Vergidən gizlədilmiş əmlakın aşkar edilməsi üçün yeni prosedur |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-01-2016, 20:00 | Şərh sayı: (0) | Baxılıb: 279
Vergidən gizlədilmiş əmlakın aşkar edilməsi üçün yeni prosedur
"Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydaları"nda dəyişikliklər edib.
APA-nın məlumatına görə, inventarizasiya müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, hesablaşmalarının, maddi və digər sərvətlərin faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi və sənədlərlə rəsmiləşdirilməsidir.
Bu qaydalar səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri, büdcədən maliyyələşən təşkilatlar və bələdiyyələr istisna olmaqla) inventarizasiyanın aparılması qaydalarını müəyyən edir. Vergi ödəyicisinin əmlakı dedikdə, Vergi Məcəlləsinə müvafiq olaraq hər hansı daşınan və daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər və pul vəsaitləri nəzərdə tutulur.
İndiyə qədər səyyar vergi yoxlaması zamanı Vergilər Nazirliyinin qərarı ilə vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə, vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda və vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış mallar aşkar edildikdə inventarizasiya aparılıb.
Dəyişikliyə əsasən, bundan sonra vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı deyil, ümumiyyətlə vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda Vergilər Nazirliyinin qərarı ilə inventarizasiya aparılacaq. Digər dəyişikliyə əsasən, vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda da Vergilər Nazirliyinin qərarı ilə inventarizasiya aparılacaq.
Qeyd edək ki, inventarizasiyanın əsas məqsədi vergitutmadan gizlədilmiş (yayındırılmış) obyektlərin, mal-material qiymətlilərinin və əmlakın faktiki mövcudluğunun aşkar edilməsi, faktiki mövcud əmlakın və digər qiymətlilərin mühasibat uçotunun məlumatları ilə müqayisə edilməsi, öhdəliklərin uçotda tam əks etdirilməsinin yoxlanılması, sahibkarlıq fəaliyyətində gəlir (mənfəət) götürmək üçün istifadə edilən daşınan və daşınmaz əmlakın, o cümlədən qeyri-maddi aktivlərin və pul vəsaitlərinin vergitutma obyekti kimi vergi uçotundan yayındırılması hallarının aşkar edilməsi və aradan qaldırılması, vergitutmadan gizlədilmiş (yayındırılmış) mal-material qiymətlilərinin bazar qiymətləri nəzərə alınaraq ödənilməli olan vergi məbləğini müəyyən etməkdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər