İrandan ABŞ-a xalça ixracı bərpa edilir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 23:44 | Şərh sayı: (0) | Baxılıb: 260
İrandan ABŞ-a xalça ixracı bərpa edilir

2016-cı ili "bərpa ili" adlandıran Həmid Kərgər ümid edir ki, hazırki ixracın aşağı səviyyəsi qarşıdakı aylarda artacaq.
"Amerikalı iş adamlarının əllə toxunmuş İran xalçalarına yüksək marağı onu göstərir ki, Amerikaya ixrac tezliklə başlayacaq", İranın Mehr agentliyi yazır.
Rəsmi bildirib ki, ixrac barədə pozitiv siqnallar Almaniyada keçirilmiş DOMOTEX sərgisində amerikalı sərmayeçilərlə danışıqlarda hiss edilib.
Sərmayeçilərlə İrandan əllə toxunmuş məhsulların sifarişi və satın alınması müzakirə edib.
"Sanksiyaların götürülməsi İran xalçası fəallarına itirilmiş bazarda canlanma ümidləri gətirsə də, nikbinlikdən qaçmaq lazımdır. Biz plana uyğun hərəkət etməliyik", Həmid Kərgər deyib.
Onun sözlərinə görə, hazırda bazarın böyük hissəsinə malik Hindistan və Pakistan kimi rəqibləri də unutmaq olmaz.
Son 5 ildə Hindistan ABŞ-a xalça ixracında birincidir.
"Gənc nəslin zövqünün və rəqiblərin fəaliyyətlərini izləmək lazımdır", cənab Kərgər bildirib.
Onun sözlərinə görə, ixrac dayanıqlı bazar şəraitində edilməlidir.
2010-cu ildə İrana sanksiyalar qoyulmazdan öncə ABŞ İranın əsas xalça idxalçısı olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər