Azərbaycan prezidenti Davosda “Lazard Avropa” şirkətinin vitse-prezidenti ilə görüşüb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 23:02 | Şərh sayı: (0) | Baxılıb: 320
Azərbaycan prezidenti Davosda “Lazard Avropa” şirkətinin vitse-prezidenti ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas ilə görüşüb.
APA-nın məlumatına görə, prezident İlham Əliyev Azərbaycan ilə “Lazard Avropa” şirkəti arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib. Dövlət başçısı bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.
“Cənub qaz dəhlizi” layihəsinin maliyyələşdirilməsi üzrə ölkəmizin maliyyə məsləhətçisi olan “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas bildirib ki, Azərbaycan yüksək reytinqə malikdir. O qeyd edib ki, Azərbaycanda aparılan islahatlar ölkənin imicinə yaxşı təsir edir və nəticədə əlavə maliyyə resurslarının cəlb olunması imkanlarını genişləndirir.
Söhbət zamanı Azərbaycan ilə “Lazard Avropa” şirkətinin işgüzar münasibətləri müzakirə edilib, digər sahələrdə də potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər