Sahibkarlar vergi borclarının silinmədiyini iddia edir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 19:59 | Şərh sayı: (0) | Baxılıb: 258
Sahibkarlar vergi borclarının silinmədiyini iddia edir
Redaksiyamıza müraciət edən kiçik sahibkar vergi borcunun taleyi ilə bağlı məlumat əldə edə bilmir...
Xəbər verdiyimiz kimi, ötən ilin sonlarında Azərbaycanda kiçik məbləğdə olan vergi borclarının ləğv olunması ilə bağlı xəbər yayılmışdı. Vergilər Nazirliyi bildirirdi ki, Azərbaycanda 24 minə yaxın vergi ödəyicisinin əsasən kiçik məbləğlərdə olan borcları tamamilə ləğv edilib.
Bundan başqa, ölkədə daha əlverişli biznes mühitinin formalaşması və sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların vergi borclarının ləğv edilməsində onlara köməklik göstərilməsi məqsədilə başa çatmaqda olan cari ilin son ayı ərzində vergi orqanlarında aparılmış hərtərəfli araşdırmalar nəticəsində vergi ödəyicilərinin çoxu yaranmış vergi borclarını büdcəyə ödəyib, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq bir sıra vergi ödəyicilərinin borcları azaldılıb. Bu fikirlər Vergilər Nazirliyinin mediaya ötürdüyü açıqlamadandır.
Ancaq məlum olur ki, məsələ heç də deyildiyi kimi olmayıb. Bugünlərdə redaksiyamıza müraciət edən kiçik sahibkar deyir ki, onun özünün kiçik məbləğdə vergi borcu olsa da, ləğv olunmayıb. Bundan başqa, tanıdığı onlarla sahibkarın da kiçik vergi borcları silinməyib. Maraqlıdır ki, Vergilər Nazirliyi özü də borcu silinən sahibkarların kim olduğu barədə açıqlama vermir. Sahibkarların nazirliyə müraciətləri də cavabsız qalıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər