Ermənistan yeni nüvə enerji bloku tikmək niyyətindədir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 21:14 | Şərh sayı: (0) | Baxılıb: 266
Ermənistan yeni nüvə enerji bloku tikmək niyyətindədir

Nazir hökumətin yeni enerji bloku tikmək ideyasından imtina etməsinə dair yayılan xəbərləri təkzib edib: “İqtisadi nöqteyi-nəzərdən bizim bu layihədən imtina etməyə heç bir səbəb yoxdur”.
Zaxaryan hökumətin Metsamor AES-ni 2027-ci ilədək istismar etmək və yalnız həmin tarixdən sonra 600 MVt gücündə yeni enerji blokun tikintisi məsələsinə baxmaq niyyətində olduğunu bildirib.
Zaxaryan 2017-ci ilin yazında Metsamor AES-in 3-4 aylıq əsaslı təmirə dayanacağını bildirib: “Təmir işləri Rusiyanın AES-in istismar müddətinin uzadılması üçün ayırdığı 270 mln dollarlıq kredit və 30 mln dollar məbləğində qrant hesabına aparılacaq. Məhz bu təmirdən sonra Metsamor AES-nin istismar müddətini 2027-ci ilədək uzatmaq mümkün olacaq”.
Metsamor AES-in fəaliyyəti 1988-ci ildə baş vermiş zəlzələdən sonra dayandırılıb. Bir neçə il sonra AES yenidən işə salınıb. Metsamor AES-in bölgədəki dövlətlər üçün ciddi təhlükə yaradır.
Hazırda Ermənistanda istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər