Ekoloji effektivlik: Azərbaycan 180 ölkə arasında 31-cidir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 17:12 | Şərh sayı: (0) | Baxılıb: 242
Ekoloji effektivlik: Azərbaycan 180 ölkə arasında 31-cidir

Novator.az xəbər verir ki, 180 ölkə üzrə aparılan ekoloji reytinqin əsas faktorları sakinlərin sağlamlığının qayğısına qalınması, su ehtiyatlarının, təbiətin və ətraf mühitin vəziyyəti, sanitar normalara riayətdir.
Ekoloji effektivlik sarıdan Azərbaycan 31-ci sıradadır. Qonşu ölkələrdən Rusiya 32-ci, Ermənistan 37-ci, Türkiyə 99-cu, İran 105-ci, Gürcüstan 111-ci yerdə gəlir.
Reytinq cədvəlində ilk on ölkə belə sıralanır: Finlandiya, İslandiya, İsveç, Danimarka, Sloveniya, İspaniya, Portuqaliya, Estoniya, Malta, Fransa.
Siyahıda son yerlərdə Somali, Eritreya, Madaqaskar və Nigeriya qərarlaşır.
Ölkələrin ekoloji effektivliyi indeksi iki ildən bir tərtib olunur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər