Ermənistan Azərbaycanın qorxusundan qaz kəmərinin yerini dəyişir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 14:13 | Şərh sayı: (0) | Baxılıb: 221
Ermənistan Azərbaycanın qorxusundan qaz kəmərinin yerini dəyişir
Ermənistan Gürcüstan ərazisi ilə aldığı Rusiya qazının marşrutunu dəyişmək istəyir.
Avropa.info xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkətinin baş direktoru Qrant Tadevosyan jurnalistlərə açıqlama verib.
Kəmərin 17 km-i Gürcüstan ərazisi ilə, 3 km-i isə Ermənistanın Azərbaycan sərhədlərinə yaxın yerləşən ərazisindən keçir. Bu ərazi qeyr-stabil zona sayıldığında Ermənistan hökuməti kəmərin marşrutunu dəyişmək qərarı verib. Bundan əlavə tez-tez baş verən torpaq sürüşmələri kəməri zədələdiyindən qaz tədarükündə problemlər olub.
Kəmərin təhlükəsizliyi ilə bağlı marşrutunun dəyişdirilməsi planı hələ ki, müzakirə mərhələsindədir. Erməni rəsminin deməsinə görə əsas iş Gürcüstan ərazisində aparılacaq.
“Qazprom Ermənistan” yeni kəmərin tikintisi ilə bağlı artıq 2016-2018-ci illər üçün maliyyə proqramını hazırlayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər