2018-ci ildə Bakıda daha bir Avropa çempionatı keçiriləcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 22:55 | Şərh sayı: (0) | Baxılıb: 268
2018-ci ildə Bakıda daha bir Avropa çempionatı keçiriləcək
018-ci ildə gimnastikanın batut növü üzrə Avropa çempionatı Bakıya etibar olunub.
APA xəbər verir ki, bu barədə qərar Avropa Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin Lozannada keçirilən iclasında verilib. Bədii gimnastika üzrə 3 dəfə qitə çempionatına ev sahibliyi edən ölkəmiz bu idman növü üzrə ilk dəfə belə yarışı təşkil edəcək.
Azərbaycan bunadək idman gimnastikası (19-21 fevral) və batut (5-6 mart) üzrə Dünya Kubokunun mərhələ yarışlarını qəbul edəcək. Bədii gimnastika üzrə analoji turnir isə Rio-de-Janeyro-2016 Olimpiya Oyunları ərəfəsində - iyulun 22-24-də Milli Gimnastika Arenasında baş tutacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər