SOCAR: "İtkin düşən neftçilər axtarılır..." |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 21:46 | Şərh sayı: (0) | Baxılıb: 242
SOCAR: "İtkin düşən neftçilər axtarılır..."
Bu gün Neft Daşları və Çilov adasında dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 nömrəli, ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi anılıb.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Çilov adasında keçirilən anım mərasimində iştirakçılar əvvəlcə, 1997-ci ildə helikopter qəzası nəticəsində həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, abidə önünə gül dəstələri düzübşlər. Mərasimdə çıxış edən “28 May” NQÇİ-nin sosial məsələlər üzrə rəis müavini Mətləb Qarayev, eləcə də NQÇİ-nin Həmkarlar Komitəsinin sədri Emin Məmmədov və başqaları təbii fəlakət nəticəsində “Neft Daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə baş vermiş qəzalar zamanı itkin düşən və həlak olan neftçilərin yaxınlarına, doğmalarına səbr diləyib, həyatlarını xalqımızın xoşbəxtliyi naminə qurban vermiş insanların xatirəsini anıblar. Natiqlər itkin düşmüş neftçilər barədə xatirələrini bölüşüb, onların tapılması üçün bütün mümkün variantlardan istifadə olunduğunu bildiriblər.
Neft Daşlarında isə iştirakçılar 1957-ci il noyabrın 21-də baş vermiş faciəli gecədə həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb, buraya tər çiçəklər düzüblər. “Günəşli” yatağındakı 10 nömrəli, ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. SOCAR-ın Nəqliyyat İdarəsinin rəis müavini Yusif Hacıyev, “Neft Daşları” NQÇİ-nin rəis müavini Zeynal Abdullayev, NQÇİ-nin Həmkarlar Komitəsinin sədri Hüseyn Əhmədov baş vermiş faciənin bütün xalqımızın qəlbində dərin iz buraxdığını, hərkəsi dərindən sarsıtdığını söyləmiş, neftçilərin ailələrinə dözüm və səbr diləyiblər. Qeyd olunub ki, baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün aidiyyəti üzrə tədbirlər davam etdirilir. Bu hadisələrin neftçilərin əhval-ruhiyyəsinə təsir etdiyini söyləyən natiqlər vurğulayıblar ki, itkin düşən neftçilərin axtarışı, eləcə də “Günəşli”dəki 10 nömrəli özüldə yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər