Nüfuzlu şirkətlər vergidən yayına bilməyəcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 16:16 | Şərh sayı: (0) | Baxılıb: 292
Nüfuzlu şirkətlər vergidən yayına bilməyəcək

ANS PRESS-in məlumatına görə, bundan sonra bir sıra informasiya texnologiyaları şirkətlərinin “vergi cənnətləri” sayılan ölkələrdə aktivlərini gizlətməsi və fəaliyyət göstərdiyi ölkədəki vergi orqanlarını aldatması az qala mümkünsüz olacaq.
Yeni qaydalara əsasən “Google”, “Amazon” və “Facebook” kimi şirkətlər, baş qərargahının harada yerləşməsindən asılı olmayaraq, gəlirlərini hansı ölkədən götürürsə, həmin ölkədə vergi ödəməli olacaq. Məsələ bir çox çoxmillətli şirkətlərin həqiqi gəlirlərini gizlədərək, külli miqdarda vergidən yayınmasına qarşı dövlətlərin narazılığının artmasından sonra böyüyüb.
Bir neçə gün əvvəl “Google” şirkəti ötən onillik ərzində əldə etdiyi gəlirlərə görə cüzi korporativ vergi ödədiyi faktının ortaya çıxmasından sonra Britaniyanın Vergi və Gömrük idarəsinə 130 milyon funt-sterlinq ödəməyi öhdəsinə götürüb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər