Qadağa: Daha "Ekoloji təmiz" məhsul satılmayacaq! |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-01-2016, 19:16 | Şərh sayı: (0) | Baxılıb: 267
Qadağa: Daha "Ekoloji təmiz" məhsul satılmayacaq!
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kollegiyası "Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər" standartını təsdiqləyib. Report bildirir ki, sənədə əsasən, qida məhsulunun xüsusiyyətinə, eyniliyinə, tərkibinə, miqdarına, saxlanma və ya yararlılıq müddətinə, mənşəyinə, qida məhsulunun hazırlanma üsuluna dair istehlakçıları yanıldan ad verməyə, məhsulun malik olmadığı xüsusiyyətləri, həmçinin müalicəvi olduğunu qeyd etməyə, qida məhsullarının adlarında məhsulun tərkibində olmayan maddə və ya onun birləşməsinin adından istifadə etməyə yol verilməsi qadağandır. Qida məhsullarının tərkibinə qida məhsullarına (inqrediyentlərinə) oxşar aromatizator əlavə etdikdə, qida məhsulunun adında həmin məhsulun dad və/və ya ətirə malik olduğu qeyd edilməlidir. Müəyyən təbii məhsula xas olmayan və ya kompleks ətirli məhsullar üçün onların ətirləşdirildiyi qeyd edilir. Bundan başqa, sənədə əsasən, müxtəlif qida məhsullarına bir ad vermək olmaz.
Məhsulun "Yalnız üzvi gübrələrdən istifadə etməklə yetişdirilmişdir", "Pestisidlərdən istifadə etmədən yetişdirilmişdir", "Mineral gübrələrdən istifadə etmədən yetişdirilmişdir", "Vitaminləşdirilmişdir", "Konservantsız" kimi xüsusiyyətləri haqqında məlumatın verilməsi, yalnız istehsalçıda qeyd edilmiş məlumatın təsdiqi olduğu halda icazə verilir.
Qida məhsullarının üzərində "Ekoloji təmiz" yazısının göstərilməsinə icazə verilmir.
Yuxarıda verilmiş tələblərə əsasən tərtib edilmiş qida məhsulunun adı firma adı, uydurulmuş ad, istehsal edildiyi yerin adı, istehsalçının adı və digər adlar ilə, firma nişanı vurulmaqla tamamlana bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər