SOCAR 20 milyonluq məmuru efirə çıxarır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 23:12 | Şərh sayı: (0) | Baxılıb: 341
SOCAR 20 milyonluq məmuru efirə çıxarır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşının xaricdə villalar alması barədə KİV-də yer alan məlumatlar gündəmdən düşmür.
İki gündür bu xəbər ölkə mediasının manşetini təşkil edir. Barəsində bu qədər söz-söhbət yayılan ARDNŞ rəhbərliyi isə hələ də susur. Xəbər yayılan gün (24 yanvar) bununla bağlı SOCAR-dan mövqe almaq istəsək də bu, heç cür mümkün olmadı.
Artıq bu gündən etibarən ARDNŞ rəhbərliyi hərəkətə keçməyə başlayıb. Musavat.com-a daxil olan məlumata görə, bu axşam, yanvarın 25-də axşam saatlarında telekanallardan birində (güman ki. ANS-də) Qiymət Mehdiyev verilişə çıxarılacaq və həm öz adının, həm də həyat yoldaşının adının 20 milyonluq villa ilə bağlı hallanmasına aydınlıq gətirəcək.
SOCAR-dakı mənbələrdən musavat.com-a o da bildirilib ki, 16 villa söhbəti ARDNŞ-lə ortaq iş görən Türkiyə şirkətlərindən hansınınsa təxribatıdır. Deyilənə görə, həmin şirkət üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırıb və üstəlik, Azərbaycan tərəfini bu cür informasiya təxribatına çəkib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər