SOCAR-da təcili iclas |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 22:50 | Şərh sayı: (0) | Baxılıb: 291
SOCAR-da təcili iclas
Həyat yoldaşı Bodrumda 16 villa alan Qiymət Mehdiyev də iclasa qatılıb .
SOCAR-da şirkətin prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə iclas keçirilir.
Lent.az-ın məlumatına görə, vaxtaşırı keçirilən iclasda vitse-prezidentlər, idarə və şəbə rəisləri, onların müavinləri, eləcə də digər yüksək vəzifəli şəxslər iştirak edir. Dünən mediada barəsində şok məlumatlar yayılan SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyev də iclasa qatılanlar arasındadır.
Qeyd edək ki, dünən mətbuatda Q.Mehdiyevin həyat yoldaşının 20 milyon dollara Bodrumda 16 villa və hektarlarla torpaq sahəsi alması barədə məlumatlar yayılıb. Bildirilir ki, Q.Mehdiyev SOCAR-n vitse-prezidenti Mikayıl İsmayılovun ən etibarlı adamıdır. M. İsmayılov SOCAR sistemində bütün tikinti və maliyyə işlərini kurasiya edir və layihələri Qiymət Mehdiyevin əli ilə həyata keçirir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər