Ölkədə ünvanlı sosial yardımla bağlı yeni model hazırlanır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 17:06 | Şərh sayı: (0) | Baxılıb: 485
Ölkədə ünvanlı sosial yardımla bağlı yeni model hazırlanır
Azərbaycanda ünvanlı sosial yardımla bağlı yeni model hazırlanır.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
O qeyd edib ki, yeni modellə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur: “Yeni modelə parlamentə bir daha baxılacaq və müvafiq qərar qəbul ediləcək”.
H.Rəcəbli bildirib ki, Azərbaycanda ünvanlı sosial yardım modeli seçilərkən təməl olaraq Polşa qanunvericiliyi götürülüb: “Burada da zaman-zaman qanunvericilikdə dəyişiklik etmişik. 10-a yaxın sənəd istənilirdisə, sənədlərin sayı azaldılıb, sənədlərin bir ildən bir baxılmasını iki ildən bir etdik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daim axtarışdadır və burada yeni islahatlar aparmaq istəyirlər”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər