Azərbaycanın reytinqi endirildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 09:57 | Şərh sayı: (0) | Baxılıb: 248
Azərbaycanın reytinqi endirildi
"Neftdən aşırı asılıdır, Mərkəzi Bankın valyuta ehtiyatları üçdə iki dəfə düşüb".
ABŞ-dakı “Standard and Poor’s” reytinq agentliyi Azərbaycanın kredit reytinqini BB+səviyyəsinə endirib. Bu “spekulyativ”, yaxud “zibil” səviyyə sayılır. Səbəb neftin qiymətinin düşməsi və xarici valyuta ehtiyatlarının azalmasıdır.
Standard & Poor's - dünyada üç ən nüfuzlu reytinq agentliyindən biridir (Moody's və Fitch Ratings ilə yanaşı).
“Azərbaycan karbohidrogen sektorundan çox asılıdır”,-reytinq agentliyi bildirir və əlavə edir ki, Azərbaycan iqtisadiyyatının bu il, milli valyutanın devalvasiyasına baxmayaraq azalacağını gözləyir.
Agentlik xəbərdarlıq edir ki, “xarici risklər artmaqdadır, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin ortasından üçdə iki dəfə düşüb”
Ötən ilin sonunda «Standard and Poor’s» reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya «BBB-» səviyyəsində saxladığını təsdiqləmiş, proqnozunu isə, əvvəlki qiymətləndirmədəki kimi, «mənfi» saxlamışdı.
«Standard and Poor’s»a görə, «BBB-» səviyyəsi və yuxarısı investisiyaya uyğun səviyyə kimi qəbul edilir.
Bundan aşağı olan «BB+» və sonrakı səviyyələr «investisiya yatırılmayacaq» və əsasən, «zibil» səviyyəsi adlandırılır.
Bundan əvvəl "Financial times" məlumat yaymışdı ki, Azərbaycan Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan 4 milyard dollar borc istəyib.
Amma Azərbaycan prezidenti məlumatı təkzib edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər