Naxçıvanlılar 51 min manat cərimə ödədilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-01-2016, 12:01 | Şərh sayı: (0) | Baxılıb: 279
Naxçıvanlılar 51 min manat cərimə ödədilər
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2016-cı ildə ekoloji pozuntularla əlaqədar hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 16 akt və 16 protokol, flora və faunanın, balıq ehtiyatlarının mühafizəsi üzrə isə 10 akt, 10 protokol tərtib edib.
Ixlas.Az APA-a istinadən bildirir ki, dəymiş ziyanla bağlı tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bundan əlavə, 45 su obyektində (6 çay, 10 sututar, 29 göl ) və 29 müşahidə məntəqəsində səth sularının çirklənməsinin monitorinqi həyata keçirilib. İl ərzində götürülmüş 149 su nümunəsi üzərində 1788 analiz aparılıb. Su obyektlərində yüksək və ekstremal çirklənmə halları qeydə alınmayıb. 2015-ci ildə təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə 37 müəssisəyə və təşkilata 51 min 190 manat ekoloji ödəniş haqqı tətbiq edilib və icrası təmin olunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər