SOCAR niyə özəlləşdirilə bilməz? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 18:13 | Şərh sayı: (0) | Baxılıb: 245
SOCAR niyə özəlləşdirilə bilməz?
Ekspertlər yalnız SOCAR-ın tərkibindəki qurumların və zavodların ayrılmasının mümkün olduğunu bildirirlər...
“Yaxın vaxtda Azərbaycan hökuməti özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərinin siyahısı ilə bağlı müzakirələrə başlayacaq”.
Bunu RİA “Novosti” agentliyinə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, ölkənin əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən Azərbaycan hökuməti strateji aktivi olan SOCAR-ı özəlləşdirilməyəcək: “SOCAR dövlətin strateji aktivdir. Bu səbəbdən onun özəlləşdirilməsindən söz gedə bilməz”. Müxbirin “Rusiya şirkətləri Azərbaycanın dövlət aktivlərinin özəlləşdirilməsində iştirak edə bilərmi” sualına prezident bu cür cavab verib: “Rusiya Azərbaycanın yaxın dostudur. Əgər istəsələr, yalnız şad olarıq. Lakin hələ ki müraciət edən olmayıb”.
Ekspertlər isə bildirirlər ki, indiki durumda SOCAR-ın özəlləşdirilməsi doğru olmazdı: “Bu, doğru qərar olmazdı. Çünki SOCAR-ın bitməmiş layihələri var. TANAP layihəsində pay məsələsi var. TAP layihəsində, Şahdəniz 2-də işlər gedir. SOCAR-ın özəlləşdirilməsi məsələsi o zaman daha aktual olar ki, bu aktivlər, bu işlər bitmiş olsun tamam və SOCAR-ın qiyməti bazar dəyəri daha da artmış olsun. O zaman SOCAR-ın özəlləşdirilməsinə ehtiyac yarana bilər. Və bu, indiki şəraitdə doğru addım olar. SOCAR-ın özəlləşdirilməsi ən sonda atılacaq addımdır. Sadəcə SOCAR-ın özündə problemlər var ki, idarəetmənin optimallaşdırılması üçün SOCAR-a birləşdirilmiş, qaynaq edilmiş bir çox qurumlar var. Onlar SOCAR-dan yenidən ayrılıb özəlləşdirilə bilər. Məsələn, ”Azəriqaz" SOCAR-ın tərkibinə verildi. Qurum SOCAR-ın tərkibindən çıxarılıb yenidən özəlləşdirilməyə, yaxud idarəetməyə verilə bilər. SOCAR-ın da çiynində yükü yüngülləşsin. Yəni “Azəriqaz”ın yükü onun çiynindən keçsin. Bundan başqa, SOCAR-ın tərkibində bir neçə institutlar, elmi idarələr, müxtəlif laboratoriyalar fəaliyyət göstərir. Hansılar ki, ciddi effektivliyi yoxdur. Onların SOCAR-ın tərkibindən çıxarılması gündəmə gələ bilər, sonra onların özəlləşdirilməsi prosesi baş verə bilər. Yəni SOCAR ümumiyyətlə, hər şeylə məşğul olan bir şirkət halına gəlib. Tikinti ilə də məşğul olur, başqa sahələrə də yatırım edir, başqa sahələrlə, ekologiya ilə də, yaşıllaşdırma ilə də məşğul olur. Regionlarda diaqnostik mərkəzlər də tikir. Ölkədə hansı sahəyə əl atsan, orada SOCAR-ın müəyyən fəaliyyəti var. Bu, doğru deyil. SOCAR neftin çıxarılması ilə məşğul olmalıdır. Neftin çıxarılmasından kənar nə fəliyyət varsa, SOCAR-dan çıxarılaraq sonradan özəlləşdirilməyə açıla bilər. Bu, daha doğru və daha effektiv ola bilər. SOCAR-ın tərkibində emal zavodları da var. Onlar da tərkibdən çıxarılaraq özlləşdirilməyə açıla bilər. Bəlkə xarici investorlar gələr, müəyyən inversitiya qoyub yeni texnologiyaların, yeni avadanlığın gətirilməsinə nail ola bilər. Çünki həmin zavodlarda çox köhnə, bərbad avadanlıqlar var. Onun nəticəsidir ki, ölkədə istehsal olunan benzin çox keyfiyyətsizdir. Hətta premium markalı benzini belə istehsal edə bilmirik, xaricdən alırıq. Dünyada hər yerdə benzinin qiyməti düşür, bizdə düşməyib. SOCAR-ın müəyyən strukturlarını ixtisar etməklə, SOCAR-dan ayırmaqla özəlləşdirməyə açıla bilər. Amma şirkətin özü, kapitallaşması ən yükdək həddə o vaxt açılacaq ki, əlində olan layihələr bitsin və o, gəlir gətirməyə başlasın. Onda SOCAR-ın bazar dəyəri də xeyli dərəcədə artacaq".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər