İŞİD-in qorxunc Türkiyə planı – 250 min insan hədəfdə |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 16:09 | Şərh sayı: (0) | Baxılıb: 245
İŞİD-in qorxunc Türkiyə planı – 250 min insan hədəfdə
Törətdiyi qətliamlarla dünya gündəmini zəbt edən İŞİD-in Türkiyə üçün hazırladığı dəhşətli planın üstü açılıb.
Ixlas.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, terror təşkilatının bu planı nəticəsində 250 min türkün ölə biləcəyi açıqlanıb. Bəs planın detalları nədən ibarətdir?
Məsələ ilə bağlı Türkiyə kəşfiyyatı xəbərdarlıq məktubu hazırlayaraq təhlükəsizlik qurumlarına göndərib. Xəbərdarlıq məktubunda qeyd edilib ki, İŞİD-in planı su mənbələrindən istifadə edərək Türkiyədə vəba xəstəliyi yaymaqdı. Məlumata görə, İŞİD həmçinin suya Sibir yarası yoluxduran mikrob, xardal qazı, və gəmiricilərdən keçən tularemiya xəstəliyini yayan maddələr də qatmağı planlayıb.
Qeyd edək ki, tularemiya türk həkimləri tərəfindən çox da yaxından tanınan xəstəlik deyil.
İŞİD-in planına görə, xəstəliyin səbəbi vaxtında müəyyən edilməyəcəyi üçün Türkiyə ciddi itki verəcək.
Xəbərdarlıq məktubunun sonunda dövlət idarələrindən tədbir görülməsi, suyun təmizlənməsi istənilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər