Kaxa Kaladze: "Qazprom"la danışıqlarımız SOCAR-ın da marağındadır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 16:05 | Şərh sayı: (0) | Baxılıb: 282
Kaxa Kaladze: "Qazprom"la danışıqlarımız SOCAR-ın da marağındadır"
"Gürcüstan hökuməti hələlik Rusiyanın "Qazprom" şirkəti ilə razılığa gələ bilməyib. Yaxın günlərdə "Qazprom" rəsmiləri ilə növbəti görüşümüz baş tutacaq. Düşünürəm ki, biz yekun razılığa gələ biləcəyik".
Bunu APA-nın Gürcüstan bürosuna bu ölkənin baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, "Qazprom" ilə aparılan danışıqlar və əldə olunacaq nəticə Gürcüstan-Azərbaycan münasibətlərinə mənfi təsir etməyəcək: "Azərbaycan bizim strateji tərəfdaşımız olaraq qalacaq. Mən hər zaman bunu demişəm. Bizim "Qazprom"la danışıqlarımız həm də SOCAR-ın marağındadır, çünki bizim yanacaq balansımız var. Biz çox həcmdə qazdan istifadə edirik. SOCAR-ın isə texniki problemləri var. SOCAR Gürcüstanın qaza olan tələbatını ödəyə bilmir. Lakin gələcəkdə yatırılan investisiyalar nəticəsində SOCAR bu problemi aradan qaldıracaq".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər