RSS
 

Login:
Şifrə:
» » Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2015-ci ilin hesabatını verdi

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2015-ci ilin hesabatını verdi

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 20:12 | Şərh sayı: (0) | Baxılıb: 310

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2015-ci ilin hesabatını verdi


Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2015-ci ilin hesabatını verdi İdarənin rəisi Kamran Əliyev korrupsioner məmurlardan danışdı
Yanvarın 15-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) 2015-ci ildə görülən işlərlə bağlı mətbuat konfransı keçirilib. İdarə rəisi Kamran Əliyev bildirib ki, ötən il ərzində idarəyə 10 min 654 vətəndaş müraciət edib. 7 min 266 müraciət qurumda fəaliyyət göstərən “Qaynar xətt” əlaqə mərkəzi vasitəsi ilə daxil olub. 2 min 100 müraciət müsbət həll edilib, 30 müraciət üzrə CM-in müxtəlif maddələri ilə cinayət işi başlanıb. K.Əliyev deyib ki, Baş İdarədə 2 min 614 vətəndaş qəbul edilib.

İdarə rəisi bildirib ki, ötən il 14 əməliyyat tədbiri nəticəsində 16 vəzifəli şəxs cinayət başında yaxalanıb. KQMBİ-nin təqdimatları əsasında 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. İdarə rəisi vəzifəli şəxslərin hansı nazirliklərin nümayəndələri olduğunu da açıqlayıb. Məlum olub ki, 2015-ci ildə Səhiyyə Nazirliyi üzrə 42, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 28, Təhsil Nazirliyi üzrə 13, Daxili İşlər Nazirliyi üzrə 48, Müdafiə Nazirliyi üzrə 1, Fövqəladə Hallar Nazirliyi üzrə 1, Gömrük Komitəsi üzrə 1 və digər dövlət qurumları üzrə 35 vəzifəli şəxs tutulub. Ötən il ərzində Baş İdarə tərəfindən 295 şəxs barəsində 200 cinayət işi məhkəməyə göndərilib. Həmin işlər üzrə vurulmuş 143 milyon 883 min manat ziyandan ibtidai araşdırma mərhələsində 36 milyon 101 min manat ödənilib. İstintaqı başa çatdırılmış 5 cinayət işi üzrə cəmi 43 milyon 654 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Baş idarə rəisi statistik məlumatları açıqladıqdan sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb. 2004-cü ildə yaradılan idarədə baş tutan mətbuat konfransına ilk dəfə idi ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı da dəvət edilmişdi. Digər KİV nümayəndələri kimi biz də Kamran Əliyevə sual vermək imkanı qazandıq. Ümumilikdə mətbuat konfransında verilmiş sual-cavabları da təqdim edirik:

- Mətbuat vasitəsi ilə yayılan məlumatlar araşdırılırmı? Həmin araşdırmaların nəticəsi olaraq cinayət işləri başlanırmı?

Kamran Əliyev:

- Bütün mətbuat orqanları gündəlik olaraq tərəfimizdən izlənir. Mətbuatda gedən məlumatların daim monitorinqi aparılır. Baş İdarədə 5 cinayət işi var ki, konkret olaraq mətbuatda gedən məlumatlara əsasən başlanıb. Onlardan biri “Yasamal MTK” ilə bağlıdır. Hazırda həmin işlə bağlı intensiv araşdırmalar aparılır. Bundan başqa da icraatda mətbuatda gedən məlumatlarla bağlı aparılan araşdırmalar var. Biz mətbuata hörmətlə yanaşırıq, yayılan məlumatları diqqətlə izləyirik. Qərəzli, kimisə təhqir etmək məqsədi ilə bağlı yazılar təbii ki, digər mövzunun predmetidir.

- Azərbaycanda korrupsiya cinayətləri niyə azalmır?

- Korrupsiya cinayətləri ilə bağlı ona deyə bilərəm ki, bu proseslər var. Son 10 ilə nəzər yetirsək, təhlil etsək, görərik ki, ölkə rəhbərliyinin həyata keçirdiyi qanunverici, inzibati, təşkilati tədbirlər nəticəsində bu gün artıq bir çox korrupsiya cinayətləri mövcud deyil. Və əksinə. Yeni iqtisadi proseslər korrupsiya cinayətlərinin yeni formalarının ortaya çıxmasına səbəb olur. Bu bütün dünya ölkələrində, ABŞ-da, Avropada da belədir. Azərbaycanda "ASAN xidmət" mərkəzləri yaradılmaqla korrupsiya cinayətlərinin bir çoxu 1 günün içində aradan qaldırıldı. Bu təcrübəni biz gələcəkdə də davam etdirməliyik.

- Monopoliya korrupsiya cinayəti kateqoriyasına daxildirmi?

- Monopolistlər, işbazlarla bağlı sahədə də işlər gedir, araşdırma aparırıq. Onların fəaliyyətini qanunlarla, hüquqi baxımdan sübuta yetirmək mürəkkəb məsələdir. Bu o demək deyil ki, mümkün deyil. Biz işləyirik, siz yəqin ki, belə hallarla bağlı cinayət işlərinin olacağını da görəcəksiniz. Burada mal qıtlığı ilə bağlı söhbət açıldı. Süni qiymət artımını, mal qıtlığını kim yarada bilər? Ancaq monopolist şirkətlər edə bilər. Deyək ki, mən monopolistəm, ölkəyə dərmanı, konkret strateji məhsulu mən gətirirəm, rəqabət olmadığı üçün istənilən qiyməti müəyyən edə bilərəm. Təbii ki, belə hallar olur. Süni mal qıtlığı yaratma elə inhisarçılıq deməkdir. Bununla bağlı mübarizə gücləndiriləcək.

- Zərdab prokurorluğunun müstəntiqi Rüfət Səfərovla bağlı cinayət işi başlanıb?

- Rüfət Səfərovun konkret əməlləri ilə bağlı araşdırma aparılıb və barəsində cinayət işi istintaq olunur. Cinayət işi onun dediyi ilə, söylədikləri ilə bağlı deyil. Barəsində cinayət işi rüşvətxorluq maddəsi ilə bağlanıb.

- “MTN işi” üzrə istintaq edilən işlərlə bağlı vəziyyət nə yerdədir?

- “MTN işi” ilə bağlı KQMBİ-də araşdırma aparılmır. Baş İdarədə Rabitə Nazirliyinin vəzifəli şəxslərinin işi üzrə araşdırma aparılır.

- Devalvasiyadan sonra ölkədə süni qiymət artımı müşahidə olunur. Bunun qarşısını almaq üçün hansı tədbirlər görülr?

- Süni qiymət artımı ilə bağlı ictimai nəzarət vacibdir. 2016-cı ilin ilk günlərindən başlayaraq hər gün “Qaynar xətt”ə müraciətlər daxil olur. Təkcə yanvarın 14-də “Qaynar xətt”ə rayonlardakı böyük ticarət mərkəzlərində süni qiymət artımı ilə bağlı 10-a yaxın müraciət daxil olub. Həmin müraciətlərə də araşdırılır. Bu məsələlərə çox həssaslıqla yanaşılır. Müraciət müəlliflərinə zəng edib konkret soruşuruq ki, qiymət artımı nədə baş verib. Əgər müəyyən olunur ki, konkret halda qiymət artımı “qırmızı xətti” keçib, tədbir görülür. Peşəkar iş adamları belə hallara yol vermirlər. Biz maliyyə qurumları ilə təhlil aparıb devalvasiyanı nəzərə almaqla süni qiymət artımı hallarını müəyyən edirik. Dərman preparatları var ki, onlar ölkəyə gətiriləndə 10 manata rəsmiləşdirilir, burada 500-600 manata satılırsa, buna süni qiymət artımından başqa ad vermək olmaz. Ümumilikdə yaranmış iqtisadi situasiyadan sui-istifadə halları var.

- Deputat Fəazil Ağamalı həmkarları Əsabil Qasımov və Tahir Süleymanovun monopolist olduqlarını dedi, unu bahalaşdırdıqlarını açıqladı. Mətbuatda deputatın dedikləri ilə yəqin ki, tanışsınız. Bu məsələ araşdırılacaqmı?

- Məlumatlıyıq. Hörmətli Milli Məclis üzvlərinin öz fikirlərini demək, söyləmək hüquqları var. İki deputat bərəsində fikir səsləndirilib. O hallarla bağlı konkret olaraq hər hansı inhisarçılığın müəyyən olunması, süni qiymət artımı, həmin şirkətlər tərəfindən manatın məzənnəsi dəyişəndən sonra süni qiymət artımı halı müəyyən edilməmişdir. Bizdə olan məlumatlara görə, həmin şirkətlər əla növ unun topdansatış qiymətini 26 manat müəyyən ediblər. Ola bilər ki, onlardan unu alandan sonra hər hansı bir kəndə aparıb daha baha qiymətə satırlar. Artıq ölkə rəhbərliyi un məhsulları ilə bağlı göstəriş verib və hesab edirəm ki, bu un və çörək kimi strateji məhsulların qiymətinin stabilləşməsinə təsir edəcək.

- Fəzail Ağamalı həmin açıqlaması ilə hər iki deputatın həm də bizneslə məşğul olduqlarını açıqlamış oldu. Məsələnin bu tərəfi araşdırılacaqmı?

- Ola bilər ki, hər bir şəxs deputat olana qədər hər hansı bir işlə məşğul olub. Biznesmenin də deputat seçilmək hüququ var. Biz baxmalıyıq ki, bu nə dərəcədə sübut olunur ki, həmin şəxslərin öz adına rəsmi şirkət var, yoxdur. Bu kifayət qədər hüquqi məsələlərdir ki, araşdırma və sübutetmə tələb edir.

- Mətbuatda rayon icra hakimiyyəti başçılarının sahibkarları, vətəndaşları incitməsi haqda məlumatlar var. Belə məlumatların böyük əksəriyyətindən aydın olur ki, KQMBİ-nə olunan müraciətlər, ərizə və şikayətlər başçıların üstünə qayıdır. Bundan sonra başçı şikayət edənləri incidir. Belə bir sistem mövcuddur ki, şikayətlər icra başçılarına göndərilir?

- “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan məlumatlarda hər hansı bir rayonun icra nümayəndəsi, ərazi icra nümayəndəsindən, hər hansı bir şöbənin müdirindən şikayət daxil olursa, orada birbaşa korrupsiya cinayəti yoxdursa, süründürməçiliklə bağlıdırsa, biz bunu icra başçısının özünə göndəririk ki, məsələ araşdırılsın, bizə nəticə barədə məlumat verilsin. Əgər belə hallar dəfələrlə olursa, icra başçısına göndəririksə, nazirliyə göndəririksə, məsələ həll olunmursa, bu halda KQMBİ-də araşdırırıq. Əvvəlki araşdırmaları icra hakimiyyətində, nazirlikdə kimin apardığını, araşdırma işini tələb edirik. Əgər şikayətin kimdən olduğu şəxsə göndərildiyi halı müəyyən edilirsə, bu halda çox ciddi tədbir görülür. 2015-ci ildə 5 cinayət işi yerli icra hakimiyyətləri ilə bağlı olub və 9 nəfər vəzifəli şəxs barəsində məhkəmələrə işlər göndərilib.

- Binəqədidəki 16 mərtəbəli bina yandı. Məsələyə prezident səviyyəsində reaksiya verildi. Amma nəticədə JEK müdiri, qoca bir kişi tutuldu...

- 16 mərtəbəli bina ilə bağlı 1 nəfərin məsuliyyətə cəlb olunduğunu demək haqsızlıq olardı.

- 1 nəfər vəzifəli, qalanları aşağı vəzifəli şəxslər həbs ediliblər. İcra başçısının icazəsi olmadan həmin penoplastı ora vura bilməzdilər?

- Xeyr, belə deyil, məhz bu iş üzrə kifayət qədər vəzifəli şəxslər həbs olunub.

- Mənzil Tikinti Kooperativlərindəki dələduzluq məsələləri ilə bağlı hansı işlər görülür?

- Belə hallar son zamanlar, mətbuatda işıqlandırılandan sonra demək olar ki, yoxdur. Ola bilər ki, çox əvvəlki illərdə baş vermiş əməllərlə bağlı məlumatlar verilir, bu məsələlər də araşdırılır. Müvafiq qurumlara da müraciət etmişik ki, mənzillərin bir ünvandan satılması təşkil edilsin, mənzil almaq istəyənlər də bilsinlər ki, həmin ünvandan alınan mənzillər problemsiz mənzillərdir.

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor