"Pensiya, müavinət, sosial yardımların nə qədər dəyərdən düşdüyü qiymətləndiriləcək" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 24-12-2015, 23:12 | Şərh sayı: (0) | Baxılıb: 252
"Pensiya, müavinət, sosial yardımların nə qədər dəyərdən düşdüyü qiymətləndiriləcək"
Müəyyən qədər sakitləşmə baş verməlidir, ondan sonra bazardakı qiymətlər müşahidə olunmalıdır. Bunların nəticələrinə əsasən, istehlak səbətinin dəyərinin necə dəyişməsi öyrənilməlidir.
Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib.
Nazirin sözlərinə görə, hazırda bu proseslər nəzarətdə saxlanılır: "Mütəxəssislər bazarlarda müşahidələr aparırlar. Nəzərə almaq lazımdır ki, devalvasiya ilə Yeni ilin yaxınlaşması müəyyən qədər üst-üstə düşdü. Ona görə də Yeni il qabağı bazarlarda olan proseslər, formalaşacaq qiymətlər müəyyən qədər tam mənzərəni ortaya qoya bilməyəcək. Bu səbəbdən növbəti ilin ilk günlərində də bu prosesləri davam etdirməliyik".
S.Müslümov deyib ki, əldə olunacaq nəticələr əsasında vətəndaşların gəlirlərinə, xüsusilə aztəminatlı insanların dövlət hesabına əldə etdiyi gəlirlərin, yəni pensiyaların, müavinətlər, sosial yardımların nə qədər dəyərdən düşə bilmə ehtimalı, yaxud faktiki olaraq, nə qədər dəyərdən düşməsinin dəqiq mənzərəsini ortaya qoyacağıq".
S.Müslümov deyib ki, yalnız bunun əsasında növbəti addımların nələrdən ibarət olacağını söyləmək olar.
Nazirin sözlərinə görə, gələn il heç bir sosial proqram, layihə kəsirlə icra olunmayacaq. Həmişə nəzərdə tutulduğu qədər icra olunacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər