Klintonun sənədləri açıldı – Putinə böyük rəğbəti varmış, Səddamsa... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 21:14 | Şərh sayı: (0) | Baxılıb: 215
Klintonun sənədləri açıldı – Putinə böyük rəğbəti varmış, Səddamsa...
ABŞ-ın keçmiş prezidenti Bill Klinton barədə maraqlı faktlar və gizli məlumatlar yayılıb. Bunların içərisində ən diqqət çəkəni indi ABŞ-la düşmən mövqedə olan Rusiya prezidenti Putinlə münasibətlərini əks etdirən sənədlərdir.
Bu sənədlərdən məlum oulur ki, Klinton ABŞ prezidenti olduğu dövrdə Vladimir Putin haqda çox müsbət rəydə olub.
AzNews.az xəbər verir ki, Klintonun şəxsi kitabxanasından olan materiallar bunu sübut edir. Materiallardan çıxarışlar “The New York Times” qəzetinin elektron versiyasında yayımlanıb.
“Mən düşünürəm ki, Putinin böyük potensialı var. Hesab edirəm ki, o çox ağıllı və dərin düşüncəlidir. Məncə, biz onunla birlikdə çoxlu yaxşı işlər görə bilərik. Onun niyyəti ümumiyyətlə nəcib və vicdanlıdır, lakin o hələ tam müəyyənləşməyib”, -deyə B. Klintonun sənədlərində qeyd olunur.
Qəzetin qiymətləndirməsinə görə, 1999-cu ildə Kosovo münaqişələri və Yuqoslaviyanın bombalanması zamanı B. Klinton Serbiya rəhbərliyi ilə həmrəy olan Rusiyaya qoşun yeritmək məsələsinə, Rusiya ilə münasibətləri gərginləşdirmək istəmədiyi üçün ehtiyatla yanaşıb. “Əgər vəziyyət Rusiyaya qoşun yeritmək, ya yeritməmək seçimi həddinə gəlsə, dostluğumuzun iflasına səbəb ola biləcəyi təqdirdə Rusiya ilə nə etməli?”, -deyə Klinton qeyd edib.
Yayılan sənədlərdə Klintonun Səddam Hüseyn barədə düşüncələri də maraq doğurur.
Məlum olur ki, 1998-ci ildə İraqın işğalı öncəsi Bil Klinton Səddam Hüseynlə birbaşa dialoq qura bilmədiyi üçün çox təəssüflənib. “Əgər mən mətbuatla bağlı olmasaydım (hesablaşmaq zərurətim olmasaydı), dəstəyi götürüb bu köpək oğluna zəng vurardım”, -deyə o etiraf edib.
“Lakin Amerikada belə bir qərar qəbul etmək üzücü şəkildə çətindir. Mən belə edə bilmərəm, sənin də edə biləcəyini düşünmürəm”, - bu sözləri B.Klinton Böyük Britaniyanın o zamanki baş naziri Toni Bleyerə müraciətində deyib. Yayılan sənədlərdə həm də o görünür ki, B.Klintonla Toni Bleyer arasında kifayət qədər yaxın, bəlkə də dostluq münasibəti olub. Hökumət başçısı ilə telefon danışıqlarında ABŞ prezidenti qızının həkim olmaq arzusu barədə qeyd edib və Bleyerin yeni doğulan oğlu ilə oturmağı təklif edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər