon dollar azalaraq, 915 milyon dollar təşkil edib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Bankı məlumat yayıb.
İnformasiyada bildirilib ki, Ermənistandan Rusiyaya bu məqsədlə göndərilən maliyyə vəsaiti isə 0,6 faiz artaraq, 204,57 milyon dollar təşkil edib.
Mərkəzi Bankın məlumatına əsasən, Rusiyadan Ermənistana qeyri-ticari məqsədlər üçün pul köçürülməsi iki ildir azalır.
Xəbərdə bildirilib ki, 2015-ci ildə ölkəyə daxil olan ümumi pul köçürmələri 30 faiz və ya 520 milyon dollar azalaraq, bir milyard 728 milyon dollar təşkil edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər