RSS
 

Login:
Şifrə:
» » Qiymət Mehdiyevin “həyat yoldaşım deyil” dediyi qadın kimdir?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qiymət Mehdiyevin “həyat yoldaşım deyil” dediyi qadın kimdir?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 16:25 | Şərh sayı: (0) | Baxılıb: 313

Qiymət Mehdiyevin “həyat yoldaşım deyil” dediyi qadın kimdir?


Qiymət Mehdiyevin “həyat yoldaşım deyil” dediyi qadın kimdir?Eldar Sultanov: “Bu, bizim araşdırma predmetimiz ola bilməz”; Müzəffər Baxış: “Hüquq-mühafizə orqanları onu araşdırmalıdır”
Eynulla Fətullayev: “Qiymət Mehdiyev özü deyir ki, bu faktları ailə dostları ötürüb... Demək ki...”
SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin ətrafında baş verən proseslər hələ də mətbuatın gündəmindədir. Həyat yoldaşının Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa alması ilə bağlı fotofaktlara münasibət bildirən Q.Mehdiyev ilk növbədə fotolardakı qadının həyat yoldaşı olmadığını deyib: “Bəyan edirəm ki, bu məlumat yalandır və bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm.

Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış bu böhtan xarakterli məlumatların bizim konsitusion hüquqlarımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm. Hətta məqalədəki fotoda mənim həyat yoldaşım kimi qələmə verilən xanım həyat yoldaşım deyil. Tamamilə yad, bizə aidiyyəti olmayan şəxsdir. Mənim həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqət elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib. Ev 1/2 pay olmaqla dəyəri 200 000 Türkiyə lirəsi (təqribən 60 min ABŞ dollar civarında ) dəyərindədir”.

Bütün hallarda ortada çoxlu sayda suallar var. Çünki Q.Mehdiyev həyat yoldaşının Bodrumda bir ev aldığını təsdiqləsə də, ümumiyyətlə, fotodakı qadından imtina edir. Bu faktları yaxın bir ailə dostlarının yaydığını bildirərək digər tərəfdən də yazılanları dolayısı ilə təsdiqləyir.

Bəs indiki halda məsələnin araşdırılması hansı yöndə davam etməlidir? Məlum fotodakı qadının kimliyini necə müəyyənləşdirmək olar? SOCAR, hüquq-mühafizə orqanları, eləcə də bu faktı ilk yayan media orqanları onun izini davam edəcəkmi?

“Yeni Müsavat” öncə SOCAR-ın mətbuat xidmətindən məsələyə münasibət öyrənmək istəsə də, buna nail olmayıb.

Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yazının mətnindən və fotofaktlardan hadisənin Türkiyədə qeydə alındığı görünür. Müsahibimiz bu hadisənin araşdırılması ilə bağlı onlara hər hansı sorğunu daxil olmadığını, bu səbəbdən də onun Respublika Prokurorluğunun araşdırma predmeti olmadığını bildirdi: “Hazırda bununla bağlı heç bir araşdırma aparılmır”.

Müstəqil hüquqşünas Müzəffər Baxış isə hesab edir ki, əgər bu məsələ faktlarla, sübutlarla mediada öz əksini tapıbsa, Cinayət Məcəlləsinin 12-ci maddəsinə görə, hadisə xaricdə baş versə də, hüquq-mühafizə orqanları onu araşdırmalıdır. Müsahibimizin sözlərinə görə, faktı üzə çıxaran media orqanı - haqqın.az onun sona qədər araşdırılmasında maraqlıdırsa, Cinayət Məcəlləsinin 206-cı maddəsinin tələblərinə görə, bu korrupsiya faktlarını Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərməlidir. Bu halda baş idarə bunu araşdıracaq: “Araşdırma zamanı ekspertiza təyin edilməlidir. Həmin vaxt pul daşıyan qadının kimliyini də üzə çıxarmaq asan olacaq. Buna ilk növbədə həvəs olmalıdır. SOCAR elə bir strukturdur ki, prezident göstəriş versə, orda həmin məmurla bağlı ciddi araşdırma aparılacaq”.



Faktı yayan media orqanının - haqqın.az saytının rəhbəri Eynulla Fətullayev isə bizə açıqlamasında bundan sonra sözügedən mövzuda tutacaqları mövqeyi açıqladı. Müsahibimiz öncə Q.Mehdiyevin müsahibəsindəki bir məqama toxundu: “Qiymət Mehdiyev müsahibəsində qeyd etdi ki, həmin sənədləri təqdim edən ailə dostlarıdır. Aydın məsələdir ki, biz necə əldə edə bilərdik? Üstəlik, ailə dostlarıdırsa, onun həyat yoldaşını da tanıyırlar və yanlışlığa yol verməzlər. Bunu yayan türk iş adamları bizdən öncə bir teleradio şirkətinin rəhbəri ilə də görüşüblər. Onlar deyiblər ki, bu sənədləri Azərbaycan jurnalistləri çap etməsələr, Türkiyə və Almaniya mediasına veriləcək. Bu, onların əlində olan sənədlərin cüzi hissəsidir. Çoxlu sənədlər də var. Onların bildirdiyinə görə, SOCAR onlara bir layihə sifariş edib. Amma daha sonra SOCAR bunu icra etməyib. Söhbət 934 min dollarlıq layihədən gedir. Biz yazıda da qeyd etmişdik ki, həmin sənədlərin üzə çıxarılması bir qisas əməliyyatının nəticəsidir. Türklər bildiriblər ki, Azərbaycan tərəfi öhdəliyi pozub. Bizə bunu bildirdilər. Jurnalistin işi öz işini vicdanla görməkdir”.

E.Fətullayev bu araşdırma çərçivəsində qarşı tərəfin mövqeyini niyə öyrənmədiklərini də açıqladı. Dedi ki, Azərbaycan reallığı şəraitində yaşayırıq və qarşı tərəfin fikrini öyrənməyə cəhd etsələr, şantajda ittiham olunacaqlarını bilirlər: “Bilirəm ki, müəyyən mənada jurnalistika prinsiplərini pozmuşam. Ona görə də qərara gəldim ki, sadəcə, sənədləri yayım. Bu insan etiraf edir ki, bu evin birini alıb. Hətta deyir ki, normal ailə ala bilər. Mən şəxsən özümü normal ailənin üzvü hesab edirəm. Amma bizim Bodrumda villamız yoxdur.

Biz hələlik rəsmi mövqe gözləyirik. SOCAR bəyan etmişdi ki, araşdıracaqlar. Mən düşünürəm ki, biz bunun nəticəsini gözləməliyik. Əlbəttə ki, burdan Bodruma səfər edib, yerində araşdırmaq byük zəhmət tələb etmir. Amma öncə SOCAR öz mövqeyini bildirsin. Hüquq-mühafizə orqanları sözünü deyəcək. Ondan sonra yenidən bu mövzuya qayıtmaq olar. Qiymət Mehdiyev özünü təkzib edir. Bir tərəfdən deyir ki, bu ev onun həyat yoldaşı tərəfindən alınıb. Digər tərəfdən deyir ki, fotodakı xanım həyat yoldaşı deyil. Məntiqi ardıcıllığın pozulduğunu oxucu da görür”.

“Yeni Müsavat” isə xəbər verir ki, yanvarın 25-də özünü Qiymət Mehdiyevin oğlu Qismət Mehdiyev kimi təqdim edən şəxs redaksiyaya zəng vuraraq, saytdan ona məxsus fotoların yığışdırılmasını tələb edib. Q.Mehdiyev bildirib ki, anası və atası ilə bağlı yayılan xəbərlərə şərh vermək istəmir. Amma xaricdə təhsil alan gənc fotolardakı qadının anası olduğunu da inkar etməyib: “Bu, onların şəxsi həyatıdır, mən qarışmaq istəmirəm”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor