Corc Soros Hillari Klintona 6 milyon dollar bağışlayıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 10:37 | Şərh sayı: (0) | Baxılıb: 258
Corc Soros Hillari Klintona 6 milyon dollar bağışlayıb

Novator.az xəbər verir ki, milyarderin bu məbləği bağışladığı Klintonun seçki qərargahının yığılan vəsaitlərlə bağlı dərc etdiyi hesabatdan bəlli olub. Hesabatda göstərilir ki, Corc Soros sözügedən vəsaiti 2015-ci ilin dekabrında ayırıb.
2015-ci ilin üçüncü rübündə Klintonun seçki qərargahı 25 milyon 800 min dollar xərcləyib. Onun xərclənməmiş 33 milyonu qalıb. Dördüncü rübdə bu məbləğin daha da artdığı bildirilir.
ABŞ-da prezident seçkisi 2016-cı ilin noyabrında keçiriləcək. Ehtimal olunur ki, Demokratlar Partiyasının prezidentliyə namizədi Hillari Klinton, Respublikaçılar Partiyasının namizədi isə milyarder Donald Tramp olacaq. Partiyaların kimi namizəd irəli sürəcəyi yayda bilinəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər