Hadı Rəcəbli: “Bir sıra qanunlara əlavə və dəyişikliklər edilməlidir” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 17:04 | Şərh sayı: (0) | Baxılıb: 261
Hadı Rəcəbli: “Bir sıra qanunlara əlavə və dəyişikliklər edilməlidir”
Bu gün Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda komitənin yaz sessiyası qanunvericiliyinin işlər planına baxılıb.
Komitə sədri Hadi Rəcəbli bildirib ki, yaz sessiyasında iki - "Əlillərin hüquqları haqqında" və "Turizm haqqında" qanun layihələrinə baxılacaq: "Buna görə də yeni əlavə qanun layihəsi hazırlamağı düşünmədik. Hər iki layihə uzun müddətdir ki, geniş müzakirə olunur. Artıq yaxın günlərdə layihələr parlamentə daxil olacaq. Amma bizim komitə cəmiyyətin daha çox sosial qayğıya ehtiyacı olan sferasını əhatə etdiyi üçün demək olar ki, hər gün qəbullar keçiririk, sosial məsələlərin həlli ilə məşğuluq. Təkcə dünən şəxsən özüm bu kateqoriyadan olan 70 nəfər qəbul etmişəm".
H.Rəcəbli qeyd edib ki, "Əlillərin hüquqları haqqında" qanun layihəsi əvvəllər qəbul olunan "Əlilliyin qarşısının alınması haqqında" qanunun yenidən işlənilmiş variantıdır: "Çünki həmin qanun aktuallığını qismən itirmişdi. Buna görə də onu yenidən işləmək ehtiyacı yaranmışdı". Komitə sədrinin sözlərinə görə, "Qaçqın və köçkünlərin geri dönməsi ilə bağlı repatrasiya haqqında" qanun layihəsi hazırda əlimizdədir. Bundan başqa, Əmək Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi də nəzərdə tutulur. Təkliflərə dinləmələr halında baxılacaq. Həmçinin, yeni təşəbbüslərdən çıxış etməliyik. Bu istiqamətdə deputatların üzərinə ciddi vəzifələr düşür. Eyni zamanda, bugünkü reallıqlara əsaslanaraq bir sıra qanunlara əlavə və dəyişikliklər də edilməlidir. Buna bizim imkanlarımız var".
Komitə sədri qeyd edib ki, parlamentdə dinləmələrin keçirilməsinə başlanılıb: "Bundan başqa, nazirliklərdə dinləmələrin keçirilməsi üçün şəraitin yaradılması düzgün olar. Hətta bunun üçün bu yaxınlarda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla danışığımız olub. Nazir bu təklifimizi müsbət qarşıladı".
Daha sonra yeni təkliflər müzakirə olunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər