RSS
 

Login:
Şifrə:
» » Bizi İran həkimlərinin ayağına aparan qaçılmaz səbəblər

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Bizi İran həkimlərinin ayağına aparan qaçılmaz səbəblər

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 16:02 | Şərh sayı: (0) | Baxılıb: 320

Bizi İran həkimlərinin ayağına aparan qaçılmaz səbəblər


Bizi İran həkimlərinin ayağına aparan qaçılmaz səbəblərİranda müalicə niyə azərbaycanlıların çıxış yoluna çevrilib?..

“Qohumu göndərdik İrana, orda müalicə olundu”...

10 ilə yaxındır ki, Azərbaycanda xəstələrin əsas alternativi olaraq İrandakı klinikalar göstərilir. Xüsusən də qiymətlərin ucuz olması faktı bu istəyi gücləndirmişdi. Amma son bir neçə gündə İranda dünyasını dəyişən körpənin nəşinin ailəsinə verilməməsi bu məsələyə yenidən nəzər yetirməyi vacib saydı.

Körpənin ölüsünün verilməməsinə səbəb ailənin klinikaya qalan borcu idi. Bu isə daha öncə də Tehran klinikalarında uğursuz müalicənin qurbanı olan azərbaycanlılarla bağlı faktları yenidən yada salmağı mütləq etdi.

Azərbaycanlıları İrana aparan səbəblər nələrdir? Öncə ondan başlayaq ki, bu bum 2013-cü ilə qədər daha güclü idi. Səbəbləri barədə bir qədər sonra. Hələliksə onu deyək ki, İranda inkişaf etməkdə olan tibb elmləri təkcə ürək və göz xəstəlikləri əməliyyatlarını əhatə etmir. Orada böyrək, qaraciyər, beyin, ağciyərlər və s. xəstəliklər üzrə müasir müalicə üsulları və avadanlıqlarından istifadə olunur.

Hazırda İranda vərəm, QİÇS (SPİD) və xərçəngin müalicə üsulları üzrə tədqiqatlar aparılır. Avropa da İran mütəxəssislərinə yüksək qiymət verməyə başlayıb.

İranda lazım olan dərman preparatlarının 95 faizi ölkədə istehsal olunur. Statistikaya görə, ölkə hər il azı 50 adda yeni dərmanı dünya bazarına çıxarır. Bir neçə dünya şirkətlərinin inhisarında olan bəzi dərman preparatlarının istehsalı da İran tibbinin uğurlarındandır. SPİD-in qarşısını almaqda və müalicəsində istifadə olunan “İmod”, diabet xəstələrinin ayaq yaralarını müalicə etmək üçün hazırlanan “Angipars”, Hepatit C-nin müalicəsində istifadə olunan “İnterferon pegile” və digər dərmanların müəlliflik hüququ iranlı mütəxəssislərə məxsusdur.

Müasir dünyada sellulların müalicəsi metodu ilə həyata keçirilən müxtəlif üzvlərin bərpası həkimlərin imdadına çatıb. Bu gün İranda əsas sellulların, qaraciyər sellullarının, qığırdaqların istehsalı, xərçəng və sümük xəstəliklərinin müalicəsi sahəsində 100-dək elmi mərkəz işləyir.

Orqan köçürülməsi üçün İran qapısını döyənlər

İranda ildə 15 min ürək cərrahiyyəsi əməliyyatı aparılır. Amma hazırda İran bədən üzvlərinin köçürülməsi sahəsində dünyanın ilk 10 ölkəsindən biri sayılır. Son 25 ildə İranda 25 min böyrək köçürülüb. Bu cəhətdən İran inkişaf etmiş ölkələrdən hesab olunur. Burada orqan köçürülməsi üzrə 80 mərkəz fəaliyyət göstərir. Cənub qonşumuzda 30 tibb universiteti, şəhər və kəndlərdə isə 5 minə yaxın poliklinika, 15 min sağlamlıq evi var.

İran İslam ölkəsi, bir qədər mühafizəkar cəmiyyət sayılsa da, cinsiyyət dəyişdirilməsi əməliyyatı ilk dəfə uğurla bu ölkədə gerçəkləşdirilib. Bu əməliyyat 5 min dollara başa gəlir. Əgər xəstənin bu qədər pulu verməyə gücü çatmırsa, o xərcin 50 faizini hökumət ödəyir.
Həkimlər azmış kimi, artıq bu ölkədə ağır xəstələr üzərində əməliyyat aparan robot da fəaliyyət göstərir. Robotun texnologiyası İran Müdafiə Nazirliyi tərəfindən hazırlanıb və Səhiyyə Nazirliyinə verilib. Robot əməliyyatları kəlləni yarmadan yerinə yetirir. Belə əməliyyatların uğur qazanması imkanı çox yüksəkdir. Burada bir haşiyə çıxaq ki, qonşu ölkədə Azərbaycanın tibb təhsili barədəki rəy ürəkaçan deyil. İranın səhiyyə nazirinin müavini Məhəmmədəli Mohəqqiqi Azərbaycan Tibb Universitetinin diplomlarını etibarsız sayması ilə bağlı dəfələrlə açıqlama verib.

Viza aradan götürülüb və...

Digər detallara da nəzər yetirək. Müalicə üçün İrana axının artmasında ilk növbədə viza məsələsinin aradan götürülməsi rol oynayır. Üstəlik, İranda səhiyyə xidməti də ucuzdur. İnsanlar müalicə üçün daha çox Təbriz, Ərdəbil və Urmiyaya gedir.

İranın dövlət səhiyyə müəssisələrində müayinələr zamanında pulsuz olub, xarici vətəndaşlar üçünsə nəzərdə tutulmuş qiymət cədvəli olub. Bu qiymətlər özəl klinikalardakından yüksək deyil. Azərbaycan həkimlərinin qoyduğu diaqnozlar orda da təsdiqlənir, bir çox hallarda müalicənin, dərmanların düz verildiyini deyirlər. Amma orda qiymətlər ucuzdur. Bizdə səhiyyə sistemi pulsuz olsa da neqativ hallar var. Azərbaycandakı özəl klinikalar bahadır. Dövlət müəssisəsinə isə inamsızlıq var. Xəstə həkimin cibinə az pul qoyanda düşünür ki, yəqin az pul verdim deyə yaxşı baxmadı. Bütün bu hallar isə onların yönünü İrana çevirir.
Bu arada unutmayaq ki, Azərbaycan vətəndaşlarının müalicə üçün İrana üz tutmasının digər səbəbi də güclü təbliğatla bağlıdır. Belə ki, orda xüsusən Azərbaycandan gələnlərə daha çox diqqət ayırırlar. Bu, millət sevgisindən də irəli gəlir. Amma məqsəd həm də Azərbaycandakı tibb sistemini gözdən salmaqdır.

İranda qiymətlər qəfil qalxdı, amma...

Qiymət artımı faktlarına nəzər yetirək. 2013-cü ildə isə İranda səhiyyə qiymətləri 3 dəfə qalxıb. Xüsusən də Ərdəbildə xəstəxanaların qiymətinin qalxmasının Azərbaycandan ora xəstələrin çox getməsi ilə bağlı olmadığı açıqlandı. Bu barədə elə 2013-cü ildə Bakıda keçirdiyi mətbuat konfransında Ərdəbil Ticarət Palatasının sədri Hüseyn Pirmozəyi bildirmişdi. Onun sözlərinə görə, qiymət artımı sırf iqtisadi məsələlərlə bağlıdır: “İran dərman preparatlarının hazırlanması üçün xammalı Avropadan alır. Hazırda bu məhsullar İrana əvvəlki illərdən daha baha idxal edildiyindən, ölkədə səhiyyə qiymətləri 3 dəfə bahalaşıb. Bunun İrana müalicəyə gələn Azərbaycan vətəndaşları ilə əlaqələndirmək düzgün deyil. Ölkə qanunlarına görə, İran öz vətəndaşları üçün səhiyyə müəssisələrindən istifadəyə görə subsidiyalar verir. Xarici vətəndaşlar üçün isə müalicəyə görə ayrı qiymət müəyyənləşir. Təklif edərdim ki, iki ölkənin ticarət palataları Bakıda xəstələri qəbul edib, onları sığortaladıqdan sonra İranın müxtəlif yerlərinə müalicəyə göndərək. Belə olan halda Azərbaycan vətəndaşları İrana müalicəyə getdikləri təqdirdə heç bir əlavə xərcləri çıxmayacaq və bizim vətəndaşlarla eyni hüquqlu müalicə almaq imkanları olacaq”.

2014-cü ilin məlumatlarına diqqət edək. İranda ailələrin dərman və müalicə xərcləri son bir illə müqayisədə 41 faizdən çox artıb. Bunu İranın sosial rifah, əmək və korporasiya naziri Əli Rəbii açıqlamışdı. Rəbii bildirib ki, dərman və müalicə xərcləri bir ailənin orta gəlirinin 70 faizini təşkil edir.

O, ölkənin sosial rifahının təmini üçün əhalinin sığotalanması prosesinin Avropa standartlarına uyğun həyata keçirilməsinin zəruriliyi vurğulayıb.

Rəbii deyib ki, hazırda ölkənin ən böyük sığorta şirkəti olan “Sığorta Təminatı” əhalinin 37 milyon nəfərini sığortalayıb: “Həmin şirkət əhalinin dərman və müalicəsi üçün öhdəliklərini tam yerinə yetirə bilmir, həkimlər və apteklər də bu şirkətin sığortaladığı şəxslərə xidmət göstərməkdən boyun qaçırır”.

İran KİV-nin məlumatına görə, hazırda bu ölkədə əhalinin 13 milyon nəfərindən çoxu heç bir sığorta şirkəti tərəfindən sığortalanmayıb. Onlar daha çox əyalətlərdə və kəndlərdə yaşayanlardır, müalicə xərclərinin ödənilməsi üçün də iqtisadi durumları bir o qədər yaxşı deyil.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq olunan və İranın maliyyə, ticarət, energetika və nəqliyyat sektorlarını əhatə edən sanksiyalar bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərib. Həmin sanksiyalar milli valyutanın dəyərinin düşməsinə təsir etməklə yanaşı, ölkəyə bəzi dərman preparatlarının idxalı üçün də problemlər yaradıb. Belə ki, son vaxtlar, İran KİV-nin məlumatına görə, ölkə bazarında bəzi yoluxucu, xərçəng, diabet və digər ağır xəstəliklərin müalicəsi üçün lazım olan 90 növ dərman preparatını tapmaq çətinləşib və onların qiymətləri artıb.

İldə 1 milyon nəfər İrana gedir, neçəsi müalicəyə?..



İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahi mətbuata açıqlamasında qeyd edib ki, il ərzində Azərbaycandan İrana təxminən bir milyona yaxın adam keçir. Onlardan nə qədərinin məhz müalicə məqsədilə ilə getdiyi dəqiq açıqlanmasa da, reallıq öz sözünü deyir. Hətta müvəqqəti olaraq viza tətbiqi zamanı səfirliyə müraciətlərin 80 faizi İrana müalicə almaq məqsədi ilə olduğu üzə çıxıb.

Maraqlıdır ki, sosial şəbəkələrdə də İranda müalicəyə getmək istəyənlərə pulsuz nəqliyyat xidmətləri təklif olunub. Elanlarda xəstələrin xüsusi ambulans və maşınlarla evindən Təbriz və ya Tehrana, sonra isə geriyə qaytarılması təklif olunur. Bildirilir ki, Sumqayıt, Gəncə, Biləsuvar sakinləri də nəqliyyat xidmətlərindən yararlana bilərlər. Nəqliyyat xidmətindən istifadə edənlərə xəstəxana seçimində də köməklik göstərilirmiş.

İranda müayinə ucuzdur, əməliyyat baha?

Ekspertlər isə qeyd edirlər ki, İranda Amerika müalicə üsulu tətbiq olunduğundan, burada xəstəyə cəmi bir neçə dərman təyin etməklə müalicəsinə üstünlük verilir. Yəni azərbaycanlı həkimlərdən fərqli olaraq, onlara çeşid-çeşid dərmanlar yazılmır. Bundan başqa, İranda müalicə, diaqnostik müayinə bizdən ucuz olsa da, cərrahi əməliyyatlar bizdə olduğundan qat-qat bahadır. Vətəndaşların əksəriyyəti də məhz ilkin müayinə, diaqnozun qoyulması üçün ora üz tutur.

Bundan başqa, müalicənin əsas hissəsi olan dərmanları əldə etmək üçün də İrana üz tutanlar var. Bizdə dərmanlar həm bahadır, həm də keyfiyyət parametrləri aşağıdır. Ekspertlər deyir ki, dərmanların keyfiyyətinə məsul qurumlar, dövlət reyestri olmadığı üçün vəziyyət acınacaqlıdır. Hazırda Azərbaycana 3-cü dünya dövlətlərindən xeyli dərman gətirilir. Bəzən elə dərman olur ki, araşdıranda istehsalçı xarici dövlətdə belə dərmanın olmadığı ortaya çıxır. Dövlət nüfuzlu xarici dərman firmaları ilə müqavilə bağlamalıdır və həmin firmalar idxal olunan dərmanların keyfiyyətinə görə dövlət qarşısında məsuliyyət daşımalıdır.

Musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor