Rəsmi Bakı Lavrovun Azərbacan səfərinin məqsədini açıqladı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 09:49 | Şərh sayı: (0) | Baxılıb: 256
Rəsmi Bakı Lavrovun Azərbacan səfərinin məqsədini açıqladı

Virtualaz.org bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Hacıyev qeyd edib ki, yenilənmiş Madrid prinsiplərinin həyata keçirilməsi üçün irəli sürülən ideyalar arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da təklifləri vardır.
Bildirilib ki, bu təkliflərin müzakirəsi üçün S.Lavrov Azərbaycana və Ermənistana səfərlər edib, hər iki ölkənin prezidentləri və xarici işlər nazirləri ilə müzakirələr aparıb.
Hacıyevin sözlərinə görə, bu xüsusda, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Moskvaya səfər edib.
Xaırladaq ki, Rusiyanın xarici işlər naziri anvarın 26-da Moskvada mətbuat konfransı zamanı münaqişə ilə bağlı sənədlərin ATƏT-in baş katibinə verildiyini və münaqişənin həlli ilə əlaqədar digər sənədlərin olmadığını bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər