“Özəl klinikalar aztəminatlı ailələri pulsuz müayinə və müalicə etməlidirlər” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 20:36 | Şərh sayı: (1) | Baxılıb: 655
“Özəl klinikalar aztəminatlı ailələri pulsuz müayinə və müalicə etməlidirlər”
"Azərbaycanda özəl klinikaların qorunması, onların fəaliyyətinə dəstək verilməsi üçün qanunvericiliyə, xüsusilə də Vergi Məcəlləsinə dəyişikliklər edilməlidir".
"Report" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.
O qeyd edib ki, bu gün ölkədə özəl klinikalara mənfi münasibət var: "Özəl klinikalar deyəndə az qala çoxu bunu soyğunçu bir yer kimi başa düşür. Amma əslində elə deyil. Özəl klinikalarda savadlı səhiyyə mütəxəssisləri, tibbi personal fəaliyyət göstərir. Ona görə də onların əməyini yerə vurmaq olmaz. Əksinə, indiki şəraitdə həmin kilinikaları qorumaq lazımdır. Bunun üçün də qanunvericiliyə, xüsusilə də Vergi Məcəlləsinə dəyişiklik yolu ilə həmin özəl kliniklara dəstək olmalıyıq".
Komitə sədrinin müavini eyni zamanda, özəl klinikalarda az təminatlı ailələrin pulsuz müayinə olunması təklifi ilə çıxış edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər