RSS
 

Login:
Şifrə:
» » Tikinti bumu yenidən başlaya bilər

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Tikinti bumu yenidən başlaya bilər

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 20:31 | Şərh sayı: (0) | Baxılıb: 237

Tikinti bumu yenidən başlaya bilər


Tikinti bumu yenidən başlaya bilərİnşaat sektorunda islahatlar aparılacaq
Paytaxt Bakıda yeni tikinti bumu başlaya bilər. Ölkə başçısının son müşavirədəki çıxışında yeni tikinti layihələrinin həyata keçirilməsi, bunun üçün sahibkarlara güzəştlərin tətbiq olunması, ipoteka şərtlərinə dəyişiklik edilməsi ilə bağlı mesajlar da yaxın zamanlarda paytaxtda yeni tikinti dalğasının start götürəcəyini deməyə əsas verir. İpoteka şərtlərinə edilən dəyişiklik və bu sahəyə ayrılan vəsaitin artırılması da yeni tikinti layihələrinin həyata keçirilməsi üçün stimul ola bilər. Lakin bu sahədəki mövcud problemlər, tikinti üçün çoxsaylı icazələrin alınması, süni bürokratik əngəllər və sair nəzərdə tutulan prosesin qarşısını ala bilər.

Dövlət başçısı İlham Əliyev də son çıxışında tikinti ilə bağlı bütün süni əngəllərin aradan qaldırılmasını əsas şərt kimi qoydu. Sitat: “Tikinti ilə bağlı heç bir süni əngəl olmamalıdır. İş adamlarına da müraciət edirəm, sizdən kimsə qanunsuz nə isə tələb edəcəksə birbaşa məlumat verin və o qanunsuz əməlləri törətmək istəyənlər ciddi şəkildə cəzalandırılacaq. İpoteka xətti ilə böyük tikinti layihələri icra edilə bilər. Təəssüf ki, bizdə bu sektorda durğunluq müşahidə olunur. Mən ipoteka ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, o cümlədən Nazirlər Kabinetinin toplantılarında. Ancaq bu proses, hələ ki, kütləvi xarakter almayıb. Bunu dərhal başlamaq, yəni davam etdirmək lazımdır. Təxirəsalınmaz tədbirlər görülməlidir”.

Ölkə başçısının da bildirdiyi kimi, bu sahədə süni əngəllər var və onlardan biri də tikinti üçün müraciət edən sahibkarlardan saysız-hesabsız sənədlər tələb olunması, eləcə də Bakıda iri tikinti layihələri üçün yer olmadığının bildirilməsidir. Bunun aradan qaldırılması üçün qonşu Rusiyada tikinti sektoruna nəzarəti bir qurumda cəmləşdirmək məqsədilə Tikinti Nazirliyi də yaradılıb.

Ekspertlər tərəfindən oxşar təcrübənin Azərbaycanda da tətbiq edilməsi və tikintiyə aid bütün səlahiyyətləri əlində cəmləşdirən Tikinti Nazirliyinin yaradılması da təklif olunur.

Tikinti-əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yeni tikililərin şəhərsalma planına əsasən sökülməsi nəzərdə tutulan yerlərdə aparılmasına ehtiyac var: “Təqribən il yarım öncə prezidentin tapşırığı olmuşdu ki, Bakı şəhərində tikinti işi aparmaq istəyən şirkətlərə boş torpaq sahələri deyil, şəhərsalma planı üzrə söküntüsü nəzərdə tutulan ərazilər ayrılsın və tikinti şirkətləri həmin ərazilər üzrə köçürmə aparıb daha sonra tikintini həyata keçirsinlər.

Bu baxımdan Bakı Şəhər İcra Hakimiyyətinin tikinti şirkətlərinə Bakıda boş yer olmaması ilə bağlı cavab verməsini təbii qarşılamaq lazımdır. İndiki halda əsas məqsəd tikinti tempini artırmaq, bu sahəyə investisiya qoyuluşları üçün normal şərait yaratmaq, investisiya cəlbediciliyini artırmaq üçün sənədləşmə işlərində müəyyən qədər güzəştlərə getmək, tikintiyə verilən icazələrin sayını azaltmaq və sair məsələlər həyata keçirilməlidir. Lakin təəssüflər olsun ki, hələ ki bu istiqamətdə ciddi addımlar müşahidə olunmur. Hər bir halda bu bir qədər uzunmüddətli prosedurlardır. Hesab edirəm ki, bunun nəticəsini qarşıdakı dövrlərdə, ən azı bir aydan sonra konkret təhlil etmək olar. İndiki halda hələlik ümumiləşdirilmiş məlumat yoxdur. Ayrı-ayrı tikinti şirkətlərinə verilmiş hüquqlar var. Lakin bu, yekun nəticəyə gəlmək üçün qənaətbəxş deyil”.



Tikinti sektorunda sahibkarlara yaradılan süni əngəllərə toxunan ekspert bu sahədə islahatların aparılmasının vacibliyini də vurğuladı: “Cənab prezident də müşavirədə vurğuladı ki, Azərbaycan nüfuzlu beynəlxalq hesabatlarda bir sıra məsələlərə görə, məsələn, daşınmaz əmlakın qeydiyyatına görə ön sırada olsa da, tikintiyə verilən icazələrin sayına görə geridədir və ən sonuncu yerlərdən birini tutur. Bu səbəbdən ölkə başçısı tapşırıq verdi ki, bu sahədə müəyyən islahatlar aparılmalıdır. Burada əsas məsələlərdən biri məmur-sahibkar münasibətləridir. Tikinti üçün lazım olan icazələrin çoxluğu bir tərəfdən bürokratik əngəllər yaradır, digər tərəfdən isə xərcləri artırır. Bu da tikinti sektoruna marağın azalmasına səbəb olur. Bu gün Bakı şəhərində tikintinin bir kvadratmetri 700-800 manata təklif olunur. Bunun səbəblərindən biri tikintiyə yaradılan bürokratik əngəllərlə bağlıdırsa, biri də tikinti materiallarının baha olması və bu malların ölkəyə gətirilərkən yüksək gömrük rüsumu və vergiyə məruz qalması ilə bağlıdır. Hesab edirəm ki, bu sahədə kompleks addımlar atılmalı və ciddi islahatlara gedilməlidir”.

Tikinti Nazirliyinin yaradılması ilə bağlı təkliflərə münasibət bildirən Ramil Osmanlı bildirdi ki, hazırkı şəraitdə yeni bir mərkəzləşmiş struktur vahidinin yaradılmasının tərəfdarı deyil: “Hesab edirəm ki, bəzi nazirlik və komitələr birləşdirilməlidir. Azərbaycanda tikinti nazirliyinin yaradılmasına ehtiyac yoxdur. Bu gün bu sahəni müəyyən fəaliyyətlə məşğul olan nazirlik və ya komitələrdən birinə həvalə etmək olar. Məsələn, bu məsələni Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və ya Arxitektura və Şəhərsalma Komitəsinə vermək olar. Ayrı-ayrı nazirlik və komitələrdə üst-üstə düşən səlahiyyətlər varsa, onları həmin qurumdan alıb bir qurumda birləşdirmək olar. Bunun üçün hansısa nazirliyin yaradılmasına ehtiyac yoxdur. Bu variantlardan biridir. Hər hansı nazirliyin adında bir sözün dəyişdirilməsi belə on minlərlə manat vəsait hesabına başa gəlir. O səbəbdən hesab etmirəm ki, yeni bir nazirliyin yaradılmasına ehtiyac var. İndiki halda nazirliklərdə, komitələrdə üst-üstə düşən fəaliyyətləri mərkəzləşdirilmiş bir strukturda cəmləşdirmək olar. Tikintiyə nəzarət göstərən bir neçə nazirlikdə olan səlahiyyətləri ixtisara salıb bütün məsələləri bir quruma vermək olar”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor